Icma.az
close
up
RU
Çöl tədqiqatlarında xüsusi fərqlənmiş gənc arxeoloqlar mükafatlandırılıb AZƏRTAC

Çöl tədqiqatlarında xüsusi fərqlənmiş gənc arxeoloqlar mükafatlandırılıb AZƏRTAC

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 21 dekabr, AZƏRTAC

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunda 2024-cü ildə arxeoloji çöl tədqiqatlarında və institutun ictimai həyatında fəallığı ilə seçilmiş bir qrup gənc mükafatlandırılıb.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Tədbirdə bildirilib ki, institut rəhbərliyinin əsas fəaliyyət prioritetlərindən biri Azərbaycanda arxeologiya və antropologiya sahəsinə gənclərin cəlb edilməsi, elmi biliklərin və təcrübənin artırılması üçün çöl-tədqiqatlarında onların iştirakının təmini, eyni zamanda, institutun ictimai həyatında onların fəallığı üçün şəraitin yaradılmasıdır. Bu baxımdan gənclərin elmi-tədqiqat işlərində və ictimai həyatda fəallığının layiqincə qiymətləndirilməsi və mükafatlandırılması əsas stimullardan biridir.

İnstitutun direktoru dosent Fərhad Quliyev diqqətə çatdırıb ki, bu il gənc əməkdaşların bir hissəsi çöl tədqiqatlarında xüsusi fərqlənib, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur ərazilərində fəaliyyət göstərən elmi ekspedisiyaların tərkibində fəallıq nümayiş etdiriblər. Onlar Naxçıvan Muxtar Respublikası da daxil olmaqla ölkəmizin bir çox bölgələrində aparılmış beynəlxalq arxeoloji qazıntılarda aktiv iştirak ediblər. Növbəti illərdə gənclərin institutun elmi tədqiqatlarında və ictimai həyatında fəal iştirakının artacağına ümidvar olduğunu bildirən F.Quliyev onlara inandığını və həmişə dəstək olacağını ifadə edib.

Tədbirdə qeyd edilib ki, ilin nəticələri ilə əlaqədar elmi-tədqiqat və ictimai fəaliyyət sahəsində fərqlənmiş gənclərə təşəkkürnamələrlə yanaşı, institutun büdcədən kənar vəsaiti hesabına pul mükafatları da təqdim edilib. İnstitut rəhbərliyi müəssisənin imkanları hesabına qarşıdakı illərdə fərqlənən gənc əməkdaşların mükafatlandırılması işinin davam etdirilməsini, həmçinin onların xarici ölkələrdə keçirilən beynəlxalq elmi konfranslarda və elmi təkmilləşmə proqramlarında iştirakının maliyyələşdirilməsini nəzərdə tutub.

Sonda 2024-cü il ərzində arxeoloji çöl tədqiqatlarında xüsusi fərqlənmiş və institutun ictimai həyatında fəallığı ilə seçilmiş institutun əməkdaşlarına təşəkkürnamələr təqdim edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Dekabr 2024 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see199

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri