Icma.az
close
up
RU
Könüllülük proqramı çərçivəsində fərqlənmiş gənclər mükafatlandırılıb

Könüllülük proqramı çərçivəsində fərqlənmiş gənclər mükafatlandırılıb

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 26 iyun, AZƏRTAC

AMEA Arxeologiya və Antropologiya İnstitutunun Muzey Sərgi zalında bələdçilik fəaliyyəti ilə bağlı könüllülük proqramına həsr olunmuş mükafatlandırma mərasimi keçirilib.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, tədbirin moderatoru - Arxeologiya və Antropologiya İnstitutunun elmi katibi, t.ü.f.d., dosent Ellada Bəkirova bu elm ocağının yaratdığı könüllülük proqramında artıq 7 ali və 2 orta təhsil müəssisəsindən olan gənclərin iştirak etdiklərini deyib. Qeyd edib ki, bu, mövcud təşəbbüsün aktuallığının göstəricisidir. Proqram çərçivəsində gənclər İnstitutun muzey sərgi zalında təcrübə keçib, müxtəlif elmi mövzular üzrə alimlərin elmi məruzələrini dinləyib, akademik təlimlərə, elmi-praktiki ustad dərslərinə cəlb ediliblər.

AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru, t.ü.f.d., dosent Fərhad Quliyev çıxışında vurğulayıb ki, institut tərəfindən həyata keçirilən könüllülük proqramı bir tərəfdən gənclərin Azərbaycan tarixinə, ümumilikdə elmə olan marağının stimullaşdırılmasına, elmi biliklərinin artırılmasına, maariflənməsinə, peşə seçiminə istiqamətlənib, digər tərəfdən gənclərimizin sosiallaşmasına, cəmiyyət üçün pozitiv fəaliyyət istiqamətlərində kollektiv əmək təcrübəsinin artırılmasına və təşkilatçılığına yönəlib.

Xəzər Universiteti İctimai əlaqələr və media üzrə rəhbəri Əlövsət Əmirbəylinin çıxışında arxeologiya və antropologiya elmlərinin xalqımızın tarixinin öyrənilməsində önəmindən söz açıb.

Könüllülük proqramının rəhbəri AMEA Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri Orxan Zamanov çıxışında könüllülük proqramı çərçivəsində görülmüş işlərdən, könüllülərin qatıldığı elmi seminarlardan, elmi tədqiqatlarla bağlı təcrübə mübadiləsindən, keçirilmiş ictimai tədbirlərdən danışıb. O, könüllülər qarşısında duran yeni fəaliyyət istiqamətlərinə də toxunub.

Çıxışlardan sonra proqram çərçivəsində son dörd ay ərzində, yəni, proqramın yaz dövrü üzrə könüllülərin iştirakçısı olduqları tədbirlərlə bağlı videoçarx nümayiş etdirilib.

Daha sonra Fərhad Quliyev “Könüllülük təcrübəsi proqramının yaz dövrü” üzrə iştirakçısı olan Bakı Dövlət Universitetini, Xəzər Universitetini, Azərbaycan Dillər Universitetini, Azərbaycan Rəssamlıq Akademiyasını, Azərbaycan Turizm və Menecment Universitetini, Sumqayıt Dövlət Universitetini, Azərbaycan İlahiyyat İnstitutunu, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyini və 193 saylı orta məktəbi təmsil edən gənclərə sertifikat və hədiyyələr təqdim etdi. Fəaliyyəti ilə xüsusi fərqlənmiş könüllülər - Könül İbrahimli, Zalikə Bəybalayeva (Xəzər Universiteti), Gülnarə Əsədullayeva (Azərbaycan İlahiyyat İnstitutu), Nəzrin Vəliyeva (Bakı Dövlət Universiteti), Mələk Kərimova (Sumqayıt Dövlət Universiteti) diplomlarla mükafatlandırılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:218
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 İyun 2025 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri