Icma.az
close
up
RU
Colaninin İran etirafı və Suriya əməliyyatının pərdəarxası

Colaninin İran etirafı və Suriya əməliyyatının pərdəarxası

Publika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Heyət Təhrir əş-Şam" (HTŞ) silahlı qruplaşmasının lideri Əbu Məhəmməd əl-Colaninin “Skay Nyus” telekanalına müsahibəsində səsləndirdiyi iki fikir Suriyada baş verənlər və perspektivlə bağlı fikirləri önə çıxarır.

Colani bildirir ki, onlar üçün ən böyük təhlükə “Hizbullah”, Suriyada İranın dəstəklədiyi silahlı birləşmələr və rejim idi. Suriyada baş verənlərin İsrailin HƏMAS-la müharibəsi, Livan əməliyyatı, ümumilikdə İranın proksi qüvvələrini sıradan çıxarmaq olduğu aydın görünürdü. Colani bunu təsdiq edir və əminlik yaranır ki, Əsədin devrilməsi ilə nəticələnən əməliyyatın arxasında ABŞ/İsrail olub. Və bu, həm də o deməkdir ki, Suriyanın yeni hakimiyyəti bütün tərəflərlə - Türkiyə, ABŞ, İsrail, hətta Əsədə dəstək verən Rusiya ilə işləsə də, İranı yaxın qoymayacaq. Mümkündür ki, Tehranla məsafəli təmaslar qurulsun.

Beləliklə, tam aydın oldu ki, Suriya müharibəsində birmənalı itirən tərəf İrandır.

Colaninin səsləndirdiyi “Xalq müharibədən tükənib. Ona görə də ölkə növbəti müharibəyə hazır deyil və müharibəyə qarışmaq niyyəti də yoxdur” sözləri isə fikirləri müəyyən qədər qarışdırır. Çünki xalq müharibədən tükənsə də, Suriyada toqquşma və münaqişə başa çatmayıb. Bunu ölkədə hələ də qalan qüvvələr və onların maraqları da təsdiq edir.

1. Türkiyə Əsədin devrilməsində ABŞ/İsraillə eyni mövqedən çıxış etsə də, PYD/YPG məsələsində toqquşacağı qaçılmazdır və bu, Suriyanın şimalında qarşıdurmanın davam edəcəyi deməkdir;

2. Suriya ərazisinə ordu yeridən İsrail Şam istiqamətində irəliləyib;

3. Rusiya Tartus və Hmeymim bazasını asanlıqla əldən vermək istəmir;

4. Qoşunlarını Suriyadan çıxarmayacağını bəyan edən ABŞ İŞİD təhlükəsini aktual olaraq saxlayır;

5. Və ən böyük zərbə alan İran da itirdiklərini asanlıqla həzm etməyəcək;

Bütün bunlar Suriyaya yeni və daha böyük toqquşmalar vəd edir. Çünki indiyə qədər ölkələr tərəflərini hədəfdə olan Əsəd üzərindən müəyyən edirdilər, bundan sonra maraqların toqquşması daha açıq müstəviyə keçir. Bu mənzərə fonunda sual yaranır: İranı-“Hizbullah”ı ölkədən çıxarmaq missiyasını yerinə yetirən HTŞ ölkəyə nəzarəti ələ almaq üçün mübarizə aparmayacaqsa, bundan sonra missiyası nə olacaq? Bu sualın cavabı tam aydın deyil. Amma Suriyanın de-fakto bölünməsinin daha da dərinləşəcəyi və mərkəzi hakimiyyətin zəifləyəcəyi qaçılmaz görünür.

Asif Nərimanlı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://publika.az
archiveBu xəbər 11 Dekabr 2024 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri