Icma.az
close
up
RU
Combat Peşəkar Döyüş Liqasının rəsmi görüşü keçirildi Fotolar

Combat Peşəkar Döyüş Liqasının rəsmi görüşü keçirildi Fotolar

Xalqcebhesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Aprelin 14-ü Arpaçay İdman Birliyinin təşkilatçılığı və Kung-fu Federasiyasının dəstəyi ilə keçiriləcək Combat Peşəkar Döyüş Liqası öncəsi mətbuat konfransı və idmançıların üzbəüz (face-to-face) proqramı çərçivəsində rəsmi görüş baş tutub.

Xalqcebhesi.az xəbər verir ki, tədbirdə ölkənin müxtəlif idman federasiyalarının nümayəndələri, media təmsilçiləri və Azərbaycanın tanınmış peşəkar idmançıları iştirak etdilər.

Tədbir giriş sözü ilə Combat Peşəkar Döyüş Liqasının prezidenti Ruslan Məmmədov tərəfindən açıq elan olundu. O, çıxışında liqanın yaranma məqsədi, görülən hazırlıq işləri və qarşıdan gələn döyüş gecəsi haqqında ətraflı məlumat verdi. Ruslan Məmmədov Azərbaycanda analoqu olmayan belə bir mötəbər idman tədbirinin təşkilindən böyük qürur duyduğunu və bu layihənin ölkədə döyüş idman növlərinin inkişafına ciddi töhfə verəcəyini vurğuladı.

Daha sonra Kung-fu Federasiyasının prezidenti Nurlan Aslanov çıxış edərək idmançıların hazırlıq səviyyəsindən, onların peşəkarlığından və yarışa ciddi yanaşmalarından bəhs etdi. O, görülən işlərdən məmnunluğunu ifadə edərək, bu cür liqaların idmançılar üçün yeni imkanlar yaratdığını xüsusi qeyd etdi.

Tədbirin davamında çıxış edən yarışın təşkilat komitəsinin rəhbəri, Arpaçay İdman Birliyinin birinci vitse-prezidenti Yavər Hüseynov təşkilati hazırlıq prosesinin yüksək səviyyədə həyata keçirildiyini diqqətə çatdırdı. O, həmçinin Combat Peşəkar Döyüş Liqasının gələcək planları, beynəlxalq miqyasda inkişaf perspektivləri və bu layihənin davamlı olacağı barədə geniş məlumat verdi.

Eyni zamanda, tədbir çərçivəsində Kung-fu Federasiyasının birinci vitse-prezidenti Babək Əliyev və vitse-prezidenti Ehram Məcidov media nümayəndələrinə müsahibə verərək yarışa hazırlıq prosesi ilə bağlı fikirlərini bölüşdülər. Onlar idmançıların yüksək səviyyədə hazırlaşdıqlarını, təşkilati işlərin plan üzrə davam etdiyini və qarşıdan gələn döyüş gecəsinin tamaşaçılar üçün maraqlı və yaddaqalan olacağını vurğuladılar.

Görüş çərçivəsində idmançılar arasında üzbəüz baxış (face-off) mərhələsi də təşkil olundu ki, bu da qarşıdan gələn döyüşlərə olan marağı daha da artırdı və tədbirə xüsusi dinamika qatdı.

Sonda tədbir iştirakçıları ilə birlikdə xatirə şəkilləri çəkdirildi və mətbuat konfransı rəsmi şəkildə yekunlaşdı.

Qeyd edək ki,Arpaçay İdman Birliyinin nəzdində fəaliyyət göstərən Combat Peşəkar Döyüş Liqası ölkədə döyüş idman növlərinin inkişafına xidmət edən, peşəkar səviyyədə təşkil olunan və idman ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanan mühüm idman layihələrindən biridir.










Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 13 Aprel 2026 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see363

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see303

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see301

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see301

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see296

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see277

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see277

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see277

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see262

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see256

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see255

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see251

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see250

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see249

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see244

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see242

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see232

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see228

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri