Icma.az
close
up
RU
Ruslan Məmmədov Combat Peşəkar Döyüş Liqasının prezidenti seçildi!

Ruslan Məmmədov Combat Peşəkar Döyüş Liqasının prezidenti seçildi!

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.

10 yanvar 2026-cı il tarixində Arpaçay İdman Birliyinin geniş tərkibdə iclası keçirilib. İclasda Arpaçay İdman Birliyinin rəhbərliyi, İdarə Heyətinin üzvləri, Azərbaycan idman ictimaiyyətinin görkəmli nümayəndələri və media təmsilçiləri iştirak ediblər.

Arpaçay İdman Birliyinin prezidenti Əli Əsgərov tədbirdə giriş nitqi ilə çıxış edərək, qonaqları salamlayıb və iclası açıq elan edib. Daha sonra Arpaçay İdman Birliyinin birinci vitse-prezidenti Yavər Hüseynov Birliyin ötənilki fəaliyyəti və yeniliklərlə bağlı iclas iştirakçılarına məlumat verib. Y.Huseynovun sözlərinə görə, Azərbaycan Kung- Fu Federasiyasının rəhbərliyi ilə Arpaçay İdman Birliyi arasında əməkdaşlıq barədə razılıq əldə edilib. Eyni zamanda 17 dekabr 2025-ci il tarixində Arpaçay İdman Birliyinin tərkibində "Combat" Peşəkar Döyüş Liqasının yaradılması barədə məlumat verən Y.Huseynov deyib ki, Arpaçay İdman Birliyinin İdarə Heyətinin qərarına əsasən, Ruslan Məmmədov Liqanın prezidenti, Elçin Kazımov isə birinci vitse-prezidenti seçiliblər. Y. Hüseynov daha bir məlumatı da diqqətə çatdırıb ki , ilk dəfə olaraq Azərbaycanda 2026-cı ilin aprel ayında "Combat" Peşəkar Döyüş Liqasının birinci çempionatı keçiriləcək.
Daha sonra "Combat" Peşəkar Döyüş Liqasının prezidenti Ruslan Məmmədov göstərilən etimada görə minnətdarlığını bildirib, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin idman siyasətinə dəstək göstərməyə və töhfə verməyə həmişə hazır olduğunu dilə gətirib.

Tədbirdə Kung-Fu Federasiyası rəhbərliyindən prezident Nurlan Aslanov, birinci vitse-prezident Babək Əliyev, ümumi işlər üzrə vitse-prezident Ehram Məcidov, federasiyanın hakimlər kollegiyasının sədri Güloğlan Cabbarlı da çıxış edərək mövcud əməkdaşlığın idman ictimaiyyəti üçün uğurlu olacağını diqqətə çatdırıblar.

Tədbirdə Milli Məclisin İdman Komitəsinin üzvü Vüqar İskəndərov, Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev, Azərbaycan Karate Federasiyasının vitse-prezidenti Allahverdi Rüstəmov, karate üzrə beşqat dünya çempionu Rafael Ağayev, sərbəst güləş üzrə ikiqat olimpiya mükafatçısı Hacı Əliyev, MMA və Grampplinq Federasiyasının prezidenti Azad Əsgərov, Zeyd Döyüş Mərkəzinin prezidenti Emin Əliyev çıxış edərək Arpaçay İdman Birliyinin fəaliyyətini yüksək dəyərləndirib, uğurlar arzulayıb və dəstəklərini dilə gətiriblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:362
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 11 Yanvar 2026 18:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri