Icma.az
close
up
RU
Comelson Business Forum 2025 baş tutacaq

Comelson Business Forum 2025 baş tutacaq

Metbuat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

6 noyabr 2025-ci il tarixində Nizami Kino Mərkəzində Azərbaycanın biznes aləminin ən nüfuzlu tədbirlərindən biri " Comelson Business Forum 2025" baş tutacaq.

Metbuat.az-ın rəsmi media tərəfdaşı olduğu bu forum “Zirvədə Mükəmməllik!” şüarı altında keçiriləcək və ölkənin sahibkarlıq ekosistemini startaplardan iri korporasiyalara qədər bir araya gətirərək. Forum innovativ ideyaların paylaşılmasına, strateji tərəfdaşlıqların qurulmasına və yeni biznes imkanlarının formalaşmasına şərait yaradacaq.

Bu forum təkcə müzakirə meydanı deyil, Azərbaycanın gələcək biznes liderlərini formalaşdıran strateji platformadır. İştirakçılar burada praktik biliklər, yeni trendlər və real əməkdaşlıq imkanları əldə edəcəklər. Tədbir proqramına panel müzakirələri, praktiki masterklasslar, startap pitch sessiyaları və şəbəkələşmə (networking) zonaları daxildir.

Forum iştirakçıları maliyyələşmə strategiyaları, bazara çıxış, rəqəmsal transformasiya, süni intellektin biznesə tətbiqi, dayanıqlı inkişaf və liderlik kimi əsas mövzularda dərin biliklər qazanacaqlar. Hər bir panel real biznes təcrübəsinə əsaslanacaq və praktiki nəticəyə yönəlmiş olacaq.

Forumun aparıcısı tanınmış televiziya siması Abbasağa Əlizadə, moderatorlar isə biznes və marketinq sahəsində peşəkar mütəxəssislərdir. Tədbir çərçivəsində 16 spikerin iştirakı ilə 4 əsas panel keçiriləcək:

Biznes və Strategiya: Yeni dövr – çevik və rəqabətə davamlı biznes modelləri; Davamlı Biznesin İnkişafı – Liderlik və İnsan Resursları – insan kapitalının dəyəri və liderlik transformasiyası; Qadın Təşəbbüskarlığı və Sosial Liderlik – qadın liderlərin rolu və sosial məsuliyyət yönümlü təşəbbüslər; Rəqəmsal Transformasiya və Süni İntellekt: Yeni Nəsil Biznes Modelləri – texnologiyanın biznesdə yaratdığı imkanlar və risklər.

"Comelson Business Forum" Davos modelinə əsaslanan açıq dialoq və canlı müzakirə formatında keçiriləcək. Forumun əsas məqsədi sahibkarlar, investorlar, dövlət qurumları və ekspertlər arasında B2B əlaqələrin qurulması, yeni layihələrin yaranması və təcrübə mübadiləsinin təşviqidir.

Bu forum Azərbaycanın biznes mühitində yenilikçi düşüncənin, liderliyin və strateji tərəfdaşlıqların mərkəzinə çevrilir. "Comelson Business Forum 2025", ölkənin təcrübəli sahibkarlarını bir araya gətirərək yerli ideyaların qlobal səviyyəyə çıxmasına və Azərbaycanın biznes nüfuzunun möhkəmlənməsinə töhfə verməyi hədəf bilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:169
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 01 Noyabr 2025 18:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see399

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see373

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see357

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see310

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see302

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see271

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see253

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see249

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see216

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see215

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see207

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see204

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see197

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see195

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see195

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see185

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see184

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see182

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see178

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri