Icma.az
close
up
RU
Con Cons Uayta barmaq silkələdi

Con Cons Uayta barmaq silkələdi

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

Ağır çəkidə UFC çempionu Con Cons sosial şəbəkə hesabında qurumun prezidenti Dana Uaytın son açıqlamalarına cavab verib.

"Football-plus.az"ın məlumatına görə, o, iyunun 14-də Ağ Evdə keçirilməsi planlaşdırılan turnirdə iştirakı ilə bağlı aparılan danışıqların detallarını açıqlayıb və UFC-dən azad olunmasını tələb edib.
Cons tərəflər arasında razılığın əldə olunmamasını maliyyə şərtləri ilə əlaqələndirib:

“Dana, sən mənim Ağ Ev kartında olmadığıma görə narazı idin, amma gəl bəzi şeyləri dəqiqləşdirək. Mən və komandam bu döyüşlə bağlı UFC ilə real danışıq aparırdıq. Hətta mən ilkin istədiyim qonorardan geri çəkildim, bəs əvəzində mənə nə təklif olundu? Daha az məbləğ”.


Döyüşçü bud-çanaq oynağındakı artrit probleminin çıxışına mane olmadığını, hətta döyüşə hazırlaşmaq üçün xüsusi müalicə aldığını qeyd edib:

“Bəli, məndə artrit var və bu ağrılıdı, amma o demək deyil ki, döyüşə bilmərəm. Hətta ötən həftə hazırlaşmaq üçün kök hüceyrə müalicəsi aldım. Bu gün məşqə başlamalıydım. Anlayıram ki, bəzən razılaşmalar baş tutmur, lakin ictimaiyyətə yalan danışmaq düzgün deyil”.


UFC-yə verdiyi illərin qarşılığında rəhbərliyin onun haqqında “karyerası bitib” tərzində düşünməsindən məyus olduğunu deyən Cons təşkilatdan ayrılmaq istədiyini vurğulayıb:

“UFC həqiqətən bitdiyimi düşünürsə, elə bu gün müqaviləmi ləğv etsin. Daha heç bir intriqa, heç bir oyun istəmirəm”.


Qeyd edək ki, Dana Uayt bir neçə gün əvvəl UFC-nin Con Consu Ağ Ev turniri üçün variant kimi nəzərdən keçirmədiyini bildirmişdi.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:93
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 16 Mart 2026 23:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see279

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see247

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see246

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see235

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see215

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see214

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see211

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see209

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see205

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see204

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see204

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see200

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see199

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see193

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see174

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see173

Həkimlər müalicə oluna biləcək xəstəni də bıçaq altına salırlar? Əməliyyat sayındakı kəskin artımın SƏBƏBLƏRİ

02 Oktyabr 2026 14:22see169

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see167

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see162

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri