Icma.az
close
up
RU
Con Herbst: Vaşinqton görüşü Azərbaycan ilə Ermənistan arasında konstruktiv dialoqu gücləndirib

Con Herbst: Vaşinqton görüşü Azərbaycan ilə Ermənistan arasında konstruktiv dialoqu gücləndirib

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 18 noyabr, AZƏRTAC

Tramp administrasiyası Cənubi Qafqazda dayanıqlı sülhün təmin edilməsinə real töhfə vermək niyyətini nümayiş etdirərək avqust ayında Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanı Ağ Evə dəvət etdi. Fikrimcə, bu görüş zamanı əldə olunmuş razılaşmalar Azərbaycan-Ermənistan sülh prosesinin irəliləyişinə əhəmiyyətli dərəcədə təkan verib və tərəflər arasında konstruktiv dialoqu gücləndirib.

AZƏRTAC xəbər verir ki, bunu Atlantik Konsul Beyin Mərkəzinin Avrasiya şöbəsinin baş direktoru Con Herbst jurnalistlərə müsahibəsində deyib.

O bildirib ki, Prezident Trampın regiona ən mühüm töhfələrindən biri uzun illərdir Azərbaycan və Ermənistan arasında müzakirə olunan nəqliyyat dəhlizi ilə bağlı təşəbbüsüdür. Bu dəhlizlə bağlı əsas çətinlik onun üzərində nəzarət məsələsi idi, çünki marşrut Ermənistan ərazisindən keçir. Əgər dəhlizin idarə olunması və fəaliyyətinə nəzarət ABŞ tərəfindən həyata keçirilərsə, ərazi səlahiyyəti ilə bağlı mürəkkəb məsələlər aradan qalxar. Bu isə tərəflər arasında gərginliyin azalmasına ciddi şəkildə xidmət edir. Bu addım Cənubi Qafqazda sülhün möhkəmləndirilməsi istiqamətində ən əhəmiyyətli təşəbbüslərdən biridir. Nəqliyyat dəhlizinin irəli sürülməsi yalnız siyasi prosesin tərkib hissəsi deyil, həm də regionun iqtisadi gələcəyinə hesablanan strateji bir layihədir. Dəhliz Azərbaycan, Ermənistan, Türkiyə və Mərkəzi Asiya ölkələri üçün ticarət və investisiya axınının genişlənməsinə imkan yaradır, eyni zamanda, Orta Dəhlizin, Mərkəzi Asiyadan Avropaya uzanan mühüm nəqliyyat xəttinin daha səmərəli fəaliyyətinə töhfə verir. Bu baxımdan Tramp komandasının bu istiqamətdəki səyləri təkcə Azərbaycanla deyil, həm Ermənistan və Türkiyə ilə münasibətlərdə də strateji əhəmiyyət kəsb edir.

“ABŞ-ın Azərbaycanla əməkdaşlığı təkcə sülh təşəbbüsləri ilə məhdudlaşmır. Artıq 30 ildən çoxdur ki, ABŞ Azərbaycanın enerji sektorunun inkişafında aparıcı rol oynayır. Bu gün ABŞ Prezidentinin Cənubi Qafqaza diqqətinin artdığı açıq şəkildə görünür. Bu, həm Azərbaycan üçün, həm də ABŞ üçün müsbət nəticələr yaradır. Vaşinqtonun yüksək səviyyəli rəhbərliyinin regiona, xüsusilə Azərbaycana və Mərkəzi Asiyaya fokuslanmış, praqmatik və konstruktiv yanaşması regional sabitlik və əməkdaşlıq üçün yeni imkanlar açır”, - deyə Con Herbst vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Noyabr 2025 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see230

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see181

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see175

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see173

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see158

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see147

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see147

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see144

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

Bütün azərbaycanlılar bilməlidirlər ki... Prezident

01 Yanvar 2026 00:11see140

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see136

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see136

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see135

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see131

Natan Ake “Vest Hem”ə keçməkdən imtina edib

01 Yanvar 2026 01:17see131

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri