Icma.az
close
up
RU
Con Herbst: Vaşinqtonun iştirakı dəhlizlə bağlı mübahisəli məqamı neytrallaşdıra bilər

Con Herbst: Vaşinqtonun iştirakı dəhlizlə bağlı mübahisəli məqamı neytrallaşdıra bilər

Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Tramp administrasiyasının siyasəti çərçivəsində ABŞ-ın rolu Ermənistan və Azərbaycan arasında sülhün sabitləşməsinə kömək etməkdən ibarətdir.

Bu fikri Atlantik Şurası Beyin Məkrəzinin Avrasiya Şöbəsinin Baş direktoru Con Herbst bildirib.

Ermənistan ərazisindən keçən dəhlizlə bağlı ciddi fikir ayrılıqları mövcud olduğunu qeyd edən ekspert ABŞ-ın bu məsələdə yardımçı olacağını qeyd edib.

“Azərbaycan Ermənistan ərazisində ekstraterritorial hüquqlar istəyir. Lakin əgər Birləşmiş Ştatlar dəhlizin idarəçiliyini öz üzərinə götürsə, bu məsələ kəskin olmaya bilər. Çünki bu halda Ermənistan Azərbaycana ekstraterritoriallıq tanımalı olmayacaq, Azərbaycan isə öz maraqlarını təmin etmək üçün bu şərtdə israr etməyə ehtiyac duymayacaq. Başqa sözlə, Vaşinqtonun iştirakı bu mübahisəli məqamı neytrallaşdıra bilər.

Ermənistan ərazsindəki yolların çəkilməsi prosesinin sürətləndirilməsinin vacibliyinə toxunan Herbst bu tikintinin bilərkdən gecikdirilməsinin mümkün olmayacağını vurğuayıb.

“Gecikdirmək mümkündür, amma Tramp haqqında bildiyimiz bir şey var: o, hansısa məsələni vacib hesab edirsə, çox sürətlə hərəkət edir. Ağ Evə qayıtdığı on ay ərzində onun atdığı addımlara yetişmək çətin olub. Onun tikinti sahəsində təcrübəsi nəzərə alınsa, prosesə şəxsən nəzarət edərək işləri daha sürətli irəlilətməsi mümkündür”, - o qeyd edib.

Naxçıvan istiqamətində dəmir yolu tikintisinə xarici tərəfdaş kimi ABŞ-ın verə biləcəyi töhfədən danışan ekspert bu layihənin Tramp administrasiyası tərəfindən mütləq dəstəklənəcəyini bildirib: “Tramp Prezident Əliyevlə münasibətlərinə dəyər verir. Bu məsələ Bakı üçün prioritetdir. Buna görə də Trampın qərar verərkən bunu nəzərə alması tamamilə təbiidir”.

“Tramp marşurutunun” Trampın prezidentlik müddəti bitənə qədər başa çatdırılamamaq ehtimalına gəlincə isə Herbst hətta bu baş versə belə yeni administrasiyanın bu layihədən əl çəkməyəcəyinə əminliyini qeyd edib.

“Prezident Donald Tramp nəyisə mühüm hesab edirsə, sürətlə və qətiyyətlə hərəkət edir — bu isə çox inandırıcı təsir göstərə bilər. Buna görə də hesab edirəm ki, bu layihələrin Tramp Ağ Evdə olduğu müddətdə tamamlanması üçün real imkan var. Eyni zamanda, gələcək administrasiyanın Cənubi Qafqazda əldə olunmuş real irəliləyişlərdən imtina etməsi səhv olardı”, - o vuğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 18 Noyabr 2025 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see357

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see297

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see296

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see296

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see288

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see280

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see273

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see271

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see271

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see259

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see253

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see252

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see252

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see249

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see248

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see244

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see239

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see238

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see227

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri