Icma.az
close
up
RU
COP for Hope: Ən vacib hədəflərimizdən biri kənd təsərrüfatının karbon izini azaltmaqdır Şöbə müdiri

COP for Hope: Ən vacib hədəflərimizdən biri kənd təsərrüfatının karbon izini azaltmaqdır Şöbə müdiri

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

COP29 çərçivəsində Trend BİA "COP for Hope" adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə - siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.

Kənd təsərrüfatı sektoru, iqlim dəyişikliklərinin birbaşa təsir və təhdid etdiyi sahələrdən biridir.

Milli.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi Fermerlər, Assosiasiyalar və Kooperativlərlə iş şöbəsinin müdiri Leyli Ağayeva deyib.

O bildirib ki, bununla belə, biz bu çağırışları yalnız çətinlik kimi görmürük, eyni zamanda, gələcək nəsillər üçün daha davamlı, səmərəli və müasir kənd təsərrüfatı sistemlərinin qurulması üçün bir fürsət kimi dəyərləndiririk.

"Azərbaycan kənd təsərrüfatı sektoru, bu təsirlərə qarşı mübarizədə genişmiqyaslı islahatlar həyata keçirir. Su ehtiyatlarının idarə olunması və torpaq resurslarının səmərəli istifadəsi bu islahatların mərkəzindədir. Su resurslarının səmərəli idarə olunması kənd təsərrüfatımızın əsas prioritetlərindən biridir. Aparılan islahatların, o cümlədən hazırlanan siyasətlərin əsas istiqaməti fermerlərimizin müasir texnologiyalarla dəstəklənməsi və su resurslarının davamlı, düzgün idarə olunmasıdır. İqlim dəyişikliyi ilə mübarizədə innovativ yanaşmalar və müasir texnologiyalar mühüm rol oynayır. Bu çərçivədə Azərbaycanda, suvarma sistemləri modernləşdirilir, fermerlər üçün daha səmərəli su istifadəsi imkanları yaradılər və bərpa olunan enerji mənbələrinə sərmayə qoyulur", - o əlavə edib.
Şöbə müdiri billdirib ki, həm bu tədbir, həm də COP29 çərçivəsində təşkil ediləcək bir çox tematik tədbirlər zamanı qlobal miqyasda ərzaq təhlükəsizliyi, su resurslarının idarə olunması və kənd təsərrüfatında istixana qazı emissiyalarının azaldılması kimi önəmli məsələlər müzakirə ediləcək.

"Bu müzakirələr, kənd təsərrüfatı sektorunun iqlimə uyğunlaşdırılmasında və gələcək dayanıqlığın təmin edilməsində mühüm rol oynayacaq. Qeyd etmək istəyirəm ki, COP29 çərçivəsində "Qida, Kənd Təsərrüfatı və Su Günü"ndə də iqlim dəyişikliyi və iqliməuyğun kənd təsərrüfatının mövzusuna xüsusi toxunulacaq. Diqqətinizə çatdırmaq istəyirəm ki, fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü məhz kənd təsərrüfatı sahəsində iqlim dəyişikliyinə uyğunlaşmanı dəstəkləmək məqsədilə yaradılıb. Bu təşəbbüs, kənd təsərrüfatı, qida və su ilə bağlı mövcud təşəbbüsləri, koalisiyaları və şəbəkələri bir araya gətirərək bir növ aqreqator rolunu oynayacaq. Məqsədimiz, bu sahədə təcrübə mübadiləsini təmin etmək, sinerjiləri və boşluqları müəyyən etmək, iqlim maliyyələşdirmə imkanlarını asanlaşdırmaq və yerli icmalarla, xüsusilə kənd yerlərində qadınları gücləndirməklə əməkdaşlığı təşviq etməkdir.

Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü çərçivəsində kənd təsərrüfatının davamlı inkişafı, həm yerli, həm də qlobal səviyyədə iqlim dəyişikliyinə qarşı mübarizədə mühüm bir rol oynayacaq. Bu təşəbbüsün əsas məqsədlərindən biri də kənd icmalarını gücləndirmək və onları iqlim dəyişikliyinə qarşı daha davamlı etməkdir. Bu məqsədə çatmaq üçün beynəlxalq təşkilatlarla, çoxtərəfli inkişaf bankları, vətəndaş cəmiyyətinin, o cümlədən QHT-lərin ilə sıx əməkdaşlıq etmək və yerli fermerlərə iqlimə uyğun texnologiyalar və biliklər təqdim etmək böyük əhəmiyyət daşıyır. Bu mənada, ölkəmiz üçün böyük əhəmiyyət daşıyan Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü, Azərbaycanı iqlim dostu kənd təsərrüfatı texnologiyalarının tətbiqində böyük töhfə verəcək", L. Ağayeva qeyd edib.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 11 Noyabr 2024 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see325

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see305

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see286

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see286

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see281

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see276

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see274

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see248

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see236

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see235

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see234

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see232

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see228

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see219

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see215

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see213

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see209

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri