Icma.az
close
up
RU
COP for Hope: Qırğızıstan COP29a böyük ümidlər bəsləyir Səfir

COP for Hope: Qırğızıstan COP29a böyük ümidlər bəsləyir Səfir

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

COP29 çərçivəsində Trend BİA "COP for Hope" adlı xüsusi layihəni təqdim edir.

Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə - siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.

Budəfəki müsahibimiz Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamıtkanovdur.

Səfir qeyd edib ki, onun ölkəsi COP29-a böyük ümidlər bəsləyir.

"İlk dəfədir ki, ölkəmiz belə genişmiqyaslı ekoloji tədbirdə öz pavilyonunu açır və bu gün onu bütün dünyaya nümayiş etdiririk. Burada ekoloji cəhətdən təmiz, milli məhsullar və xüsusilə Qırğızıstan xalqının dünyagörüşünü və dəyərlərini simvolizə edən məişət və mədəniyyət əşyaları təqdim olunur", - M.Mamıtkanov deyib.

Onun sözlərinə görə, COP29 Qırğızıstanın çox şey gözlədiyi bir tədbirdir.

"BMT-nin iqlim dəyişikliyi məsələləri ilə bağlı platformasında öz gündəmimizi irəli aparmağa çalışırıq və əsas mövzulardan biri "dağ dialoqu" təşəbbüsüdür. Dağ ölkəsi olaraq Qırğızıstan iqlim mövzusunda, xüsusən buzlaqların sürətlə əriməsi, su resurslarının deqredasiyası və digər iqlimlə bağlı təhdidlər haqqında məhsuldar dialoqun başlanması üçün səylər göstərir. Bu məsələlər getdikcə daha aktual olur və onların nəticələri qaçılmazdır", - o əlavə edib.

Maksat Mamıtkanov vurğulayıb ki, bu təşəbbüsə Qırğızıstan Prezidenti rəhbərlik edir və COP29 çərçivəsində, beynəlxalq platformalarda dağ ölkələrinin problemlərinə dünya ictimaiyyətinin diqqətini cəlb etmək yolları müzakirə ediləcək.

"Dağ mövzusu Qırğızıstanın gələcək inkişafı üçün böyük əhəmiyyətə malikdir, çünki su resurslarının deqredasiyası bizim su-enerji potensialımızı azaldır ki, bu da öz növbəsində kənd təsərrüfatına və ümumilikdə iqtisadiyyata mənfi təsir göstərir. Su ehtiyatlarının itirilməsi kənd təsərrüfatı imkanlarımıza birbaşa təsir edir və iqtisadi artımı məhdudlaşdırır.

Bu, yalnız iqtisadiyyatı deyil, həm də sosial məsələləri əhatə edir. Buna görə də ekoloji mövzu ölkəmizin dayanıqlı inkişafı ilə bağlı prioritet bir məsələdir. Özəl sektorun ÜDM-yə töhfəsi əhəmiyyətlidir və insanların iqtisadi imkanlarının iqlim dəyişikliklərinin mənfi təsirlərindən sarsılmaması üçün şərait yaratmalıyıq", - o əlavə edib.

Onun sözlərinə görə, Qırğızıstan dövlət olaraq onlara lazımi dəstəyi göstərməlidir və bu məsələdə onlara BMT-nin də köməyi lazımdır.

"Beynəlxalq təşkilatları elə şərait yaratmağa çağırırıq ki, biz iqtisadi cəhətdən fəal əhalimizi dəstəkləyə bilək. Bundan əlavə, strategiyamızın vacib bir hissəsi ekoloji və mədəni turizmin inkişafıdır, bu, iqtisadiyyatın müxtəlifləşdirilməsinə töhfə verir. Bu, insanları iqtisadi proseslərə cəlb edir, iş yerləri yaradır və xalqımızın iqtisadi vəziyyətini gücləndirir", - səfir vurğulayıb.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 11 Noyabr 2024 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri