Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

COP for Hope: Tanzaniya COP29da iqlim dəyişikliyinin maliyyələşdirilməsində irəliləyiş gözləyir

COP for Hope: Tanzaniya COP29da iqlim dəyişikliyinin maliyyələşdirilməsində irəliləyiş gözləyir

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

COP29 çərçivəsində Trend BİA "COP for Hope" adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə - siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.

Budəfəki müsahibimiz - Tanzaniya Energetika Nazirliyinin daimi katibi Felçesmi Yossen Mrambadır.

F.Mramba Trend-ə özəl müsahibəsində ölkəsinin COP29-dan gözləntilərindən danışıb, iqlim məqsədlərinə çatmaqda maliyyələşmənin və konkret fəaliyyətin həlledici rolunu vurğulayıb.

"Biz bu görüşə böyük ümidlər bəsləyirik", - deyə F.Mramba vurğulayıb və bildirib ki, görüşdə əsas diqqət maliyyələşdirməyə yönəlib.

"İnanırıq ki, iqlim dəstəyi üzrə məqsədlərimizə uğurla nail olmaq üçün faktlara əsaslanmaq vacibdir", - o deyib.

O, bu faktiki yanaşmanın və iştirakçı ölkələrin səmimi öhdəliklərinin əhəmiyyətli irəliləyiş əldə etməyə kömək edəcəyinə ümid etdiyini bildirib.

"Faktlara yönəlməklə və tərəflərin öhdəliklərinə sadiqliyinə ümid edərək, hazırda planlaşdırdığımız hədəflərə çata biləcəyimizi düşünürük", - deyə o əlavə edib.

Tanzaniyanın COP29-dakı əsas prioritetlərindən biri "yaşıl kulinariya" konsepsiyasının irəlilədilməsidir - bu, ətraf mühitin və sağlamlığın qorunmasına töhfə verən ekoloji təmiz yemək bişirmə üsullarına keçidi nəzərdə tutur.

"Tanzaniya burada yalnız öz ölkəsi üçün deyil, bütün Afrika üçün ekoloji kulinariya ideyasını irəlilətmək üçün iştirak edir", - deyə rəsmi şəxs bildirib.

Bu məqsəd çərçivəsində Tanzaniya 12 noyabr tarixində iqlim dəyişikliyi ilə mübarizədə ekoloji kulinariyanın roluna həsr olunmuş paralel tədbir keçirəcək.

"Biz ekoloji kulinariyanın iqlim problemlərinin həllindəki əhəmiyyətini müzakirə edəcəyik", - deyə o izah edib.

Onun fikrincə, COP29-un gündəliyinə ekoloji kulinariyanın daxil edilməsi bu mövzunun daha geniş müzakirəsinə dəstək verəcək.

"Əgər ekoloji kulinariyanı növbəti görüşlərin gündəliyinə daxil edə bilsək, bu, ətraf mühitimizin qorunmasına kömək edər", - deyə o vurğulayıb.

O, həmçinin karbon maliyyələşdirilməsinə çıxışın asanlaşdırılmasının vacibliyinə diqqət çəkib.

"Karbon maliyyələşdirilməsi tez-tez müzakirə olunur, lakin Tanzaniya da daxil olmaqla bir çox ölkələr üçün əlçatmaz olaraq qalır", - deyə o qeyd edib.

"Düşünürük ki, karbon maliyyələşdirilməsinə çıxışı asanlaşdırmağın vaxtı çatıb. Bu vəsaitə çıxışı sadələşdirin", - deyə o bildirib.

O vurğulayıb ki, bu cür səylər olmadan karbon maliyyələşdirilməsi ehtiyac duyan icmalara çatmayacaq.

Keçən il COP tədbirində götürülmüş öhdəlikləri dəyərləndirən F.Mramba, COP28-də müzakirə olunan, lakin məhdud irəliləyiş əldə edilən Zərər və İtki Fondunun reallaşdırılması üçün konkret addımların vacibliyini vurğulayıb.

"Ötən il COP28-də zərər və itki barədə çox danışıldı, lakin biz real addımlar görmürük", - deyə o qeyd edib.

"Tanzaniya üçün COP29-da məqsəd aydındır, biz daha az söhbət və daha çox fəaliyyət gözləyirik. Yalnız bu yolla bu COP-da real nəticələr əldə edə bilərik", - deyə F.Mramba bildirib.

Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 12 Noyabr 2024 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see486

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see391

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see381

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see325

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see293

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see292

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see286

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see206

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see188

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see171

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see167

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see166

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see166

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see158

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see154

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see139

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see138

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see135

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

02 Dekabr 2025 08:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri