Icma.az
close
up
RU
COP16da Bakı İqlim və Sülh Mərkəzinin təqdimatı keçirildi

COP16da Bakı İqlim və Sülh Mərkəzinin təqdimatı keçirildi

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən səhralaşma üzrə COP16-da COP29-da təsis edilmiş Bakı İqlim və Sülh Mərkəzinin təqdimatı keçirilib.

Oxu.Az "Report"a istindən xəbər verir ki, Beynəlxalq Miqrasiya Təşkilatı ilə birgə təşkil olunan tədbirdə çıxış edən Azərbaycan Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov öz çıxışında uğurla başa çatmış COP29-da beynəlxalq sülhə xüsusi diqqət ayrıldığını qeyd edib. COP29-un Azərbaycan Sədrliyinin bununla əlaqədar 15 noyabrda xüsusi Sülh Yardım və Bərpa Günü keçirdiyini bildirən səfir mövzu ilə əlaqədar Bakı Çağırışının qəbul edilməsinin əhəmiyyətini vurğulayıb.

"Əvvəlki COP-larda da iqlim-sülh qovşağı müzakirə olunsa da, məhz COP29-da vacib təşəbbüsləri bir araya gətirən Bakı İqlim və Sülh Mərkəzinin təsis edilməsi, həm iqlim fəaliyyətinin, həm də beynəlxalq sülhün irəliləməsi sahəsində beynəlxalq aləmin Azərbaycana göstərdiyi etimadın nümunəsidir. Bu mərkəz ümumi əhalisinin sayı 450 milyondan artıq olan, iqlim böhranı və münaqişələrin dağıdıcı nəticələrinə məruz qalan xüsusilə həssas ölkələrə beynəlxalq dəstək və yardımın göstərilməsində aparıcı rol oynayacaq", - deyə İskəndərov bildirib.

O, Bakı Mərkəzinin artıq bir sıra BMT institutları və beynəlxalq yardım qurumları ilə əməkdaşlıq haqqında razılıqlar əldə etdiyini qeyd edib:

"Bütün bu nəticələr COP29-un sözün tam mənasında sülh COP-u kimi tarixdə qalacağını deməyə əsas verir."

Qeyd edək ki, COP29-da yaradılmış Bakı İqlim və Sülh Mərkəzində Azərbaycan İngiltərə, Almaniya, İtaliya, Misir, BƏƏ və Uqanda ilə əməkdaşlıq edir. COP29-da qəbul edilmiş Bakı İqlim və Sülh Çagırışına əsasən, mərkəzin daimi katibliyi Azərbaycanın ev sahibliyi ilə Bakıda fəaliyyət göstərəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://oxu.az
archiveBu xəbər 03 Dekabr 2024 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri