Icma.az
close
up
RU
COP16da Bakı İqlim və Sülh Mərkəzinin təqdimatı keçirildi Foto

COP16da Bakı İqlim və Sülh Mərkəzinin təqdimatı keçirildi Foto

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən səhralaşma üzrə COP16-da COP29-da təsis edilmiş Bakı İqlim və Sülh Mərkəzinin təqdimatı keçirilib.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, Beynəlxalq Miqrasiya Təşkilatı ilə birgə təşkil olunan tədbirdə çıxış edən AR Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov öz çıxışında uğurla başa çatmış COP29 - da beynəlxalq sülhə xüsusi diqqət ayrıldığını qeyd etdi. COP29-un Azərbaycan sədrliyinin bununla əlaqədar 15 noyabrda xüsusi Sülh Yardım və Bərpa Günü keçirdiyini bildirən səfir, mövzu ilə əlaqədar Bakı Çağırışının qəbul edilməsinin əhəmiyyətini vurğuladı.

“Əvvəlki COP-larda da iqlim-sülh qovşağı müzakirə olunsa da, məhz COP29-da vacib təşəbbüsləri bir araya gətirən Bakı İqlim və Sülh Mərkəzinin təsis edilməsi, həm iqlim fəaliyyətinin, həm də beynəlxalq sülhün irəliləməsi sahəsində beynəlxalq aləmin Azərbaycana göstərdiyi etimadın nümunəsidir. Bu Mərkəz, ümumi əhalisinin sayı 450 milyondan artıq olan, iqlim böhranı və münaqişələrin dağıdıcı nəticələrinə məruz qalan xüsusilə həssas ölkələrə beynəlxalq dəstək və yardımın göstərilməsində aparıcı rol oynayacaq” – deyə İskəndərov bildirib. O, Bakı Mərkəzinin artıq bir sıra BMT institutları və beynəlxalq yardım qurumları ilə əməkdaşlıq haqqında razılıqlar əldə etdiyini qeyd edib: “Bütün bu nəticələr COP29-un, sözün tam mənasında, “Sülh COP-u” kimi tarixdə qalacağını deməyə əsas verir.”

Qeyd edək ki, COP29-da yaradılmış Bakı İqlim və Sülh Mərkəzində Azərbaycan, İngiltərə, Almaniya, İtaliya, Misir, BƏƏ və Uqanda ilə əməkdaşlıq edir. COP29-da qəbul edilmiş Bakı İqlim və Sülh Çagırışına əsasən, Mərkəzin daimi katibliyi Azərbaycanın ev sahibliyi ilə Bakıda fəaliyyət göstərəcəkdir.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 03 Dekabr 2024 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrandakı daxili siyasi gərginliyin kökündə nə dayanır?

04 Sentyabr 2025 14:37see319

Makronun İsrailə səfər etmək istəyi Netanyahu tərəfindən rədd edildi

04 Sentyabr 2025 02:10see232

Məni azadlığa buraxın, qeyri adi istedadım var İlhamə Elşadqızı

03 Sentyabr 2025 13:18see202

Keçmiş prezident özünə yeni iş tapdı

04 Sentyabr 2025 15:44see200

Husi qüvvələri Təl Əvivdə hədəfləri raketlərlə vurduğunu iddia edir

03 Sentyabr 2025 18:37see184

Hərbi xidmət yaşının artırılması təhsilə necə təsir edər?

03 Sentyabr 2025 13:21see151

ABŞ də kişi görüşdə ayağını iyləməyə icazə verməyən qızın üzərindən avtomobillə keçdi

04 Sentyabr 2025 04:31see138

İşçiləri əmək müqaviləsiz çalışdırırmış...

04 Sentyabr 2025 11:10see137

İslandiya millisinin yarımmüdafiəçisi: Azərbaycan bizi cəzalandıra bilər

03 Sentyabr 2025 23:00see136

Türkiyədə dəhşət: İldırım ata və oğlunun həyatına son qoydu

04 Sentyabr 2025 00:53see134

Lissabonda funikulyor relsdən çıxdı − Ölənlər var

03 Sentyabr 2025 23:28see132

Tramp Rusiyaya gedə bilər Vacib şərt açıqlandı

03 Sentyabr 2025 13:46see132

Fənər in müdafiəçisi Rusiya yolunda

03 Sentyabr 2025 13:39see129

Övladına toy edən şəxsin evi yandı

03 Sentyabr 2025 22:57see128

ABŞ hakimiyyəti Marsa ilk astronavtları 2030 cu ildə göndərməyi planlaşdırır

05 Sentyabr 2025 01:47see126

ABŞ də matça çayının gözlənilməz fəsadı ortaya çıxdı

04 Sentyabr 2025 14:46see125

Dövlət Departamenti Fələstinin üç hüquq müdafiə təşkilatına qarşı sanksiya tətbiq edib

05 Sentyabr 2025 03:46see122

Kanadada bıçaqlı hücum: Bir nəfər ölüb, səkkiz nəfər...

05 Sentyabr 2025 01:25see119

Bakı qoçusu Qafar Nağıyevin 1902 ci ilə aid mülkü

04 Sentyabr 2025 22:13see118

Sinəsi ilə penaltini qaytarandan sonra öldü

05 Sentyabr 2025 01:25see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri