Icma.az
close
up
RU
COP29: Azərbaycandan dünyaya...

COP29: Azərbaycandan dünyaya...

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Bir həftədən artıqdır ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Bakıda öz işinə başlayıb. Dünyanın hər yerindən nümayəndələr qlobal iqlim dəyişmələrinə qarşı mübarizə tədbirlərinin birgə müzakirəsi üçün Azərbaycana gəlib və gəlməkdədir. Sessiya çərçivəsində ayrı-ayrı mövzularda keçirilən panel müzakirələrdə COP29 iştirakçıları Azərbaycandan dünyaya çağırış edir, dünya iqlimini qlobal dəyişmələrdən xilas etməyə çalışırlar. Bütün bunları izləyərkən belə bir təəssürat formalaşır ki, COP29 əvvəlki sessiyalardan daha səmərəli olacaq. Çünki əvvəlki COP-larda hələ də həllini tapmayan məsələlər burada daha çox müzakirələrə səbəb olub. Odur ki, dünya insanların səsini Azərbaycandan daha yaxşı eşidir.

Kosmos Yerin iqliminin monitorinqi üçün böyük imkanlar təqdim edir

COP29 çərçivəsində “Azərkosmos” ASC-nin təşkilatçılığı ilə “Təbii fəlakətlərlə mübarizə üçün kosmik texnologiyalar: tematik tədqiqatlar” mövzusunda ikinci panel sessiyası keçirilib.

Sessiya çərçivəsində Kosmik Liderlər Sammitinin iştirakçısı, İtaliya Kosmik Agentliyinin prezidenti, professor Teodor Valente Aralıq dənizi hövzəsində müşahidələr aparmaq üçün kiçik peyklərdən ibarət “COSMO-SkyMed” haqqında maraqlı çıxış edib. Sonra “Fugro” şirkətinin direktoru Kris Bota (Chris Botha) əhali artımı və qlobal istiləşmə şəraitində içməli suyun getdikcə azaldığını qeyd edərək vuğulayıb ki, biz innovativ məlumat toplama metodlarından və məsafədən zondlama texnologiyalarından istifadə edərək şəhər əraziləri üçün yeraltı suların monitorinq planlarını işləyib hazırlayırıq. Bu, daha səmərəli və qənaətcil yeraltı su sistemlərinin yaradılmasına gətirib çıxarır. BMT-nin Kosmik Məkan Məsələləri üzrə Ofisinin (UNOOSA) Elmi məsələlər üzrə əməkdaşı Loran Zaranın (Lorant Czaran) məsələyə münasibəti belə olub ki, 2027-ci ilin sonuna qədər Yer kürəsindəki hər bir insanın təhlükəli hava, su və ya iqlim hadisələrindən həyati vacib erkən xəbərdarlıq sistemləri vasitəsilə qorunmasını təmin etmək məqsədi daşıyan qabaqcıl təşəbbüs olan “Hər kəs üçün erkən xəbərdarlığa” xüsusi diqqət yetiriləcək. Braziliya Kosmik Agentliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəhbəri Marsiya Alvarenqa dos Santos isə onun ölkəsində meşə və yanğınların monitorinqi üçün kosmik texnologiyalardan istifadə olunduğunu bildirib və deyib: “Düşünürəm ki, bu gün kosmos Yerin iqliminin monitorinqi üçün böyük imkanlar təqdim edir”.

Liderlik edən qadınlar dayanıqlı gələcək üçün iqlim çempionlarıdır

COP29 çərçivəsində Azərbaycan Əməliyyat Şirkətinin təşkilatçılığı ilə “Liderlik edən qadınlar: Dayanıqlı gələcək üçün iqlim çempionları” mövzusunda keçirilən panel sessiyasında Macarıstanın Energetika Nazirliyində iqlim üzrə xüsusi tapşırıqlar səfiri Barbara Botos, “onepoint5”in təsisçi tərəfdaşı və baş direktoru, eyni zamanda, UNFCCC-nin sabiq icraçı katibi (2016-2022) Patrisia Espinoza, həmçinin “Unison Group”un təsisçisi və prezidenti Nurzat Abdirasulova iştirak ediblər. Sessiya maraqlı müzakirələrlə yaddaqalan olub. Belə ki, panel sessiyada qadınların iqlim dəyişikliyi ilə mübarizə proseslərində iştirakı qənaətbəxş hesab edilsə də, onların liderlər səviyyəsində iştirak göstəricisinin aşağı olduğu bildirilib. Qeyd olunub ki, 30 il ərzində keçirilən COP tədbirlərində cəmi 5 konfrans qadınlara həsr edilib, bu da qadınların potensialın üzə çıxarılması baxımından o qədər də müsbət hal deyil.

Çıxış edənlər qadınların COP-da iştirak məsələsinə toxunub, Qərbi Avropa və Latın Amerikası ilə müqayisədə Afrika və Asiyadan daha az qadının belə tədbirlərə qatıldığına diqqət çəkib, bərabər iştirakçılığın təmin olunmasına çalışmağın zəruriliyini diqqətə çatdırıblar. Onlar yaşıl enerjiyə keçidin qadınlar olmadan mümkünsüzlüyünü, planet əhalisinin 50 faizini təşkil edən qadınların böyük energetika şirkətlərinin idarə heyətlərində təmsil olunmalarının vacibliyini vurğulayıblar.

Qadınların uğur hekayəsinin 30 faiz zəhmətdən, 70 faiz isə bəxt amilindən asılı olduğu bildirilib. Sessiya iştirakçıları qadınları ambisiyalı olmağa və öz məqsədləri naminə inamlı addımlar atmağa səsləyiblər. Qadınların bir-birinə motivasiya vermələrinin, uğura gedən yolda ilham mənbəyi olmalarının əhəmiyyəti qeyd edilib.

Neyromüxtəlifliyin dəstəklənməsi vacibdir

Tərəflər konfransının 29-cu sessiyası çərçivəsində keçirilən “İş yerində neyromüxtəliflik” mövzusunda tədbirdə maraqlı müzakirələr aparılıb. Azərbaycanın səhiyyə naziri Teymur Musayev, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Fondunun Baş icraçı direktoru Anil Soni, “NEQSOL Holding”in dayanıqlılıq üzrə baş direktoru Kadri Özen və digər rəsmilərin iştirak etdiyi panel müzakirəsi zamanı neyromüxtəlif fərdlərə dəstək üçün inklüziv təcrübələrin tətbiqi, bu sahədə iş təcrübələri və rast gəlinən çətinliklər, dəstəkləyən iş mühiti yaratmaq üçün praktik addımların atılması və digər mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb. Çıxışçılar neyromüxtəlifliyin öyrənmə və ünsiyyət pozuntuları da daxil olmaqla bir çox nevroloji pozulmaları əhatə etdiyini qeyd ediblər. Eyni zamanda, iş yerində neyromüxtəlifliyin dəstəklənməsinin vacibliyi diqqətə çatdırılıb.

Ekoloji problemlər: su qıtlığı, torpaqların şoranlaşması və meşə fondunun azalması

COP29 beynəlxalq konfransı çərçivəsində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Bakı Dövlət Universiteti (BDU), Qarabağın Tərəqqisi Naminə İctimai Birliyi və Afrika Gənclərinin İnkişafı Fondunun birgə təşkilatçılığı ilə ekoloji problemlərin həllinə və davamlı inkişafın dəstəklənməsinə yönəlmiş “Yaşıl Dialoq: İnnovasiya və Beynəlxalq Əməkdaşlıq Platforması” layihəsi fəaliyyətə başlayıb. Əsas məqsədi su qıtlığı, torpaqların şoranlaşması və meşə fondunun azalması kimi ekoloji problemlərin həlli üçün sosial maarifləndirmə və beynəlxalq əməkdaşlığın gücləndirilməsi olan layihə çərçivəsində COP29-un Yaşıl zonasında müzakirə paneli keçirilib. Panel zamanı “Davamlı inkişafın əhəmiyyəti”, “Növbəti nəsillər üçün iqlim təhsili”, “Qaz yataqlarında metan (CBM) istehsalı və CO2 tutulmasında idarəetmə səmərəliliyinin qiymətləndirilməsi”, “Yaşıl logistika: investisiya və tətbiq maneələrinin aradan qaldırılması” kimi mövzular müzakirə olunub.

Rəqəmsal yaşıl üfüqlər

COP29 çərçivəsində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşkilatçılığı ilə “Rəqəmsal yaşıl üfüqlər: hökumət və texnoloji həllərin dayanıqlı gələcək üçün inteqrasiyası” mövzusunda tədbir keçirilib. Tədbirdə çıxış edən İRİA-nın sədri İnarə Vəliyeva rəqəmsallaşmanın və innovasiyaların dayanıqlı tətbiqi ilə qurumun son iki ildə ətraf mühitin qorunmasına müsbət töhfə verən rəqəmsal məhsullar ərsəyə gətirdiyini bildirib.

Sonra İRİA sədrinin müavini Şahin Əliyev Azərbaycanın rəqəmsal inkişaf strategiyasının vektorları, əldə edilən nailiyyətlər və yaxın perspektiv üçün qarşıda duran məqsədlərdən danışıb. O, rəqəmsallaşmada əməkdaşlığın önəmini vurğulayaraq, bu prosesin böyük miqyasda reallaşması üçün digər dövlət qurumları ilə intensiv koordinasiyanın vacibliyini diqqətə çatdırıb: Növbəti 3 ildə ‘mygov’ üzərindən 10 həyat hadisəsinin aktiv edilməsi, ölkə üzrə ‘digital.login’dən istifadənin, habelə hökumət xidmətləri üçün ödənişlərin 100%-ə çatdırılması hədəflənir.

Tədbirin interaktiv hissəsində İRİA sədrinin müşaviri Salar İmaməliyevin moderatorluğu ilə İsrail Aerokosmik Sənayesi təşkilatının regional direktoru, marketinq və biznesin inkişafı üzrə menecer Dani Paslevin iştirak etdiyi panel sessiyası baş tutub. Müzakirələr zamanı İsrailin qabaqcıl kosmik texnologiyasının Azərbaycanda iqlim fəaliyyəti, şəhər planlaması, təbii fəlakətlərin fəsadlarının görüntülənməsində tətbiqi imkanları ətrafında fikir mübadiləsi aparılıb.

İnsan inkişafına investisiya iqlim dayanıqlılığına təminatdır

COP29 çərçivəsində Elm və Təhsil Nazirliyinin təşkilatçılığı, COP29 Sədrliyi, UNESCO, Ümumdünya Səhiyyə Təşkilatı, Beynəlxalq Əmək Təşkilatı, UNICEF, Asiya İnkişaf Bankı və Yaşıl İqlim Fondunun dəstəyi ilə iqlim dayanıqlılığı üçün insan inkişafı üzrə Bakı Təşəbbüsünə dair yüksəksəviyyəli iclas keçirilib. İclasın əsas məqsədi insan inkişafına investisiya qoyulmasının iqlim dayanıqlılığının təmin edilməsində mühüm əhəmiyyətini nəzərə çatdırmaqdan ibarət olub.

Tədbirdə iqlim dəyişikliyinin həyatımızın hər tərəfinə – sağlamlığa, təhsilə, əmək bazarına və ən əsası gələcək nəsillər üçün mövcud olan imkanlara təsir göstərdiyi qeyd edilib. Qlobal istiləşmə ilə bağlı çağırışlara cavab vermək üçün insan inkişafına sərmayə qoyulması, bu investisiyanın həyatın ən erkən mərhələlərində başlamalı olduğu, mübarizənin uşaqların və gənclərin təhsil, səhiyyə və bacarıqların inkişafı yolu ilə güclənməsinin təmin edilməsi qeyd olunub. Vurğulanıb ki, bu investisiya təkcə dayanıqlılığa aid deyil, həm də iqlim dəyişikliyinin təsirlərinin azaldılması səylərini əhatə etməlidir.

Birgə iclasın əsas mövzularından biri olan iqlim dayanıqlılığının təmin edilməsində təhsilin rolu çərçivəsində aparılan müzakirələrdə gələcək nəsillərin iqlim problemləri ilə mübarizə üçün zəruri bilik və bacarıqlarla təmin edilməsi məqsədilə “İqlim dostu” tədris proqramlarının hazırlanmasının vacibliyi qeyd edilib.

Birgə iclasda, həmçinin məktəblərdə iqlim şüurunun artırılması, müəllimlərin bu sahədə hazırlanması, iqlim dayanıqlı təhsil sistemlərinin qurulması kimi məsələlər müzakirə edilib. Bununla yanaşı, tələbələrin yaşıl iqtisadiyyat üçün zəruri bacarıqlara yiyələnməsi məqsədilə strateji yanaşmalar təqdim olunub.

Panel müzakirələrində İtaliya, Niderland, Böyük Britaniya, Braziliya və digər ölkələrdən qurum rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri fikirlərini ifadə ediblər.

Beləliklə, iki-bazar və bazar ertəsi günləri aparılan müzakirələr Azərbaycandan dünyaya yayılan səs kimi iqlim dəyişmələrinə qarşı mübarizədə müxtəlif sahələrdə görüləcək işlərin mümkünlüyü ilə çatdırılıb. Belə qənaətə gəlmək olur ki, bu panel müzakirələr həyata keçiriləcəyi təqdirdə qloballaşan dünyamızın qlobal iqlim proqblemlərinə töhfəsiz ötməyəcək.

Mətanət Məmmədova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 Noyabr 2024 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Prezident Şuşadan hansı mesajları verdi?

14 İyul 2026 12:44see467

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Slovakiya Prezidenti Peter Pelleqrinin Azərbaycana səfəri ilə bağlı daha bir paylaşım olunub (Video)

14 İyul 2026 20:45see300

Avtomobildən zibil atanları hansı cəza gözləyir?

14 İyul 2026 11:51see243

Zinəddin Zidan DÇ 2026 dan sonra Fransa millisini çalışdıracaq

15 İyul 2026 03:31see233

Baş nazirdən Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı QƏRAR

14 İyul 2026 17:15see230

Azərbaycanda “Temu”ya qarşı İŞ QALDIRILDI KONKRET

14 İyul 2026 16:24see223

Baloqun qırmızı vərəqəsinin ləğvi barədə: “Bu, tamamilə unikal bir şey idi”

15 İyul 2026 07:14see219

Rəşad Sadıqov: “Gələcəyimi “Zirə”də görürəm”

15 İyul 2026 01:04see193

Daha bir ölkədən Rusiyaya SANKSİYA xəbəri...

15 İyul 2026 03:05see187

Türkiyədəki o dəhşətli gecədən 10 il keçdi

15 İyul 2026 02:02see167

Fransız qadınların 50 yaşında 20 yaşındakı kimi görünməyinin sirri

15 İyul 2026 04:04see162

Cəmiyyətdə kişi anlayışı vizuallıqdan ibarət qalıb

15 İyul 2026 06:21see161

Bakıda ilk dəfə Lego Mego uşaq əyləncə mərkəzi açıldı

15 İyul 2026 01:08see160

Beş min dollar qazandı, Messi ilə görüşdü: in qarşılaşdığı qeyri adi azarkeş FOTO/VİDEO

15 İyul 2026 16:33see159

Fransa İspaniya oyunu başladı YENİLƏNİR

14 İyul 2026 23:01see159

“İslamabad sazişi başa çatdı”

15 İyul 2026 07:00see156

Argentina yarımfinallarda uduzmur Altı oyunun hamısında final

16 İyul 2026 03:12see155

Normal vaginal axıntı necə olmalıdır? Qadınların diqqətinə!

15 İyul 2026 23:03see155

İran yaralanan mülki şəxslərin sayını açıqladı

16 İyul 2026 02:02see152

Baş nazirdən Şuşa barədə YENİ QƏRAR

15 İyul 2026 23:06see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri