Icma.az
close
up
RU
Menu

Biz dəyərlərimizlə bir birimizə bağlıyıq

Velosipedlərin parklanması üçün konstruksiyaların alınmasına bu qədər vəsait sərf ediləcək

66 yaşlı ingilisin əməli cəzasız qalmayıb...

Azərbaycan, Türkiyə və Amerika İsrailə təzyiq göstərəcəklər Sərdar Cəlaloğlu

Putin Zelenskini görüşə çağırır, Ukrayna lideri isə “yox”deyir PƏRDƏARXASI MƏQAMLAR KONKRET

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

Bakıda ikimərtəbəli evdə GÜCLÜ YANĞIN

Liderlər Şuşanın Daşaltı kəndində GÖRÜNTÜLƏR

Dondurma adı ilə buzlanmış süd satılır AÇIQLAMA

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

Paşinyan Dövlət Nəzarət Xidmətinin rəhbərini istefaya göndərdi

“Qarabağ” “Barselona”nın sabiq hücumçusu ilə danışıqlar aparır EKSKLÜZİV

Dollarla bağlı rezonans doğuran tələb Dəyişikliklər ola bilər

Mbappe ilə bağlı araşdırmalar aparılır Polisə rüşvət verib?

12 milli, 4 klub Sumqayıta gəlir Dünya Qadın Seriyası

Berdiməhəmmədovun səfəri regional əməkdaşlığa töhfə verəcək” MÜNASİBƏT BİLDİRİLDİ

Naxçıvanın enerji sistemi yenidən qurulur

Prezident və Qurbanqulu Berdiməhəmmədov Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinə baxıb

Erməni cəmiyyətinin düşüncə kodları dəyişməlidir ŞƏRH

Təhsilin inkişafı dövlətin diqqət mərkəzindədir

Birləşdirici missiya: Azərbaycandan dünyaya barışıq mesajları

Birləşdirici missiya: Azərbaycandan dünyaya barışıq mesajları

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin dekabrın 17-də Rusiyalı jurnalist Dmitri Kiselyova müsahibəsi haqqında artıq bir şərh yazmışdıq. Həmin şərhdə müsahibədəki bir sualı və həmin suala verilmiş cavabı təhlil etmişdik. Ancaq müsahibənin qalan hissələrində də çox mühüm və maraqlı mesajlar var.

Həmin mesajlardan biri Gürcüstanda baş verən hadisələrlə bağlıdır. Azərbaycan dövlətinin başçısı çox açıq və aydın formada səbəbləri təhlil edir. Yəni başqa siyasi liderlər kimi yalnız nəticələrə dair mülahizələr söyləmir. Səbəbləri isə belə izah edir:

"Gürcüstanda Qərbdən maliyyələşən minlərlə qeyri-hökumət təşkilatı fəaliyyət göstərir. Bu təşkilatlarda çalışan və ya əməkhaqqı alan insanların sayı isə yəqin ki, on minlərlə, hətta daha çoxdur. Biz bilirik ki, bu, nə deməkdir. Çünki burada, bizim ölkəmizdə qrantla qidalananların və qrant verənlərin özlərini ağa kimi apardıqları dövr var idi, amma biz bunun qarşısını aldıq. Ona görə də hər hansı qurumun, istər Azərbaycan və ya xarici olsun, verdiyi istənilən qrant qeydiyyatdan keçməlidir və müvafiq orqanlar icazə verib-verməməyi nəzərdən keçirməlidir".

Prezident açıq deyir ki, Gürcüstanda hökumətə etiraz edənlər xarici qrantlardan qidalanan adamlardır. Hökumətin ABŞ və Avropa İttifaqı ilə münasibətlərinin kəskinləşməsi on minlərlə, bəlkə də daha çox adamın havayı qazanc yerinin kəsilməsidir. Həmin minlərlə, on minlərlə adam küçələrə ona görə çıxmayıb ki, Gürcüstan Avropa İttifaqına gedəcək, ya getməyəcək. Onlar özləri də yaxşı bilir ki, Rusiya-Ukrayna müharibəsi bitməyincə, Qərblə Rusiya arasında gərginlik səngiməyincə, üstəlik Gürcüstanın ərazi bütövlüyü bərpa edilməyincə, bu ölkəni Avropa İttifaqına qəbul etməyəcəklər.

Yeri gəlmişkən onu deyim ki, sözdə Avrointeqrasiya tərəfdarları Gürcüstan Konstitusiyasının 78-ci maddəsinə istinad edirlər və "Gürcü arzusu" hökumətinin bu maddəni pozduğunu deyirlər. Amma Gürcüstan Konstitusiyasının 1-ci maddəsi də var. Orda yazılır ki, Gürcüstan müstəqil, vahid, bölünməz ölkədir və bu, Abxaziya MSSR və keçmiş Cənubi Osetiya Muxtar Vilayəti də daxil olmaqla ölkənin bütün ərazisində referendumla təsdiq olunub. Yəni Gürcüstan Abxaziyanı və Tsxinvali regionunu buraxıb Avropa İttifaqına getməyəcək; buna Konstitusiya da imkan vermir. Eyni zamanda indiki halında da onu Avropa İttifaqı öz sıralarına qəbul etməyəcək.

Deməli, indi Tiflisdə Avroinyeqrasiya şüarları ilə meydana çıxanların məqsədi heç də ölkənin İttifaqa tezliklə üzvlüyünə nail olmaq deyil.

Məşhur bir lətifə var. Çoxuşaqlı ailənin başçısına deyiblər: "Görünür, uşaqları çox sevirsən". O isə belə cavab verib: "Məsələ onda deyil, sadəcə, proses özü maraqlıdır".

İndi Gürcüstanda hökumətə etiraz edənlərə də Avropa İttifaqı deyil, proses özü maraqlıdır; Qərbdən böyük məbləğlərdə vəsait gəlirdi. Onlara lazımdır ki, üzvlük danışıqları davam etsin, öz qrantlarını almaqda davam eləsinlər. O cümlədən, dövlət strukturlarında da bu qrantlardan qidalananlar var idi. Prezident Salone Zurabişvili də başda olmaqla.

Azərbaycan prezidentinin müsahibəsində toxunduğu da məhz bu məsələdir. O deyir ki, Azərbaycanın özündə də zamanında xaricdən qrant alanlar şəbəkəsi formalaşmışdı, dağıdıldı. Gürcüstanda isə bu məsələdə bir qədər gecikmə oldu; qrant şəbəkəsi ölkənin çox hissəsinə, o cümlədən, hakimiyyətin içərisinə də yayılmışdı. Bu səbəbdən Gürcüstanda bu problemlə mübarizə xeyli çətin gedir. Ancaq müsahibədən də aydın olduğu kimi, Azərbaycan da maraqlıdır ki, Gürcüstan xarici təsir agentirası şəbəkəsindən xilas olsun. Səbəbi də məlumdur: Azərbaycan və Gürcüstan bir-biri üçün mühüm dövlətlərdir.

Başqa bir maraqlı məqam Türkiyə ilə bağlı cavabdır. Türkiyənin Azərbaycanda hərbi bazasının olub-olmayacağı haqda suala da Prezident İlham Əliyev dolğun cavab verərək, belə deyib: "Azərbaycan ilə Rusiya arasındakı Bəyannamədən bir il əvvəl Türkiyə ilə Azərbaycan arasında imzalanmış Müttəfiqlik haqqında Bəyannamədə təhlükə və ya təcavüz zamanı qarşılıqlı hərbi yardımı nəzərdə tutan bənd var. Yəni, bu, həm Azərbaycanın, həm də Türkiyənin bir öhdəliyidir ki, əgər bu və ya digər ölkə xarici təhlükə və xarici təcavüzlə üzləşsə, köməyə gəlməlidir. Buna görə də, Bəyannamənin həmin bəndi mahiyyət etibarilə bu və ya digər ərazidə hər hansı daimi hərbi infrastrukturun yaradılmasını tamamilə lüzumsuz edir".

Bu, bir tərəfdən, Azərbaycanın Türkiyə ilə müttəfiqliyə necə böyük önəm verdiyini göstərir. Azərbaycan və Türkiyə dost və qardaş ölkələrdir. Ancaq beynəlxalq aləmdəki vəziyyətdən də görünür ki, nəinki bütün dostlar, hətta qardaş ölkələr bəzi hallarda belə sadiq, etibarlı müttəfiq ola bilmirlər. Hətta bir-birinə düşmən olanlar belə var: Rusiya ilə Ukrayna göz qabağındadır. Amma Azərbaycanla Türkiyə arasındakı təbii və etibarlı müttəfiqliyin dünyada nəinki eynisi, heç bənzəri də yoxdur. Bu, tamamilə başqa səviyyədir və dünyaya bir nümunədir. Prezident bunu çox açıq və anlaşıqlı formada ifad edib.

Məsələnin ikinci tərəfinə baxsaq, Azərbaycan NATO üzvü olmağa can atmır, ancaq NATO üzvü olan Türkiyə ilə müttəfiqdir. Rusiya Ukraynaya NATO-ya yaxınlaşdığı üçün hücum edib. Ancaq Azərbaycan da Rusiya ilə qonşudur və NATO-nun ikinci ən böyük ordusuna sahib olan Türkiyə ilə hərbi müttəfiqlik bəyannaməsi imzalayıb. Həm də bu elə ustalıqla edilib ki, Rusiya bundan qıcıqlanmır və etiraz etməyib. Prezident İlham Əliyev də bunu çox rahatlıqla Rusiya dövlət mediasına müsahibəsində deyir.

Üçüncüsü, Prezident Türkiyə ilə müttəfiqliyi incə şəkildə Ermənistanı silahlandıranlara da xatırladır. Ermənistan Azərbaycana qarşı hərbi təcavüz niyyətinə düşsə, Türkiyənin Azərbaycanın köməyinə gələcəyinə şübhəsi qalmasın. Həm də Ermənistan coğrafi xəritəni də nəzərə almalıdır; Türkiyənin harada yerləşdiyini unutmamaqla!

Prezident İlham Əliyev Fransanın, Hindistanın açıq, eləcə də, ABŞ-ın gizli şəkildə Ermənistanı silahlandırmasına da öz münasibətini bildirib. Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində hərbi xərclərin 5 milyard dollara yaxın olduğunu deyən prezident bunun Ermənistanın silahlandırılması ilə bağlı olduğunu açıqlayıb. Dövlət başçısı Azərbaycanı bu baxımdan narahat edən səbəbi açıq söyləyib:

"Nəzərə alsaq ki,Ermənistanla sərhədimizin uzunluğu min kilometrdən çoxdur, bir çox yaşayış məntəqələri sərhədə yaxın yerləşib və bu yaşayış məntəqələrinin əksəriyyətinə keçmiş köçkünlər qayıdırlar, təbii ki, biz bu prosesi yalnız kənardan müşahidə edə bilmərik".

Yəni bu narahatlıq ona görə deyil ki, Ermənistan hərbi cəhətdən Azərbaycandan daha güclü olacaq və sair. Ölkənin rəhbəri sərhəd boyunca mülki əhalinin məskunlaşdığını nəzərə alır. Eyni zamanda onu da vurğulayıb ki, əgər bu silahlanma yarışı olmasaydı, Azərbaycan işğaldan azad olunmuş ərazilərin bərpasına daha çox vəsait ayıra bilərdi.

Mühüm məqamlardan biri də Azərbaycanla Ermənistan arasında sülh sazişidir. Prezident haqlı olaraq Ermənistanın silahlandırılması və sülh sazişi məsələlərini bir-birindən ayırmağın əleyhinədir. Çünki Qərb bir yandan, Azərbaycanla Ermənistan arasında sülh sazişini imzalamağa çağırır və guya buna kömək etməyə çalışır, o biri yandan da, özləri Ermənistanı silahlandırırlar. Bu iki məsələ paralel, sanki bir-birinə mane olmayan iki fərqli proses kimi gedə bilməz axı. Prezident İlham Əliyev də Qərbi, eləcə də, Ermənistanın özünü bu iki yolun birini seçməyə çağırır. Seçim nədən ibarət olmalıdırsa, prezident məhz onu təklif edir. Təbii ki, söhbət sülh gündəliyindən gedir. Çünki Ermənistanı silahlandırmaq onu sülhə deyil, müharibəyə hazırlamaq deməkdir. Belədirsə, onda Bayden administrasiyasının və Qərbin bəzi dairələrinin sülh çağırışları, yumşaq desək, qəribədir.

Sülhə, sülh sazişinə gəlincə, buna mane olan məsələləri də prezident dəqiq vurğulayıb. Burda dörd maneə var. Onlardan ikisi sazişin qarşısını alan məsələlərdir: biri, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasıdır, bunun üçün Azərbaycan haqlı olaraq tələb edir ki, Ermənistan Əsas Qanunundan o müddəaları çıxarsın. Müsahibədə bu, bir daha gündəmə gətirilib. İkinci məsələ isə, ATƏT-in keçmiş Minsk Qrupunun buraxılması üçün hər iki ölkənin ATƏT-ə birgə müraciət etməsidir.

Sazişin mətnində 15 bənd razılaşdırılıb. Razılaşdırılmamış qalan iki bənd haqda isə prezident deyib ki, bunların biri tərəflərin beynəlxalq məhkəmələrdə bir-birinə qarşı iddiaları qarşılıqlı olaraq geri çəkmələridir; ikincisi, Azərbaycanla sərhədə yaxın bölgələrdə xarici hərbi qüvvələrin yerləşdirilməməsidir.

Göründüyü kimi, sülhə bütün bu maneələrin hamısı Ermənistandan qaynaqlanır.

Daha əvvəl də prezident İlham Əliyev demişdi ki, rəsmi İrəvan vaxtı uzadır ki, silahlanıb bölgədə hərbi balansı öz xeyrinə dəyişsin. Sözügedən müsahibədə də o, həmin məsələyə yenidən qayıdıb və Ermənistanı silahlandıran dövlətlərin məsuliyyətini xüsusi vurğulayıb.

Yeri gəlmişkən, prezident İlham Əliyev ABŞ-dan danışarkən "Bayden administrasiyası", Fransadan bəhs edərkən, "Makron hökuməti" ifadələrini işlədir. Çünki Azərbaycanın daha əvvəl hər iki dövlətlə münasibətləri yüksək səviyyədə qurulmuşdu. Ancaq hər iki ölkənin indiki hökumətlərinin yanlış siyasəti üzündən münasibətlər pozuldu və ya minimuma endi Azərbaycan bu ölkələrlə münasibətlərin əvvəlki səviyyəsinə qayıtmağa hazırdır; prezidentin yuxarıda xatırlatdığım ifadələri ilə göstərir.

Co Bayden gedir, Emmanuel Makron da, belə görünür ki, bu qədər uğursuz siyasətlə və yerlə sürünən siyasi reytinqi ilə öz Konstitusion səlahiyyət müddətinin sonuna gedib çatmaya bilər. O halda bu ölkələrlə Azərbaycan arasındakı münasibətlərdə buzların əriməsi mümkündür; prezident bu perspektivin siqnallarını verib.

Prezident İlham Əliyevin bu müsahibəsində təkcə Azərbaycan üçün, Cənubi Qafqaz bölgəsi üçün deyil, bütövlükdə dünya üçün ən doğru variantlar, həllər ortaya qoyulub. Hazırkı mürəkkəb situasiyada Azərbaycan birləşdirici, uzlaşdırıcı mövqe tutur. Müsahibə bu mövqenin ifadəsidir.

Bahəddin Həzi, bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 20 Dekabr 2024 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz dəyərlərimizlə bir birimizə bağlıyıq

17 İyul 2025 10:35see136

Velosipedlərin parklanması üçün konstruksiyaların alınmasına bu qədər vəsait sərf ediləcək

17 İyul 2025 12:51see128

66 yaşlı ingilisin əməli cəzasız qalmayıb...

18 İyul 2025 21:37see118

Azərbaycan, Türkiyə və Amerika İsrailə təzyiq göstərəcəklər Sərdar Cəlaloğlu

17 İyul 2025 16:11see118

Putin Zelenskini görüşə çağırır, Ukrayna lideri isə “yox”deyir PƏRDƏARXASI MƏQAMLAR KONKRET

18 İyul 2025 15:15see118

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

18 İyul 2025 02:01see117

Bakıda ikimərtəbəli evdə GÜCLÜ YANĞIN

17 İyul 2025 12:42see116

Liderlər Şuşanın Daşaltı kəndində GÖRÜNTÜLƏR

17 İyul 2025 12:12see115

Dondurma adı ilə buzlanmış süd satılır AÇIQLAMA

17 İyul 2025 18:19see114

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

18 İyul 2025 02:19see114

Paşinyan Dövlət Nəzarət Xidmətinin rəhbərini istefaya göndərdi

17 İyul 2025 16:54see113

“Qarabağ” “Barselona”nın sabiq hücumçusu ilə danışıqlar aparır EKSKLÜZİV

17 İyul 2025 10:04see113

Dollarla bağlı rezonans doğuran tələb Dəyişikliklər ola bilər

17 İyul 2025 09:10see113

Mbappe ilə bağlı araşdırmalar aparılır Polisə rüşvət verib?

17 İyul 2025 12:03see112

12 milli, 4 klub Sumqayıta gəlir Dünya Qadın Seriyası

17 İyul 2025 12:09see112

Berdiməhəmmədovun səfəri regional əməkdaşlığa töhfə verəcək” MÜNASİBƏT BİLDİRİLDİ

17 İyul 2025 12:38see112

Naxçıvanın enerji sistemi yenidən qurulur

17 İyul 2025 11:44see111

Prezident və Qurbanqulu Berdiməhəmmədov Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinə baxıb

17 İyul 2025 13:34see111

Erməni cəmiyyətinin düşüncə kodları dəyişməlidir ŞƏRH

17 İyul 2025 12:43see110

Təhsilin inkişafı dövlətin diqqət mərkəzindədir

17 İyul 2025 17:31see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri