Icma.az
close
up
RU

COP29: Azərbaycanın qlobal iqlim siyasətindəki strateji rolu və yeni perspektivlər AZƏRTAC

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 15 noyabr, AZƏRTAC

Bir sıra beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edən Azərbaycan COP 29-da da öz sözünü deməyi bacarır. Dünya liderlərindən tutmuş sadə vətəndaşlaradək hamı bu mötəbər tədbirə böyük sevgi ilə qatılır. Yerli və xarici medianın da gündəmini dəyişən COP29 qüsursuzluğu ilə diqqəti cəlb edir. Yetmiş mindən çox insanın iştirak etdiyi tədbirin 3618 nəfəri media mənsubudur. İştirakçıların böyük qismini isə beynəlxalq müşahidəçilər təşkil edir. Onların sayı 13 min 275 nəfərdir. 196 ölkədən təşrif buyuran qonaqlar COP 29-un gündəliyini zəbt edən mövzularla yanaşı, ölkəmizin zəngin tarixi, mədəniyyəti mətbəxi barədə də dərin biliklərə sahib olur.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində beynəlxalq dərəcəli təlimçi, şəxsi inkişaf üzrə kouç İlahə Adil söyləyib.

COP29-da iştirak edən dünya liderlərinin maraqlı mesajları ilə diqqət çəkdiyini vurğulayan İ.Adil deyib: “Noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan Şimal ilə Cənub, Qərb ilə Şərqin qovuşduğu ölkədir və bu, təkcə coğrafiya ilə bağlı deyil. Biz müxtəlif beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpülərini sala bilərik. Azərbaycanın başladığı meqalayihələr artıq Avrasiyanın enerji və daşımalar yollarını dəyişib və məhsuldar, çoxtərəfli əməkdaşlıq formatının qurulması ilə nəticələnib”. Bəli ölkəmiz Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasəti nəticəsində günbəgün inkişaf edir və xalqımız məğrur xalq kimi bütün dünyada tanınır.

Beynəlxalq dərəcəli təlimçi vurğulayıb ki, COP qlobal iqlim siyasətində böyük əhəmiyyət daşıyan və dünyanın ən nüfuzlu dövlətlərini bir araya gətirən tədbirdir. Hər il təşkil olunan bu konfransın məqsədi iqlim dəyişikliyi ilə mübarizəni gücləndirmək, xüsusilə də Paris Sazişi çərçivəsində karbon emissiyalarını azaltmaq və planetin gələcəyini qorumaqdır. Azərbaycan beynəlxalq səviyyədə bir çox mühüm tədbirlərə ev sahibliyi etmişdir və COP29 bu tədbirlərin ən böyüyü, ən önəmlilərindən biri kimi tarixə həkk olacaq. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu tədbir Azərbaycanın qlobal miqyasda iqlim siyasətindəki rolunu və beynəlxalq nüfuzunu daha da artıracaq. Bu formatda böyük beynəlxalq tədbir Azərbaycanın beynəlxalq arenadakı mövqeyini gücləndirməklə yanaşı, ölkəmizə yeni əlaqələr və tərəfdaşlıqlar qurmaq, həmçinin qlobal iqlim siyasətində söz sahibi olmaq üçün əhəmiyyətli imkanlar yaradır.

İqlim dəyişikliyi ilə mübarizədə Azərbaycanın siyasi addımları

İlahə Adil qeyd edib ki, COP29 Azərbaycanın qlobal iqlim siyasətindəki strateji əhəmiyyətini və öhdəliklərini daha da genişləndirmək baxımından mühüm mərhələdir. Tədbir zamanı Azərbaycan iqlim dəyişikliyinə qarşı mübarizə sahəsində daha fəal iştirakını nümayiş etdirərək, dünya ölkələri ilə yeni təşəbbüslər barədə müzakirələr aparır. Eyni zamanda, Azərbaycan xüsusilə təmiz enerji, karbonun azaldılması, dayanıqlı iqtisadiyyatın qurulması və bərpaolunan enerji sahələrində yeni layihələr təqdim edəcək.

Bu cür beynəlxalq müzakirələr Azərbaycanın ekoloji siyasətini inkişaf etdirmək, enerji sektorunda yeni modernləşmə təşəbbüslərini irəli sürmək və bərpaolunan enerji sahəsindəki potensialını ortaya qoymaq üçün mühüm imkandır.

Yeni beynəlxalq tərəfdaşlıqlar və Azərbaycanın strateji yüksəlişi

Beynəlxalq dərəcəli təlimçi bildirib ki, Azərbaycan, inkişaf etməkdə olan ölkələr üçün iqlim maliyyəsi və texnoloji dəstək sahəsində yeni təşəbbüslər irəli sürməklə həm regionda, həm də daha geniş miqyasda iqlim dəyişikliyi ilə mübarizənin sürətləndirilməsinə dəstək verəcək. Bu, həmçinin Azərbaycanın digər inkişaf etməkdə olan ölkələrə göstərdiyi dəstəyin və əməkdaşlığın da göstəricisidir.

Gələcəyə Doğru: Yeni Perspektivlər və İmkanlar

O, eyni zamanda, qeyd edib: “COP29-un Azərbaycanda keçirilməsi yalnız ölkənin ekoloji siyasətinin inkişafına xidmət etməyəcək, həm də yeni beynəlxalq perspektivlər və əməkdaşlıq imkanları yaradacaq. Bu tədbir Azərbaycanın dayanıqlı gələcəyini təmin etmək və qlobal miqyasda ekoloji problemlərin həllinə töhfə vermək üçün yeni təşəbbüslər, razılaşmalar əldə etməsi baxımından mühüm mərhələdir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Noyabr 2024 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see214

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see193

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see163

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see158

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see147

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see142

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see132

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri