Icma.az
close
up
RU
Azərbaycanın COP29 İrsi İqlim Gələcəyi Üçün Yeni Perspektivlər

Azərbaycanın COP29 İrsi İqlim Gələcəyi Üçün Yeni Perspektivlər

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurla ev sahibliyi edib. Ancaq bəzi dövlətlər və təşkilatlar tədbirin Bakıda keçirilməsinə xoşagəlməz yanaşma sərgiləməklə özlərinin humanitar məsələlərə mənfi münasibətlərini ifşa etdilər.
Bizim.Media report.az-a istinadən xəbər verir ki, Fransa kimi özünü mədəni dünyanın təmsilçisi sayan bir dövlətin beynəlxalq tədbiri boykota çağırışı fiaskoya uğradı. Yaxud sülhdən, Azərbaycanla münasibətlərin normallaşmasından ancaq danışmağı bacaran Ermənistan hakimiyyətinin sessiyada iştirak etməməsi rəsmi İrəvanın ikiüzlülüyünü, etibarsızlığını təsdiqləyib.
COP29-un Bakıda keçirilməsinə razılıq verdiyi halda, Yelisey sarayının siyasi ambisiyalarına uyaraq prezident Emmanuel Makrona təəssübkeşlik etməklə Ermənistan hakimiyyəti sülhə, normallaşmaya, ikitərəfli münasibətlərin qurulmasına hələ də hazır olmadığını nümayiş etdirib.

Qısa xatırlatma. 2023-cü il dekabrın 11-də Birləşmiş Ərəb Əmirliklərində COP28-də COP29-un Şərqi Avropa Qrupunun üzvü olaraq Azərbaycanda keçirilməsinə dair qərar qəbul edilib. Bu, Azərbaycan dövləti və Prezident İlham Əliyevin beynəlxalq aləmdə nüfuzunun göstəricisi idi.
Çünki ölkənin namizədliyi böyük səs çoxluğu ilə qəbul olunmuşdu.
Sessiyanın Bakıda keçirilməsi Azərbaycanın bir sıra beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsinə görə göstərilən etimad idi. Azərbaycan pandemiya dövründə etdiyi humanitar yardımlar və keçirdiyi videokonfransla da bunu isbatlamışdı.
Qeyd edək ki, Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulub. Respublika 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarını 35 faiz azaltmağı qarşısına məqsəd qoyub. 2050-ci ilə qədər istixana qazlarının miqdarını 40 faiz azaldılması da başlıca hədəflərdəndir.

Prezident İlham Əliyev işğaldan azad edilmiş Azərbaycan torpaqlarını “Yaşıl enerji” zonası elan edib. Bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulub.
Bu, iqtisadiyyatı inkişaf etmiş ölkələrə də özünəməxsus ismarış sayıla bilər.
Azərbaycan tədbirə uğurla ev sahibliyi etməklə beynəlxalq ictimaiyyətin bir daha etimadını və etibarını qazanıb. COP29 dövlətin artan nüfuzuna daha bir çalar qatıb. Qonaqların qəbulu, onların yerləşdirilməsi, təhlükəsizliyinin təmin edilməsi və başqa məsələlər uğurlu təşkilatçılığa örnək ola bilər.

Prezident İlham Əliyev noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında bildirmişdi: “Bizim 196 ölkədən 72 min qeydiyyata alınmış iştirakçımız var. Onların arasında 80 prezident, vitse-prezident və baş nazir var. Beləliklə, dünya Bakıda toplaşıb və biz dünyaya deyirik ki, “Azərbaycana xoş gəlmisiniz!”.
COP29 bir daha sübut etdi ki, Azərbaycan dünyada böyük nüfuza malik, beynəlxalq ictimaiyyətin gözündə etibar, hörmət qazanmış dövlətdir. Rəsmi Bakı sessiyanı uğurlu təşkil etməklə ona etimad edənlərin də ümidlərini doğrultmuş oldu. Bu, çoxlu sayda dövlət və hökumət başçılarının, onminlərlə qonağın tədbirdə iştirakında və təşkilatçıya ünvanladıqları xoş sözlərdə də əksinin tapıb. Bununla da COP29 ən çox dövlət və hökumət başçılarının iştirak etdiyi tədbirlərdən biri olub. Sessiyanın sonrakı günlərində 76 min nəfərin qeydiyyatdan keçməsi dünya iqlim konfranslarının tarixində yeni rekord sayılır.
Beləliklə, Azərbaycan bu qlobal toplantını uğurla təşkil etməklə daha bir sınaqdan uğurla çıxıb.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://bizim.media
archiveBu xəbər 23 Noyabr 2024 20:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri