Icma.az
close
up
RU
COP29 bununla yadda qaldı NİGAR ARPADARAİ AÇIQLADI

COP29 bununla yadda qaldı NİGAR ARPADARAİ AÇIQLADI

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Azərbaycan Prezidentinin uzaqgörənliyi COP29-un tarixdəki yerini təmin etdi”.

Bu sözləri Moderator.az-a açıqlamasında COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai bildirib.

“Ötən gecə bütün dünya ictimaiyyətinin diqqəti Bakıda aparılan danışıqların nəticələrində idi. COP29-un nəticələri artıq açıqlanıb və biz fəxrlə deyə bilərik ki, Azərbaycan bu prosesdə öz tarixi missiyasını tam şəkildə yerinə yetirdi.

COP29-da Dünya iqtisadiyyatının gələcək illər üçün inkişaf kursunu müəyyən edəcək bir sıra mühüm qərarlar qəbul edildi. Əsas məsələ, şübhəsiz ki, Yaşıl Keçid üçün inkişaf etməkdə olan ölkələrə ildə 300 milyard dollar həcmində vəsaitin ayrılması qərarıdır. Bu qərar Yaşıl iqtisadiyyata keçidin maliyyələşdirilməsi üçün konkret addımlarla bağlı tarixdə ən əhəmiyyətli qərarlardan biridir.

Azərbaycanın COP29 kimi qlobal prosesə ev sahibliyi etməsinin səbəbi ilə bağlı Azərbaycan Prezidenti bildirmişdir: “Bu, bizim mənəvi borcumuzdur”.

Azərbaycan bu missiyanı tam olaraq və vicdanla yerinə yetirdi - bütün dünya dövlətlərinin kompromis və birgə fəaliyyət planına nail olmaq və bu fəaliyyəti gücləndirmək üçün platforma yaratdı. 

Mən çox qürur duyuram ki, biz bu gün bütün dünyaya kiçik bir dövlətin Şimal və Cənub üçün, böyük və kiçik dövlətlər üçün necə nümunə ola biləcəyini, beynəlxalq birliyinin məsuliyyətli üzvü olmasının nümunəsini göstərdik.

Və buna müqaviməti və təxribatı dəf etməklə nail olduq. Öz maraqları ilə idarə olunan bir sıra siyasətçilər, beynəlxalq mətbuatın bəzi nümayəndələri, Azərbaycan sədrliyinin və beynəlxalq ictimaiyyətin səylərinə zərbə vurmağa çalışırdılar. Amma bu cəhdlər tamamilə uğursuz oldu.

Azərbaycanın sədrliyi ilə keçirilən COP29 ən uğurlu, yaxşı təşkil edilmiş və dinamik COP-lardan biri kimi tarixə əbədi olaraq yazılacaq. Biz bunu dünyanın hər yerindən gələn insanlardan, ölkəmizə səfər edən prosesin iştirakçılarından eşidirik.

COP29 çoxlu sayda yeniliklərlə yadda qalacaq: özəl sektora Maliyyə, Ticarət və İnvestisiya Günü və Turizm Günləri şəklində görünməmiş platforma təqdim edilib. Rəqəmsallaşma və İnsan İnkişafı günü ilk dəfə təşkil olundu.

Dünyanın hər yerindən qeydiyyatdan keçmiş 76 000-dən çox nümayəndə COP29-da iştirak etmək imkanı əldə edərək onu tarixdə ən böyük COP-lardan birinə çevirdi.

Bütün bunlar, şübhəsiz ki, dünyanın ən güclü və təcrübəli liderlərindən, diplomatlarından biri olan Azərbaycan Prezidenti, İlham Əliyevin heyrətamiz siyasi uzaqgörənliyi sayəsində mümkün olmuşdur.

Azərbaycan sədrliyi növbəti il də fəaliyyətini davam etdirəcək”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://moderator.az
archiveBu xəbər 25 Noyabr 2024 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see314

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see311

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see302

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see293

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see275

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see259

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see252

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see241

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see207

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see206

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see202

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see198

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see196

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see196

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see186

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see184

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see183

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see178

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see171

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri