Icma.az
close
up
RU
COP29 un tarixi qərarları icra olunur Nigar Arpadarai

COP29 un tarixi qərarları icra olunur Nigar Arpadarai

Metbuat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Azərbaycanın ev sahibliyi etdiyi COP29 mühüm tarixi qərarlarla yadda qalıb və Azərbaycan həmin qərarlar istiqamətində addımlar atır”.

Metbuat.az-ın məlumatına görə, bunu millət vəkili Nigar Arpadarai Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən beynəlxalq konfransda jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, Azərbaycan hələ də COP29-un sədri olaraq fəaliyyətini davam etdirir, həmin qərarların icrası və iqlim diplomatiyasının aparılması baxımından fəallıq göstərir.

Nigar Arpadarai bildirib ki, Bakı İqlim Həftəsi çərçivəsində 30 sessiya nəzərdə tutulub ki, burada müxtəlif mövzular əhatə olunacaq. Həm özəl, həm də dövlət qurumları bu məsələdə dəstəkdir: "Hər gün maraqlı açılışlar olacaq. Rəqəmsallaşma, kənd təsərrüfatı, kiçik və orta sahibkarlıq və digər mövzularda müzakirələr aparılacaq".

Millət vəkili qeyd edib ki, COP29 sədri olaraq Azərbaycan yeni və nüfuzlu bir prosesin sədrliyini öz üzərinə götürür: “Biz təbii ki, bu işə çox məsuliyyətlə yanaşırıq və çalışırıq ki, bu prosesdə inklüzivlik olsun. Yəni dövlət siyasəti, danışıqlarla yanaşı, qeyri-dövlət strukturları da iştirak etsin. Bakı İqlim Fəaliyyəti Həftəsi açıq formatda keçirilir, özəl sektor, vətəndaş cəmiyyəti, gənclər iştirak edir və çalışırıq ki, hər kəs müzakirələrə qoşulsun”.

Nigar Arpadarai həmçinin COP29-un əsas qərarlarından olan iqlim maliyyəsi məsələsinə toxunub. O, yaşıl iqtisadiyyata keçidin bahalı olduğunu və əsas məqsədin maliyyə məbləğini yüksəltmək olduğunu xüsusi vurğulayıb:

"Lazım olan məbləği toplamaq üçün dövlətin verdiyi məbləğlər kifayət deyil. Özəl sektor təşkilatlarıdır. Əsas məsələ də bundadır ki, bu məbləğlər ehtiyacı olan dövlətlərə çatsın".

Gülbəniz Hüseynli / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 29 Sentyabr 2025 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see295

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see278

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see249

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see246

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see233

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see229

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see227

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see219

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see212

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see211

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see208

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see204

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see203

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see201

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see197

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see194

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see191

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see188

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see182

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri