COP29 çərçivəsində Azərbaycan pavilyonunda İqlim üçün mədəniyyət adlı tədbir keçirilib
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bu gün COP29 çərçivəsində Azərbaycan pavilyonunda "İqlim üçün mədəniyyət" adlı tədbir keçirilib.
Oxu.Az xəbər verir ki, mədəniyyətin, mədəni irsin iqlimə təsiri və davamlılıq strategiyalarını necə formalaşdırdığını araşdırmaq üçün tədbirdə yüksəksəviyyəli nümayəndələr və aparıcı ekspertlər bir araya gəliblər.
UNFCCC (GFCBCA) nəzdində Mədəniyyətə əsaslanan İqlim Fəaliyyəti üzrə Dostlar Qrupunun məqsədlərinə uyğun olaraq, sessiya iqlim dəyişikliyinə uyğunlaşmaq və onları yumşaltmaq, inklüzivliyi artırmaq, milli və iqlim dəyişikliyində həssaslığı azaltmaq üçün mədəni amillərin sistematik keçidlərə necə təsir etdiyini araşdıracaq.
BƏƏ Mədəniyyət Nazirliyinin baş incəsənət tədqiqatçısı Mahnaz Ənvər Fansinin moderatorluğu ilə keçirilən panel müzakirəsində Ernesto Ottone (UNESCO-nun mədəniyyət üzrə baş direktorun köməkçisi), Dana Firas ("Petra National Trust"ın prezidenti, CHN-in GFCBCA-nın xüsusi nümayəndəsi), Konstantinos Kartalis (Afinanın Milli və Kapodistrian Universitetinin professoru) və Nikolas Buço (baş məsləhətçi, AİB İnstitutu dekanının müşaviri, Yaradıcı İqtisadiyyat üzrə Ümumdünya Konfransının müşaviri) iştirak ediblər.
Panel iştirakçıları dayanıqlı istehsal, istehlak və təsirin azaldılması təcrübələrinin formalaşdırılmasında mədəni perspektivin zəruriliyini vurğulayaraq, GFCBCA kimi təşəbbüslərin mədəniyyətə əsaslanan iqlim fəaliyyətini müdafiə etmək üçün elmdən və sübuta əsaslanan yanaşmalardan necə istifadə etdiyini müzakirə ediblər.
Məhərrəm Əliyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 16 Noyabr 2024 13:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















