COP31 çərçivəsində Azərbaycan pavilyonunda panel müzakirələr keçirilib
Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Azərbaycan Türkiyədə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasında (COP31) təmsil olunub.
Türkiyənin Antalya şəhərində keçirilən COP31 çərçivəsində Azərbaycan pavilyonunda İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə “From Cleanup to Livable Cities: Azerbaijan’s Livable Baku Model and Shared Green Priorities in the Region” mövzusunda panel müzakirələr təşkil olunub.
XQ İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, müzakirələrdə iştirak edən iqtisadiyyat nazirinin müşaviri Əsgər Ələkbərov şəhərlərin ekoloji dayanıqlılığının gücləndirilməsi, çirklənmiş ərazilərin bərpası və daha əlverişli yaşayış mühitinin formalaşdırılması istiqamətində görülən işlərin əhəmiyyətini və Azərbaycanın bu sahədə təcrübəsini vurğulayıb. Həmçinin bu istiqamətdə kompleks yanaşmanın tətbiqi, iqlim dəyişmələrinin təsirlərinin azaldılması və regional əməkdaşlığın genişləndirilməsi imkanlarından bəhs edib.
Tədbirdə Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində hazırlanmaqda olan “Yaşanılabilən Bakı” layihəsi barədə məlumat verilib. Layihənin tullantıların idarə olunması, çirklənmiş göllərin və torpaq sahələrinin bərpası, ekoloji vəziyyətin yaxşılaşdırılması və dayanıqlı şəhər mühitinin inkişafı baxımından əhəmiyyəti diqqətə çatdırılıb.
Azərbaycan pavilyonunda “Yaşanılabilən Bakı” layihəsinə dair məlumatlar da nümayiş etdirilib.
M.MİRZƏ
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 13 Noyabr 2026 15:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















