Icma.az
close
up
RU
COP29 çərçivəsində “Daha yaxşı pambıq” mövzusunda panel müzakirələr keçirilib

COP29 çərçivəsində “Daha yaxşı pambıq” mövzusunda panel müzakirələr keçirilib

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Daha yaxşı pambıq” mövzusunda panel müzakirələr keçirilib. “GP Cotton Holdings”in təşkilatçılığı ilə keçirilən müzakirələrin məqsədi pambıq sənayesinin dəyər zəncirində olan maraqlı tərəfləri bir araya gətirərək, davamlı pambıq təsərrüfatı təcrübələrinin inkişafı, problemləri və imkanları mövzusunda müzakirələr aparmaq olub. Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən SİA-ya bildirilib ki, müzakirələrdə çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov, “GP Cotton Holdings” şirkətinin sədri Young Simpson, “Better Cotton Initiative” təşkilatının standartlar üzrə direktoru Yannis Bellinghausen, Beynəlxalq Pambıq Məsləhət Komitəsinin (ICAC) icraçı direktoru Erik Traxtenberg, “UzTextile” Assosiasiyasının sədri Mirmuxsin Sultanov və “Prime Cotton” şirkətinin baş direktoru Rövşən Mahmudov davamlı təcrübələrin önəmi, o cümlədən dayanıqlılığı artırmaq, ətraf mühitə təsiri azaltmaq və kənd yerlərinin inkişafına dəstək olmaq istiqamətində fikirlərini bölüşüblər.

“GP Cotton Holdings” şirkətinin sədri Young Simpson bildirib ki, “Better Cotton Initiative” ilə əməkdaşlıq etmək “GP Cotton” və Azərbaycan üçün yalnız irəliyə doğru bir addım deyil, həm də dayanıqlı pambıq istehsalında əsas oyunçu mövqeyini tutmaq üçün böyük bir sıçrayışdır. Azərbaycan BCI standartlarına əsaslanaraq, Qərb ölkələrində məsuliyyətlə əldə edilən materiallara artan tələbata uyğunlaşa, daha geniş ixrac imkanlarının qapısını aça və qlobal tekstil bazarlarında etibarlı tərəfdaş kimi nüfuzumuzu yüksəldə bilər.

Tədbirdə çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov ölkəmizdə pambıqçılıqda tətbiq olunan yeni texnologiyalar, pambıq əkinlərində müasir suvarma sistemlərinin tətbiqinin genişlənməsinə yönəlmiş dəstək mexanizmləri, pambıqçılıqda dəyər zəncirinin inkişaf etdirilməsi və digər məsələlərlə bağlı fikirlərini bölüşüb.

Panel müzakirələr sual-cavab formatında davam etdirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:242
embedMənbə:https://sia.az
archiveBu xəbər 14 Noyabr 2024 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see319

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see310

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see307

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see298

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see289

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see277

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see265

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see258

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see256

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see250

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see247

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see242

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see240

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see233

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see220

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see213

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see211

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see206

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see197

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri