Icma.az
close
up
RU
COP29 çərçivəsində “Daha yaxşı pambıq” mövzusunda panel müzakirələr keçirilib AZƏRTAC

COP29 çərçivəsində “Daha yaxşı pambıq” mövzusunda panel müzakirələr keçirilib AZƏRTAC

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 14 noyabr, AZƏRTAC

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Daha yaxşı pambıq” mövzusunda panel müzakirələr keçirilib. “GP Cotton Holdings”in təşkilatçılığı ilə keçirilən müzakirələrin məqsədi pambıq sənayesinin dəyər zəncirində olan maraqlı tərəfləri bir araya gətirərək, davamlı pambıq təsərrüfatı təcrübələrinin inkişafı, problemləri və imkanları mövzusunda müzakirələr aparmaq olub.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, müzakirələrdə çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov, “GP Cotton Holdings” şirkətinin sədri Young Simpson, “Better Cotton Initiative” təşkilatının standartlar üzrə direktoru Yannis Bellinghausen, Beynəlxalq Pambıq Məsləhət Komitəsinin (ICAC) icraçı direktoru Erik Traxtenberg, “UzTextile” Assosiasiyasının sədri Mirmuxsin Sultanov və “Prime Cotton” şirkətinin baş direktoru Rövşən Mahmudov davamlı təcrübələrin önəmi, o cümlədən dayanıqlılığı artırmaq, ətraf mühitə təsiri azaltmaq və kənd yerlərinin inkişafına dəstək olmaq istiqamətində fikirlərini bölüşüblər.

“GP Cotton Holdings” şirkətinin sədri Young Simpson bildirib ki, “Better Cotton Initiative” ilə əməkdaşlıq etmək “GP Cotton” və Azərbaycan üçün yalnız irəliyə doğru bir addım deyil, həm də dayanıqlı pambıq istehsalında əsas oyunçu mövqeyini tutmaq üçün böyük bir sıçrayışdır. Azərbaycan BCI standartlarına əsaslanaraq, Qərb ölkələrində məsuliyyətlə əldə edilən materiallara artan tələbata uyğunlaşa, daha geniş ixrac imkanlarının qapısını aça və qlobal tekstil bazarlarında etibarlı tərəfdaş kimi nüfuzumuzu yüksəldə bilər.

Tədbirdə çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov ölkəmizdə pambıqçılıqda tətbiq olunan yeni texnologiyalar, pambıq əkinlərində müasir suvarma sistemlərinin tətbiqinin genişlənməsinə yönəlmiş dəstək mexanizmləri, pambıqçılıqda dəyər zəncirinin inkişaf etdirilməsi və digər məsələlərlə bağlı fikirlərini bölüşüb.

Panel müzakirələr sual-cavab formatında davam etdirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Noyabr 2024 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri