Icma.az
close
up
RU
COP29 çərçivəsində gənc müəllimlər üçün beynəlxalq layihə keçirilib

COP29 çərçivəsində gənc müəllimlər üçün beynəlxalq layihə keçirilib

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı və Çin Biomüxtəlifliyin Qorunması və Yaşıl İnkişaf Fondunun tərəfdaşlığı ilə "Yaşıl məktəblər üçün gənc müəllimlərin beynəlxalq təcrübə mübadiləsi" layihəsi keçirilib. SİA xəbər verir ki, 5 gün müddətində həyata keçirilən layihənin ilk günü Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) sədri Pərvinə Qədimova və layihələr üzrə meneceri Ramilə El-oğlu müəllimlərə proqram haqqında məlumat verib. Daha sonra Tyantszin Xarici Tədqiqatlar Universitetinin əməkdaşı Li Xiang tərəfindən “Yaşıl məktəblərin qurulması üzrə dialoq” mövzusunda görüş və qrup işləri keçirib.

Günün ikinci yarısı BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının koordinatoru Linpeng Chubin tərəfindən “Ali təhsil müəssisələrində yaşıl təhsilin transformasiyasını və təkmilləşdirilməsini təşviq etmək metodlar” mövzusunda keçirilən təlim ilə yekunlaşıb.

Layihənin 2-ci gününün ilk təlimi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Gənclər təşkilatlarının rəsmi üzvü Zhu Danfeng tərəfindən “Qeyri-maddi mədəni irs və qlobal iqlim cəhdləri” mövzusunda olub.

Günün ikinci yarısı isə Avropa Tələbələr Forumu Bakı İctimai Birliyinin sədri Cəsur Mədətzadə və təlimçi Nəzrin Süleymanova tərəfindən “Komanda daxilində işin təşkili” mövzusunda təlim keçirilib, davamında isə qrup işləri keçirilib. Layihənin 3-cü təlimi isə təhsildə ekoloji yanaşmalar sahəsində təlimçi Nərgiz Əliyeva tərəfindən “Ətraf mühitin çirklənməsi və təhsil müəssisələrinin bu istiqamətdə ata biləcəyi addımlar” mövzusuda olub.

Qeyd edək ki, layihənin 3-cü gününün ilk təlimi təlimçi Nuranə Məmmədova tərəfindən “Yaşıl məktəbə doğru: hər məktəbdəki boşluqların və potensialın aşkar edilməsi” mövzusunda olub. Daha sonra isə təlimin vörkşopu baş tutub. Günün irəliləyən saatlarında Yaşıl Zonada Milli QHT Pavilyonunda “Gənclər və Texnologiya tərəfindən İqlim Hərəkatı” mövzusunda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransının katibinin müavini Noura Hamladji, İqlim Bağları Təşəbbüsünün həmtəsisçisi və baş direktoru Sean Kidney və müxtəlif ekspertlər tərəfindən sessiya baş tutub və bununla da gün yekunlaşıb.

Layihənin son günləri təlimçi Nuranə Məmmədova tərəfindən “Layihə ideyalarının dizaynı və komandaların formalaşması”, “Problemin həllə çevrilməsi”, “Layihə təkliflərinin yekunlaşması”, “Qiymətləndirmə və növbəti addımların planlanması” mövzusunda təlimlər keçirilib, davamında isə müəllimlərin hazırladıqları layihələrinin təqdimatları ekspertlər tərəfindən dinlənilib. Sonda AGMA-nın əməkdaşları tərəfindən müəllimlərimiz sertifikatla təltif ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://sia.az
archiveBu xəbər 20 Noyabr 2024 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see192

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see156

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri