Icma.az
close
up
RU
COP29 çərçivəsində gənc müəllimlər üçün beynəlxalq layihə keçirilib AZƏRTAC

COP29 çərçivəsində gənc müəllimlər üçün beynəlxalq layihə keçirilib AZƏRTAC

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 19 noyabr, AZƏRTAC

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı və Çin Biomüxtəlifliyin Qorunması və Yaşıl İnkişaf Fondunun tərəfdaşlığı ilə “Yaşıl məktəblər üçün gənc müəllimlərin beynəlxalq təcrübə mübadiləsi” layihəsi keçirilib.

Bu barədə AZƏRTAC-a Azərbaycan Gənc Müəllimlər Assosiasiyasından məlumat verilib. Bildirilib ki, 5 gün müddətində həyata keçirilən layihənin ilk günü Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova və layihələr üzrə meneceri Ramilə El-oğlu müəllimlərə proqram haqqında məlumat verib. Daha sonra Tyantszin Xarici Tədqiqatlar Universitetinin əməkdaşı Li Xiang tərəfindən “Yaşıl məktəblərin qurulması üzrə dialoq” mövzusunda görüş və qrup işləri keçirib. Günün ikinci yarısı BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının koordinatoru Linpeng Chubin tərəfindən “Ali təhsil müəssisələrində yaşıl təhsilin transformasiyasını və təkmilləşdirilməsini təşviq etmək metodlar” mövzusunda keçirilən təlim ilə yekunlaşıb.

Layihənin 2-ci gününün ilk təlimi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının gənclər təşkilatlarının rəsmi üzvü Zhu Danfeng tərəfindən “Qeyri-maddi mədəni irs və qlobal iqlim cəhdləri” mövzusunda olub. Daha sonra Avropa Tələbələr Forumu Bakı İctimai Birliyinin sədri Cəsur Mədətzadə və təlimçi Nəzrin Süleymanova tərəfindən “Komanda daxilində işin təşkili” mövzusunda təlim təşkil edilib, davamında isə qrup işləri keçirilib. Layihənin 3-cü təlimi isə təhsildə ekoloji yanaşmalar sahəsində təlimçi Nərgiz Əliyeva tərəfindən “Ətraf mühitin çirklənməsi və təhsil müəssisələrinin bu istiqamətdə ata biləcəyi addımlar” mövzusuda olub.

Qeyd edək ki, layihənin 3-cü gününün ilk təlimi Nuranə Məmmədova tərəfindən “Yaşıl məktəbə doğru: hər məktəbdəki boşluqların və potensialın aşkar edilməsi” mövzusunda keçirilib. Daha sonra təlimin vörkşopu baş tutub. Həmin gün Yaşıl Zonada Milli QHT Pavilyonunda “Gənclər və texnologiya tərəfindən iqlim hərəkati” mövzusunda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibinin müavini Nura Hamlaji, İqlim Bağları Təşəbbüsünün həmtəsisçisi və baş direktoru Sean Kidney və müxtəlif ekspertlər tərəfindən sessiya baş tutub və bununla da gün yekunlaşıb.

Layihənin son günləri təlimçi Nuranə Məmmədova tərəfindən “Layihə ideyalarının dizaynı və komandaların formalaşması”, “Problemin həllə çevrilməsi”, “Layihə təkliflərinin yekunlaşması”, “Qiymətləndirmə və növbəti addımların planlanması” mövzusunda təlimlər keçirilib, davamında isə müəllimlərin hazırladıqları layihələrinin təqdimatları ekspertlər tərəfindən dinlənilib. Sonda AGMA-nın əməkdaşları müəllimləri sertifikatla təltif ediblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:65
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Noyabr 2024 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see299

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see275

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see247

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see193

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see181

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see161

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see160

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see157

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see146

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see140

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see138

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see132

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see130

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see128

Neymar və het trik

04 Dekabr 2025 09:17see127

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see122

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see122

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri