Icma.az
close
up
RU
COP29 çərçivəsində hansı sazişlər imzalanıb və onların mahiyyəti nədir? AÇIQLAMA

COP29 çərçivəsində hansı sazişlər imzalanıb və onların mahiyyəti nədir? AÇIQLAMA

Sfera.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Məlum olduğu kimi, Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçirilir. Tədbir çərçivəsində müxtəlif mövzular üzrə müzakirələr aparılır.  

Maraqlıdır, COP29 çərçivəsində hansı sazişlər imzalanıb və onların mahiyyəti nədir?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, COP29 çərçivəsində indiyədək bir sıra mühüm sazişlər və əməkdaşlıqlar imzalanıb:

“Azərbaycan, Qazaxıstan və Özbəkistan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında saziş imzalanıb.  SOCAR və BƏƏ-nin "IntelliGrid" şirkəti arasında Azərbaycanın enerji infrastrukturunun 13 il müddətində transformasiyası (Azəriqaz-ın modernləşdirilməsi, Ağıllı Qaz Şəbəkəsinin İdarəetmə Sisteminin qurulması və s.) üçün süni intellekt əsaslı həllərin tətbiqini nəzərdə tutan 480 milyon dollarlıq saziş imzalanıb. Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında 50 milyon dollar məbləğində saziş imzalanıb. Bu saziş ticarətin maliyyələşdirilməsi sahəsində yaşıl istiqamətli imkanların genişləndirilməsini hədəfləyir. “SOCAR Green” MMC, BƏƏ-nin Masdar şirkəti, AYİB və Avropa İnkişaf Bankı, Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur və İnvestisiya Bankı arasında Azərbaycanda 445 MVt-lıq Biləsuvar və 315 MVt-lıq Neftçala günəş enerjisi layihələrinin icrası ilə bağlı saziş imzalanıb. Müqavilənin ümumi dəyəri 670 milyon dollardır. "Azərenerji" ASC və "GE Vernova" şirkəti arasında Şirvan şəhərində yerləşən "Cənub" Elektrik Stansiyasının qaz turbinlərindən birinin 100% hidrogen yanacağı ilə işləməyə keçirilməsi layihəsi üzrə saziş imzalanıb. Layihənin məbləği açıqlanmayıb”.

AİF prezidentinin fikrincə, imzalanan bu sazişlər, reallaşdırılması nəzərdə tutulan layihələr həm də iqlim dəyişmələrinin təsirilərini azaltmaqda, ölkəmizdə bərpa olunan enerjinin xüsusi çəkisinin artmasında, emissiyaların azaldılmasında mühüm töhfələr verəcək:

“SOCAR və BƏƏ-nin "IntelliGrid" şirkəti arasında bağlanan, uzunmüddətli investisiya yönümlü və emissiyaların azaldılmasına yönəlik layihə də mühüm əhəmiyyət kəsb edir. Ağıllı Qaz şəbəkəsi uzun illərdir ki, ölkəmizdə reallaşa bilmir. Gah mexaniki sayğacı ağıllıya, gah da ağıllı sayğacı mexanikiyə keçirirlər. Bu baxımdan yaradılması nəzərdə tutulan süni intellekt əsaslı həllərin real vaxtda monitorinqlər aparmağa imkan verəcəyini, bu sahədə itkilərin səbəblərini tez müəyyən edilərək aradan qaldırılmasına kömək olacağını düşünürəm".

O.Gündüz qeyd etdi ki, bu siyahıda olan sazişlər içərisində ən riskli layihə də elə SOCAR-ın bu 480 milyonluq süni intellekt layihəsidir:

“Bu layihə SOCAR-a texnoloji bir şirkət imici qazandırsa da burada düşündürücü məqamlar da çoxdur. Hər gün, hər dəqiqə yenilənən süni intellekt texnologiyaları sahəsində uzunmüddətli bir anlaşma imzalamaq fikrimcə çox riskli bir addımdır. Layihənin məqsədi tətbiq sahəsi konkret olsa da, məbləğ hədsiz yüksək görsənir. Doğrudanmı, QAZ şəbəkəsində yalnız ağıllı şəbəkə üçün bu qədər sərmayəyə ehtiyac vardı? Bəlkə, bu qədər vəsaiti digər sahələrin modernləşməsi və transformasiyasına yatırmaq məntiqli olardı. Əlbəttə, daha dəqiq fikirləri layihə haqqında məlumatlar tam açıqlandıqdan, ictimai təqdimatlarından sonra demək olacaq". 

O, sonda vurğuladı ki, qeyd olunan sazişlər ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir:

“Xüsusilə də COP29 çərçivəsində belə anlaşmaların əldə edilməsi diqqət cəlbedəndir. Ümumiyyətlə, düşünürəm ki, adını çəkdiyim bütün layihələrlə bağlı şəffaflığın təmin edilməsi, ictimai təqdimatların keçirilməsi, ictimai vəsaitlər üzərində ictimai nəzarət imkanlarının yaradılması, maraqlı tərəflərin bu proseslərə cəlb edilməsi üçün münbit şəraitin yaradılması da çox vacibdir”.

Firuzə Əliyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://sfera.az
archiveBu xəbər 18 Noyabr 2024 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see251

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see199

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see184

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see178

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see175

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see170

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see165

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see162

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see155

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see146

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see146

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see144

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see143

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see143

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see141

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see140

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see138

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri