Icma.az
close
up
RU
COP29 çərçivəsində hansı sazişlər imzalanıb?

COP29 çərçivəsində hansı sazişlər imzalanıb?

Icma.az, Tribuna saytına istinadən bildirir.

COP29 çərçivəsində indiyədək bir sıra mühüm sazişlər və əməkdaşlıqlar imzalanıb.

Tribunainfo.az xəbər verir ki, bu barədə Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz məlumat paylaşıb. O, İmzalanan bəzi əsas sazişləri təqdim edib:

“1. Azərbaycan, Qazaxıstan və Özbəkistan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb

2. SOCAR və BƏƏ-nin “IntelliGrid” şirkəti arasında Azərbaycanın enerji infrastrukturunun 13 il müddətində transformasiyası (Azəriqazı-n modernləşdirilməsi, Ağıllı Qaz Şəbəkəsinin İdarəetmə Sisteminin qurulması və s.) üçün süni intellekt əsaslı həllərin tətbiqini nəzərdə tutan 480 milyon dollarlıq saziş imzalanıb

3. Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında 50 milyon dollar məbləğində saziş imzalanıb. Bu saziş ticarətin maliyyələşdirilməsi sahəsində yaşıl istiqamətli imkanların genişləndirilməsini hədəfləyir

4. “SOCAR Green” MMC, BƏƏ-nin Masdar şirkəti, AYİB və Avropa İnkişaf Bankı , Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur və İnvestisiya Bankı arasında Azərbaycanda 445 MVt-lıq Biləsuvar və 315 MVt-lıq Neftçala günəş enerjisi layihələrinin icrası ilə bağlı saziş imzalanıb. Müqavilənin ümumi dəyəri 670 milyon dollardır

5. “Azərenerji” ASC və “GE Vernova” şirkəti arasında Şirvan şəhərində yerləşən “Cənub” Elektrik Stansiyasının qaz turbinlərindən birinin 100% hidrogen yanacağı ilə işləməyə keçirilməsi layihəsi üzrə saziş imzalanıb. Layihənin məbləği açıqlanmayıb.

İmzalanan bu sazişlər, reallaşdırılması nəzərdə tutulan layihələr həm də iqlim dəyişmələrinin təsirilərini azaltmaqda, ölkəmizdə bərpa olunan enerjinin xüsusi çəkisinin artmasında, emissiyaların azaldılmasında mühüm töhfələr verəcək.

SOCAR və BƏƏ-nin “IntelliGrid” şirkəti arasında bağlanan, uzunmüddətli investisiya yönümlü və emissiyaların azaldılmasına yönəlik layihə də mühüm əhəmiyyət kəsb edir.
Ağıllı Qaz şəbəkəsi uzun illərdir ki, ölkəmizdə reallaşa bilmir. Gah mexaniki sayğacı ağıllıya, gah da ağıllı sayğacı mexanikiyə keçirirlər.
Bu baxımdan yaradılması nəzərdə tutulan süni intellekt əsaslı həllərin real vaxtda monitorinqlər aparmağa imkan verəcəyini, bu sahədə itkilərin səbəblərini tez müəyyən edilərək aradan qaldırılmasına kömək olacağını düşünürəm”

O.Gündüz bildirib ki, bu siyahıda olan sazişlər içərisində ən riskli layihə elə SOCAR-ın bu 480 milyonluq süni intellekt layihəsidir. Bu layihə SOCAR-a texnoloji bir şirkət imici qazandıracaq.

Nigar

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 18 Noyabr 2024 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see215

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see204

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see203

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see195

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see189

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see185

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see185

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see181

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see177

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see177

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see175

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see171

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see171

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see169

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see167

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see167

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see166

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see165

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see161

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri