Icma.az
close
up
RU
COP29 çərçivəsində “İqlim investisiyaları: Öhdəliklər, yanaşmalar və regionlara xas problemlər” mövzusunda tədbir keçirilib

COP29 çərçivəsində “İqlim investisiyaları: Öhdəliklər, yanaşmalar və regionlara xas problemlər” mövzusunda tədbir keçirilib

Operativmedia saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Noyabrın 14-də Bakıda COP29 çərçivəsində “İqlim investisiyaları: Öhdəliklər, yanaşmalar və reionlara xas problemlər” mövzusunda tədbir keçirilib.

"Operativ Media" xəbər verir ki, tədbir Türkiyə Prezident Administrasiyasının Maliyyə İdarəsi tərəfindən təşkil olunub.

Tədbirin moderatoru, Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev çıxış edərək, iştirakçılara yeni perspektivlər və təcrübələr təqdim etməyin vacibliyini vurğulayıb. O diqqətə çatdırıb ki, bu tədbir yalnız iqlim investisiyaları sahəsindəki yanaşmalar və öhdəliklərə dair müzakirələrə zəmin yaratmır, həm də regionlara xas problemlərin aradan qaldırılması üçün konkret addımların atılmasına yönləndirir.

SOCAR-ın Ətraf Mühit üzrə vitse-prezidenti Əfqan İsayev çıxışında neft və qaz sənayesinin iqlim dəyişikliyi ilə mübarizəyə qoşulmasının və təmiz enerjiyə keçid məsələlərinin vacibliyini vurğulayıb. O, həmçinin enerji keçidinin və davamlı maliyyə gücləndirilməsinin əhəmiyyətini qeyd edib.

TOGG-un Baş icraçı direktoru Mehmet Gürcan Karakaş avtomobil sənayesində, xüsusilə elektrikli nəqliyyat vasitələrinin istehsalında iqlim investisiyalarının rolundan danışıb. Eyni zamanda, karbon emissiyalarının azaldılması və təmiz texnologiyalar üçün töhfə verməyi hədəfləyən innovativ layihələrdən söz açıb.

“Bloomberg New Energy Finance”nin Baş icraçı direktoru Jon Moore isə qlobal enerji bazarlarında iqlim keçidi risklərinin necə idarə edildiyi və bu sahədəki imkanların necə inkişaf etdiyi barədə məlumat verib. O, iqlim investisiyalarının uğurlu idarə olunmasının iqtisadiyyatın müxtəlif sahələrinə müsbət təsir göstərəcəyini vurğulayıb.

Tədbirdə sənayeləşmə, təmiz texnologiyalar və davamlı maliyyə dəstəyi kimi məsələlər müzakirə olunub. Bu məsələlərin həlli üçün kompleks yanaşmaların və regional xüsusiyyətlərin nəzərə alınmasının vacibliyi vurğulanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://operativmedia.az
archiveBu xəbər 14 Noyabr 2024 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see192

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see187

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see142

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see141

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see139

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see138

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see134

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see132

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see131

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see131

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see130

“Mən ABŞ ı təhlükəyə ata bilmərəm...”

19 Oktyabr 2025 19:18see128

Əməkdar artist Yadigar Muradovun vəziyyəti stabilləşib

19 Oktyabr 2025 18:49see126

Rıbin və həyat yoldaşı öləcəkləri halda tək oğul övladlarına təlimatlar tərtib ediblər...

20 Oktyabr 2025 00:18see126

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see126

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see126

Sabah yağış yağacaq

19 Oktyabr 2025 13:05see125

Elmar Məmmədyarovdan açıqlama: “Kimin qarın ağrısı varsa, adımı hallandırır”

19 Oktyabr 2025 21:04see125

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see125

Qara zirə yağı: Hər dərdin dərmanı

20 Oktyabr 2025 05:06see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri