Icma.az
close
up
RU
COP29 çərçivəsində keçirilən Parlament Görüşünün yekun sənədi qəbul olunub

COP29 çərçivəsində keçirilən Parlament Görüşünün yekun sənədi qəbul olunub

Oxumeni.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

COP29 çərçivəsində keçirilən Parlament Görüşünün yekun sənədi qəbul olunub

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Milli Məclisin birgə təşkilatçılığı ilə Bakıda keçirilən Parlament Görüşünün yekun sənədi qəbul olunub.

Oxuməni.az xəbər verir ki, Milli Məclisin deputatı Soltan Məmmədov sənəd barədə məlumat verib. S.Məmmədov qeyd edib ki, COP29 parlament sessiyası üçün layihə sənədi COP27 və COP28 çərçivəsində keçirilmiş parlament sessiyalarının yekun sənədləri, həmçinin Parlamentlərarası İttifaqın 148-ci assambleyasında qəbul edilmiş qətnamə layihəsi üzrə müzakirələr, son illərdə keçirilmiş COP sessiyalarının gündəliyi əsasında hazırlanıb: “Sənədin ilkin versiyası hazır olduqdan sonra müxtəlif ölkələrdən təkliflər və rəylər aldıq. İyun ayında layihə sənədini Parlamentlərarası İttifaqın COP29-a hazırlıq iclasında yenidən müzakirə etdik. Layihə Parlamentlərarası İttifaqın katibliyi tərəfindən yenidən həmkarlarımıza göndərildi. Yeni təkliflər və ideyalar təqdim edildi. Parlamentlərarası İttifaqın 149-cu sessiyası zamanı çox məhsuldar müzakirələr apardıq”.

Milli Məclisin deputatı bildirib ki, sənəd hazırlanarkən bütün ideyalar, şərhlər və rəylərin mümkün qədər nəzərə alınması üçün işlər görülüb. Sənəddə əks olunan müddəalar yalnız parlamentarilərin fikirlərini əks etdirən tövsiyələrdir. “Ümid edirəm ki, bütün həmkarlarımızın mövqelərini tam və ya qismən əks etdirən layihə təqdim edə bilmişik. Yəqin razılaşarsınız ki, təşkilatın hər bir üzvünün fikirlərini tam əks etdirən sənədə nail olmaq, demək olar ki, qeyri-mümkündür. Yalnız onu deyə bilərəm ki, COP29-un ümumi məqsədlərinə və məsuliyyətimizə uyğun işləməyə çalışmışıq”, - deyə o əlavə edib.

Oxuməni.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:24
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 17 Noyabr 2024 18:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see177

Naxçıvanda aksiya çərçivəsində 300 dən çox uşaq tibbi müayinədən keçib

02 İyun 2025 00:25see142

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see137

Saç yuyarkən suyun temperaturuna diqqət edin mütəxəssisdən vacib tövsiyələr

02 İyun 2025 05:06see137

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see135

Gördük o “ekspertlərinizi”, 5 günə 1 sualı düz yaza bilməyiblər DİM ə ETİRAZ

02 İyun 2025 04:16see134

Cəzaçəkmə müəssisəsinin damı uçdu, məhkum xəsarət aldı

01 İyun 2025 22:14see134

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see133

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see132

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see129

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see128

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see128

“Çox sevdiyim bir “uşağ”ım var” Xanımından iş adamına

01 İyun 2025 23:26see126

Yarış üçün hazırlanmış Super Mustanq nümayiş olundu

02 İyun 2025 05:31see125

Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?

02 İyun 2025 01:01see125

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see121

Alça yedikdən sonra bunlara diqqət edin!

02 İyun 2025 02:03see121

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see118

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see116

Ukrayna zərbə endirdi, bütün vilayət işıqsız qaldı

03 İyun 2025 01:34see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri