Icma.az
close
up
RU
COP29 çərçivəsində KOBların yaşıl iqtisadiyyatda rolu mövzusunda panel müzakirə təşkil olunub

COP29 çərçivəsində KOBların yaşıl iqtisadiyyatda rolu mövzusunda panel müzakirə təşkil olunub

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində "KOB-ların yaşıl iqtisadiyyatda rolu" mövzusunda panel müzakirə keçirilib.

Oxu.Az xəbər verir ki, panel müzakirədə yaşıl keçidin KOB-lar üçün faydası, ətraf mühitə biznesin məsuliyyətli yanaşması, iqlim maliyyələşdirilməsi, yaşıl bizneslərin yaradılması üçün sahibkarların ehtiyacları barədə fikir mübadiləsi aparılıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə "Yaşıl zona"da keçirilən tədbirdə rəsmi şəxslər, beynəlxalq təşkilatların nümayəndələri, iş adamları və "yaşıl iqtisadiyyat" ilə bağlı layihələri olan startaplar iştirak ediblər. Panel müzakirədə İtaliya-Azərbaycan Ticarət Palatasının prezidenti Manuela Traldi, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, BMT-nin Cənub-Cənub Əməkdaşlıq Ofisinin direktoru Dima Əl-Xatib, İslam ölkələri üçün Statistik, İqtisadi və Sosial Araşdırmalar və Təlim Mərkəzinin (SESRİC) Baş direktoru Zehra Zümrüt Selçuk, Beynəlxalq Ticarət Mərkəzinin şöbə müdiri Vanessa Eroqboqbo və Qlobal Sahibkarlıq Şəbəkəsinin təsisçisi və prezidenti Conatan Ortmans çıxış ediblər. Çıxışlarda KOB-ların dünya iqtisadiyyatında və məşğulluqda, eləcə də iqlim dəyişiklikləri ilə mübarizədə rolu, iqlim maliyyələşdirilməsi, yaşıl keçidin KOB-lar üçün faydası, bizneslərin yaşıl keçidində ekoloji, sosial və korporativ idarəetmə (ESG) prinsiplərinin önəmi, ətraf mühitə məsuliyyətli münasibət və bu sahədə sahibkarların öhdəlikləri barədə məlumat verilib.

Tədbirdə KOB-ların yaşıl transformasiyasının qlobal və milli səviyyədə birgə əməkdaşlıqla mümkün olduğu qeyd edilib və KOB ekosisteminin bütün maraqlı tərəfləri KOBİA-nın irəli sürdüyü "KOB-ların yaşıl iqlim keçidi üçün Bakı Koalisiyası Bəyannaməsi"nə qoşulmağa dəvət olunublar. Vurğulanıb ki, artıq Beynəlxalq Ticarət Mərkəzi, Braziliyanın Mikro və Kiçik Müəssisələrə Dəstək Xidməti (SEBRAE) və BMT-nin iqlim dəyişikliyi üzrə yüksəksəviyyəli çempionu Nigar Arpadarai müvafiq bəyannaməni imzalayaraq öz dəstəklərini ifadə ediblər.

Paneldə KOB-ların "yaşıl iqtisadiyyat"a keçidi zamanı ehtiyaclarının davamlı dəstəklənməsi üçün zəruri addımlar və onların ekoloji məsuliyyətinin artırılması ilə bağlı müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb. Həmçinin tədbir çərçivəsində Harvard Universitetinin "Growth Lab" Beynəlxalq İnkişaf Mərkəzinin baş tədqiqat meneceri Tim Çeston İqtisadiyyat Nazirliyi və mərkəz arasında əməkdaşlıq əsasında hazırlanmış qlobal "Yaşıl artım portalı"na dair təqdimatla çıxış edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://oxu.az
archiveBu xəbər 16 Noyabr 2024 19:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri