Icma.az
close
up
RU
KOBların yaşıl iqtisadiyyatda rolu mövzusunda panel müzakirə keçirilib

KOBların yaşıl iqtisadiyyatda rolu mövzusunda panel müzakirə keçirilib

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “KOB-ların yaşıl iqtisadiyyatda rolu” mövzusunda panel müzakirə keçirilib.

Globalinfo.az xəbər verir ki, panel müzakirədə yaşıl keçidin KOB-lar üçün faydası, ətraf mühitə biznesin məsuliyyətli yanaşması, iqlim maliyyələşdirilməsi, yaşıl bizneslərin yaradılması üçün sahibkarların ehtiyacları barədə fikir mübadiləsi aparılıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “Yaşıl zona”da keçirilən tədbirdə rəsmi şəxslər, beynəlxalq təşkilatların nümayəndələri, iş adamları və “yaşıl iqtisadiyyat” ilə bağlı layihələri olan startaplar iştirak ediblər. Panel müzakirədə İtaliya-Azərbaycan Ticarət Palatasının prezidenti Manuela Traldi, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, BMT-nin Cənub-Cənub Əməkdaşlıq Ofisinin direktoru Dima Əl-Xatib, İslam ölkələri üçün Statistik, İqtisadi və Sosial Araşdırmalar və Təlim Mərkəzinin (SESRİC) Baş direktoru Zehra Zümrüt Selçuk, Beynəlxalq Ticarət Mərkəzinin şöbə müdiri Vanessa Eroqboqbo və Qlobal Sahibkarlıq Şəbəkəsinin təsisçisi və prezidenti Conatan Ortmans çıxış ediblər. Çıxışlarda KOB-ların dünya iqtisadiyyatında və məşğulluqda, eləcə də iqlim dəyişiklikləri ilə mübarizədə rolu, iqlim maliyyələşdirilməsi, yaşıl keçidin KOB-lar üçün faydası, bizneslərin yaşıl keçidində ekoloji, sosial və korporativ idarəetmə (ESG) prinsiplərinin önəmi, ətraf mühitə məsuliyyətli münasibət və bu sahədə sahibkarların öhdəlikləri barədə məlumat verilib.

Tədbirdə KOB-ların yaşıl transformasiyasının qlobal və milli səviyyədə birgə əməkdaşlıqla mümkün olduğu qeyd edilib və KOB ekosisteminin bütün maraqlı tərəfləri KOBİA-nın irəli sürdüyü “KOB-ların yaşıl iqlim keçidi üçün Bakı Koalisiyası Bəyannaməsi”nə qoşulmağa dəvət olunublar. Vurğulanıb ki, artıq Beynəlxalq Ticarət Mərkəzi, Braziliyanın Mikro və Kiçik Müəssisələrə Dəstək Xidməti (SEBRAE) və BMT-nin iqlim dəyişikliyi üzrə yüksəksəviyyəli çempionu Nigar Arpadarai müvafiq bəyannaməni imzalayaraq öz dəstəklərini ifadə ediblər.

Paneldə KOB-ların “yaşıl iqtisadiyyat”a keçidi zamanı ehtiyaclarının davamlı dəstəklənməsi üçün zəruri addımlar və onların ekoloji məsuliyyətinin artırılması ilə bağlı müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb. Həmçinin tədbir çərçivəsində Harvard Universitetinin “Growth Lab” Beynəlxalq İnkişaf Mərkəzinin baş tədqiqat meneceri Tim Çeston İqtisadiyyat Nazirliyi və mərkəz arasında əməkdaşlıq əsasında hazırlanmış qlobal “Yaşıl artım portalı”na dair təqdimatla çıxış edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:245
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 16 Noyabr 2024 20:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see794

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see546

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see328

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see306

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see300

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see300

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see285

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see273

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see271

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see262

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see256

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see249

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see244

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see239

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see214

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see214

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see202

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see197

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see194

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri