Icma.az
close
up
RU
COP29 çərçivəsində urbanizasiya və şəhərlərdə iqlim dəyişikliyi problemləri müzakirə olunub

COP29 çərçivəsində urbanizasiya və şəhərlərdə iqlim dəyişikliyi problemləri müzakirə olunub

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

BMT-nin İnsan Məskunlaşmaları Proqramı və COP29-a ev sahibliyi edən Azərbaycanın birgə təşkilatçılığı ilə “Bakıdan Bələmə: Şəhərlər, urbanizasiya və çoxsəviyyəli iqlim gündəliyi” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əziziov, Birləşmiş Ərəb Əmirliklərinin iqlim dəyişikliyi və ətraf mühit naziri Amna bint Abdullah Al Dahak, Avropa Regionlar Komitəsinin prezidenti Vasko Alves Kordeyro, AYİB-in vitse-prezidenti Mark Bowman, Kuala Lumpur meri və COP29-un xüsusi müşaviri Maimunah Mohd Sharif, UNECE-nin icraçı katibi Tatyana Molcean və başqaları iştirak ediblər.

Tədbirdə “Şəhər, Çoxsahəli və Çoxsəviyyəli İqlim Fəaliyyəti üzrə Bakı Davamlılıq Koalisiyası”nın təqdimatı olub, iqlim fəaliyyətinə dair nailiyyətlər nəzərdən keçirilib və COP30-a uyğun olaraq şəhər və çoxsəviyyəli iqlim fəaliyyəti üçün yol xəritəsini hazırlanması məsələsinə baxılıb. Həmçinin şəhər və regionlarda iqlim fəaliyyətinin genişləndirilməsinə dəstək olmaq yolları müzakirə edilib.

Anar Quliyev Azərbaycanda şəhərsalma sahəsində həyata keçirilən işlərdən, infrastruktur layihələrindən, şəhərlərdə iqlim fəaliyyətlərinin genişləndirilməsi və urbanizasiya probleminin həll olunması yollarından danışıb.

Məruzəçilər beynəlxalq təcrübədən danışaraq nəzərə çatdırıblar ki, sənaye müəssisələri adətən şəhərlərdə olur ki, bu da regionlara nisbətən şəhərlərdə daha çox karbon qazının atmosferə atılması ilə nəticələnir. Şəhərlər iqlim dəyişməsinin əsas “günahkarları” hesab olunur. Bunun yumşaldılması üçün Paris Sazişində nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsinin vacibliyi vurğulanıb. Qeyd olunub ki, Paris Sazişi üzrə əldə olunan razılaşmalara əməl olunsa onda qlobal temperaturu 1,5 Selsidən aşağıda saxlamaq mümkündür.

Tədbir dialoq formasında davam edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 13 Noyabr 2024 21:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see307

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see213

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see203

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see197

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see187

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see167

Ermənistanda ARA QARIŞDI: Xocalı qatili SAVAŞ MESAJI verdi

14 Dekabr 2025 11:07see161

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see153

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see149

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see147

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see141

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see141

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see138

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see136

“Qarabağ” “Araz Naxçıvan”a qarşı

14 Dekabr 2025 11:06see128

Nazir müavini: Bakı Daşkənd əlaqələri iki ölkə liderinin siyasəti sayəsində möhkəmlənir

14 Dekabr 2025 22:43see125

Kanelonun məşqçisi yetirməsinin nə vaxt Kroufordla revanş döyüşü keçirmək istədiyini deyib

14 Dekabr 2025 06:08see123

Toyota yeni superkarını təqdim etdi 2027 ci ildə satışa çıxacaq

15 Dekabr 2025 02:58see120

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see120

“İnter Mayami” dünya çempionu heyətinə qatdı 15 milyona

14 Dekabr 2025 13:18see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri