Icma.az
close
up
RU
COP29 çərçivəsində iqlim dəyişikliyi ilə mübarizəyə hüquqmühafizə orqanlarının səfərbər edilməsi müzakirə olunub AZƏRTAC

COP29 çərçivəsində iqlim dəyişikliyi ilə mübarizəyə hüquqmühafizə orqanlarının səfərbər edilməsi müzakirə olunub AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 15 noyabr, AZƏRTAC

Bakıda COP29 çərçivəsində müxtəlif ölkələrin hüquq-mühafizə orqanlarının iştirakı ilə "İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər olunması" adlı yüksəksəviyyəli sessiya keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə Baş prokuror Kamran Əliyev, COP29-un Prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Baş nazirinin müavini, daxili işlər naziri Şeyx Saif bin Zayed əl-Nəhyan və digər rəsmilər iştirak ediblər.

Azərbaycan Baş Prokurorluğu, BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMTNCİ) təşkil etdiyi, həmçinin BƏƏ Daxili İşlər Nazirliyinin həmsədri olduğu sessiyada ölkə rəsmiləri ekoloji cinayətlər üzrə aparılan tədbirlər barədə məlumat veriblər.

K.Əliyev və M.Babayev Azərbaycanda hüquq-mühafizə orqanlarının ekoloji cinayətlərə qarşı mübarizəsinə toxunublar.

Rusiyanın Baş prokuroru İqor Krasnov ölkəsinin ekoloji hadisələrlə bağlı gördüyü işlər barədə məlumat verib, hüquq-mühafizə orqanlarının birgə səylərinin vacibliyi bildirilib.

Braziliyanın Baş prokuroru Hindenburq Çatebriand bildirib ki, ölkəsi də iqlim dəyişikliyindən əziyyət çəkir. O, ətraf mühitin qorunması, bu məqsədlə təşəbbüslərin irəli sürülməsinə töhfə vermək üçün çağırış edib.

Keniyanın Baş prokuroru, Afrika Prokurorlar Assosiasiyasının Prezidenti Renson İnqonqa ölkəsində müşahidə edilən iqlim dəyişikliyi ilə bağlı problemlərdən danışıb.

"Interpol"un rəhbər Əhməd Nasir əl-Rəisi ətraf-mühitin qorunması üçün qlobal tədbirləri gücləndirməyin əhəmiyyətini vurğulayıb, hüquq-mühafizə orqanlarının bu işdəki rolundan bəhs edib.

Avropa İttifaqının İnsan hüquqları və qanunun aliliyi üzrə direktoru Gianluka Esposito çıxışında ekoloji cinayətin bir ölkəyə deyil, bütün dünyaya təsir göstərdiyini deyib. Ona görə də qurumların əməkdaşlığı vacibdir.

Baş prokuror Kamran Əliyev sonda bütün tədbir iştirakçılarına təşəkkür edib:

"Təşəbbüslərimiz daha da birləşməliyik. Cəmiyyətin qanunlarını da, təbiətin qanunlarını da pozmaq cinayətdir. Qlobal cameə olaraq, Bakıda toplanmağımız önəmlidir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Noyabr 2024 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see248

Ermənilər nə etdi, nə edə bilmədi?.. Əkbər QOŞALI YAZIR

25 Oktyabr 2025 16:23see211

Maduro ABŞ la gərginlik fonunda sülhə çağırıb

25 Oktyabr 2025 04:28see210

Gənclərdə ürək xəstəlikləri: Alimlər sağlam qalmağın yollarını araşdırıblar

25 Oktyabr 2025 07:44see185

Dünyanın ən yaxşı hava limanı şəlalə və damdakı hovuzla seçilib

24 Oktyabr 2025 22:42see145

İsrail ordusundan Qəzzaya DƏQİQ ZƏRBƏ Həmin şəxs məhv edildi

25 Oktyabr 2025 23:39see144

“Toppuş bacı”nın qızı EFİRƏ ÇIXDI: “Dilarə xanım mənə anamı xatırladır” VİDEO

25 Oktyabr 2025 00:35see140

HƏMAS dan Qəzza açıqlaması: Yerinə yetirmişik

24 Oktyabr 2025 19:42see138

Ailəsi şəhid olduğunu 12 gün sonra öyrəndi

25 Oktyabr 2025 13:02see137

“Zirə” “Sumqayıt”la üz üzə YENİLƏNİR

25 Oktyabr 2025 11:58see128

Britaniya məscidlərin təhlükəsizliyinin təmin edilməsinə milyonlarla funt sterlinq ayıracaq

25 Oktyabr 2025 05:45see128

Nazirliklərə məxsus avtomobillər satışa çıxarıldı QİYMƏTLƏR

24 Oktyabr 2025 19:31see127

Orbana ikiqat zərbə Budapeşt sammitinin ləğvi Baş nazirə nə vəd edir?

25 Oktyabr 2025 12:59see126

Pikassonun sirli şəkildə yoxa çıxan əsəri bir neçə həftə sonra tapılıb...

25 Oktyabr 2025 23:06see125

Şakil O Nilın 180 min dollarlıq avtomobili nəql edilərkən oğurlanıb

26 Oktyabr 2025 06:09see124

Yayda toz torpaq, qışda palçıq: Kənd camaatını bezdirən yol problemi

26 Oktyabr 2025 01:49see122

Alma sirkəsinin faydaları necə istifadə edək?

26 Oktyabr 2025 07:01see121

Ana və oğlu bir birindən xəbərsiz eyni gündə anju olunub

26 Oktyabr 2025 04:04see121

Bu insanlar qırmızı ət yeməyi azaltmalıdır

26 Oktyabr 2025 02:04see121

Turun mərkəzi oyununda sülh VİDEO

25 Oktyabr 2025 22:58see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri