Icma.az
close
up
RU
COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhərdə olub FOTO

COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhərdə olub FOTO

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycana səfər edən xarici media nümayəndələrinin İçərişəhərə mütəmadi səfərləri təşkil edilib. Mediaturlar “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi, Medianın İnkişafı Agentliyi və COP29 Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə keçirilib.

Qoruq İdarəsindən Avtosfer.az-a bildirilib ki, mediaturlar UNESCO-nun Ümumdünya İrs Siyahısında yer alan İçərişəhərin zəngin mədəni-tarixi irsi barədə qonaqları məlumatlandırmaq, mətbuat nümayəndələrinə Azərbaycanın geniş turizm potensialının əhəmiyyətini vurğulamaq, eyni zamanda, COP29 çərçivəsində Azərbaycan mədəniyyətinin və irsinin beynəlxalq aləmdə tanıdılmasına töhfə vermək məqsədi daşıyıb.

Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin heykəlinin ziyarəti ilə başlayan mediaturlar zamanı qonaqlara ölkəmizdə mətbuatın zəngin və dərin köklərə malik olduğu bildirilib. Dünyanın müxtəlif ölkələrindən COP29 tədbirinə gəlmiş jurnalistlər Bakının rəmzi sayılan Qız qalası, eləcə də, Şirvanşahlar sarayı, Sıratağlı Dini-Memarlıq Kompleksi, Bakı Xanlarının Saray Kompleksi, Yeraltı hamam kimi İçərişəhərin nadir tarixi memarlıq abidələri ilə yaxından tanış olublar. Qonaqlara, həmçinin bərpa işləri, tarixi-memarlıq abidələrinin qorunması və turizm məqsədilə istifadəsi sahəsində görülən işlər barədə ətraflı məlumat verilib.

Daha sonra mediaturların iştirakçıları “İçərişəhər” Ənənəvi İncəsənət Mərkəzinin sərgi salonunda nümayiş olunan miniatür, təzhib, sədəfkəsmə, batika, zərgərlik və digər qədim sənətkarlıq nümunələri ilə tanış olub, Azərbaycan milli incəsənətinin incəlikləri barədə məlumat alıblar.

Bu təşəbbüslər Azərbaycanın mədəni irsinin dünya miqyasında daha geniş tanınmasına, həmçinin ölkənin mədəni irsinin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətindəki səylərinin beynəlxalq aləmə təqdim edilməsinə xidmət edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:70
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 25 Noyabr 2024 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see229

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see207

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see185

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see170

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see146

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see136

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see135

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see134

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see133

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see132

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see129

Mopedlərlə bağlı qanuna dəyişiklik ediləcək VİDEO

06 Dekabr 2025 00:39see128

İstedadın və zəhmətin söz ucalığı

06 Dekabr 2025 02:51see127

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see127

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see126

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see125

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see124

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see124

Venesuelanın keçmiş kəşfiyyat rəisi Maduro haqqında danışıb...

06 Dekabr 2025 01:16see123

Дочь бывшего министра Суад Гараева изобразила Мехсети Гянджеви как безнравственную женщину

06 Dekabr 2025 00:35see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri