Icma.az
close
up
RU
COP29 çərçivəsində “YARAT”ın təqdimatında sərgi və simpozium təşkil olunub AZƏRTAC

COP29 çərçivəsində “YARAT”ın təqdimatında sərgi və simpozium təşkil olunub AZƏRTAC

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 15 noyabr, AZƏRTAC

“YARAT” Müasir İncəsənət Məkanı COP29 çərçivəsində Azərbaycan rəssamı Aida Mahmudovanın “Funksionallıqdan kənar” sərgisini açıb, həmçinin “İncəsənət və iqlim dəyişikliyi” adlı birgünlük simpozium təşkil edib.

“YARAT”dan AZƏRTAC-a bildirilib ki, “Funksionallıqdan kənar” Aida Mahmudovanın Azərbaycan mədəni irsinin dərindən araşdırılması istiqamətində apardığı bədii təcrübələrini əks etdirən sərgidir. Rəssam təbiətdən ilhamlanaraq onun relyefi, canlı aləmi, iqlim şəraitinin möhtəşəm gözəlliyini daima öz yaradıcılığında ifadə edir. O, son illər ərzində əsərlərini müxtəlif teksturalı, fərqli tərkibli təbii materiallardan istifadə edərək yaradır.

Aida Mahmudova sərgini hazırlayarkən yalnız emalatxanada çalışmaqla kifayətlənməyib, yerli sənətkarlarla əməkdaşlıq quraraq ənənəvi Azərbaycan incəsənətinə müasir çalarlar əlavə edib. Rəssamın 2024-cü ildə ərsəyə gətirdiyi “Funksionallıqdan kənar” adlı keramika nümunələri silsiləsi material və hekayənin dərinliklərinə vararaq, ənənə ilə müasirlik arasında poetik əlaqə qurur, bu saxsı qabların klassik formalarına yenidən nəzər salır. Aida Mahmudova Azərbaycan mənzərələrindən ibarət fotoarxivindən ilhamlanaraq dekol üsulu ilə şəxsi hekayələri və xatirələri silsilə əsərlərində təsvir edir.

“İncəsənət və iqlim dəyişikliyi” simpoziumu incəsənət təbliğatı, iqlim qayğısı və dayanıqlı gələcəyə həsr olunub. Bu unikal tədbirin ideya və konsepsiya müəllifi Aida Mahmudovadır. Dörd fərqli mövzuda keçirilən panel sessiyalardan ibarət simpoziumda çıxış edən spikerlər müxtəlif xarici ölkələrdən dəvət olunublar.

Panellər “Ekoloji gündəliklərin mədəniyyət müəssisələrində proqramlaşdırılması”, “Dayanıqlılıq və incəsənət bazarı”, “Vizual incəsənətdə postsosialist antroposen haqqında əsas təqdimat” və “Vision Art Platform” jurnalının xüsusi buraxılışının təqdimatı”na həsr olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Noyabr 2024 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see215

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see206

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see200

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see184

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see176

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see163

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see162

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri