Icma.az
close
up
RU
BMUda “Oxu, yarat, ilham al!” mövzusunda tədbir təşkil olunub AZƏRTAC

BMUda “Oxu, yarat, ilham al!” mövzusunda tədbir təşkil olunub AZƏRTAC

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xırdalan, 29 noyabr, AZƏRTAC

Bakı Mühəndislik Universitetində (BMU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində “Kitab klubu”nun təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi şair-tərcüməçi Səlim Babullaoğlu, “Strauss” nəşr evinin rəhbəri İlkin Abdulla, “Santiago” kitab klubunun rəhbəri və qurucusu Aqil Rüstəmovla tələbələrin görüşü keçirilib.

Bu barədə AZƏRTAC-a BMU-dan məlumat verilib. “Oxu, yarat, ilham al!” mövzusunda keçirilən tədbirdə bildirilib ki, məqsəd ədəbiyyatın insan həyatına təsirinə, dünyagörüşünün formalaşmasında əhəmiyyətinə diqqət çəkmək, gənclərdə ədəbiyyata maraq yaratmaq, mütaliə mədəniyyəti formalaşdırmaq, kitab oxumağı onların həyat tərzinə çevirməkdən ibarətdir.

Tələbələr qarşısında çıxış edən şair S.Babullaoğlu klubun təşkil etdiyi ilk görüşün qonağı olmaqdan məmnunluğunu bildirib, ədəbiyyat sevgisinin tarixçəsini gənclərlə bölüşüb. O, kitab oxumağa həvəsinin uşaq yaşlarında yarandığını, xüsusilə şəkilli kitablara maraq göstərdiyini vurğulayaraq ədəbiyyatın insanın xəyal gücünə təsirini, hər bir kitabın daşıdığı məzmunla aşıladığı dəyərləri qeyd edib. Şair gəncləri, ilk növbədə, milli dilimizi öyrədən folklor, daha sonra isə duyğuları gözəl ifadə etdirən, insan mənəviyyatına müsbət təsir göstərən poeziya nümunələrini oxumağa çağırıb.

İ.Abdulla nəşriyyat yaratmaqda məqsədinin ədəbiyyatı təbliğ etmək, oxu mədəniyyətini gücləndirmək olduğunu diqqətə çatdırıb. O, müasir dünya ədəbiyyatı nümunələrinə xüsusi önəm verdiklərini, indiyə qədər 30-a yaxın belə əsərin çap edildiyini deyib. Kitab klublarının roman, povestlərin ən yaxşı müzakirə müstəvisi olduğuna toxunan İ.Abdulla bu klubların ədəbiyyata həvəs yaratdığını, səviyyəli oxucu formalaşdırdığını söyləyib.

A.Rüstəmov isə kitabın onun həyatını necə dəyişdiyini, xarakterinin formalaşmasına nə kimi təsir göstərdiyini anladıb, yaratdığı klubda təşkil edilən ədəbiyyat müzakirələrinin gənclərin asudə vaxtlarının səmərəli keçməsində, düşüncələrini paylaşmasında əhəmiyyətini vurğulayıb. Bildirib ki, hər bir ədəbiyyatsevər təkcə kitab oxuyan yox, həm də ədəbiyyat təşviqatçısıdır.

Sonda tələbələrin sualları cavablandırılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Noyabr 2024 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri