Icma.az
close
up
RU
COP29 çərçivəsində yüksəksəviyyəli birgə iclas FOTOLAR

COP29 çərçivəsində yüksəksəviyyəli birgə iclas FOTOLAR

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Noyabrın 18-də COP29 çərçivəsində ilk dəfə keçirilən İnsan İnkişafı tematik Günündə “İqlim dayanıqlılığı üçün Bakı İnsan İnkişafı təşəbbüsü” mövzusunda yüksəksəviyyəli birgə iclas keçirilib.

Modern.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi (ETN) məlumat yayıb.

Bildirilib ki, tədbir COP29 Sədrliyi tərəfindən, Elm və Təhsil Nazirliyi, eləcə də Asiya İnkişaf Bankı, Yaşıl İqlim Fondu, Beynəlxalq Əmək Təşkilatı (ILO), UNESCO, UNICEF və ÜST kimi beynəlxalq qurumların tərəfdaşlığı ilə keçirilib.

Birgə iclasın əsas məqsədi insan inkişafına investisiyanın iqlim dayanıqlılığının təmin edilməsində mühüm əhəmiyyətini vurğulamaq olub.

Birgə iclasın əsas mövzularından biri olan iqlim dayanıqlılığının təmin edilməsində təhsilin rolu çərçivəsində aparılan müzakirələrdə gələcək nəsillərin iqlim problemləri ilə mübarizə üçün zəruri bilik və bacarıqlarla təmin edilməsi məqsədilə “İqlim dostu” tədris proqramlarının hazırlanmasının vacibliyi qeyd edilib.

Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, dayanıqlı cəmiyyət fərdlərin ətraf mühit çağırışları qarşısında uyğunlaşması üçün lazımi bilik, bacarıq və dəstək sistemləri ilə təmin edilməsidir. Qeyd edib ki, Bakı təşəbbüsü gəncləri iqlim dəyişiklikləri ilə mübarizədə davamlı tədbirlərin fəal iştirakçıları kimi gücləndirməyi hədəfləyir.

Tədbir çərçivəsində Azərbaycan Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı (PISA) vasitəsilə ətraf mühit savadlılığı ilə bağlı biliklərin ölçülməsini təklif edib. Bu təşəbbüs Azərbaycanın qlobal iqlim təhsili standartlarına dəstəyinin göstəricisi kimi qiymətləndirilib. 

Birgə iclasda, həmçinin məktəblərdə iqlim şüurunun artırılması, müəllimlərin bu sahədə hazırlanması, iqlim dayanıqlı təhsil sistemlərinin qurulması kimi məsələlər də müzakirə edilib. Bununla yanaşı, tələbələrin yaşıl iqtisadiyyat üçün vacib bacarıqlara yiyələnməsi məqsədilə strateji yanaşmalar təqdim olunub.

İclasın yekununda Bakı İnsan İnkişafı üzrə İqlim Dayanıqlılığı Rəhbər Prinsipləri qəbul edilib. Bu prinsiplər iqlim təsirlərinə qarşı mübarizə aparmaq üçün inteqrasiya olunmuş yanaşmanı əks etdirir, təhsilin əhəmiyyətini xüsusi vurğulayır.






Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://modern.az
archiveBu xəbər 18 Noyabr 2024 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see462

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see300

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see299

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see293

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see271

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see239

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see236

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see223

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see223

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see216

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see215

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see213

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see211

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see206

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see203

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see202

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see195

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see190

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see185

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri