Icma.az
close
up
RU
COP29 “Daily Show” televiziya proqramına BAŞLAYIR KONKRET

COP29 “Daily Show” televiziya proqramına BAŞLAYIR KONKRET

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Noyabrın 11-dən etibarən, COP29-un Böyük Britaniyanın “Hi Impact” yayım şirkəti ilə əməkdaşlıq çərçivəsində hazırlanan “Daily Show” televiziya proqramının canlı yayımına başlanılacaq.

KONKRET.az xəbər verir ki, qlobal auditoriyanın diqqətinin bu ilin ən əlamətdar hadisəsi olan 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29 konfansına cəlb etmək üçün nəzərdə tutulmuş 30 dəqiqəlik “Daily Show” televiziya proqramında tədbirin gündəlik hadisələri işıqlandırılacaq. Həmçinin, dünya liderləri, elm adamları, ictimai xadimlər və iqlim sahəsinin novatorçuları innovativ formatda yayımlanacaq bu verilişin qonaqları olacaqlar.

“Daily Show” proqramının on iki buraxılışı dünyanın dörd qitəsini əhatə etməklə 47 telestudiya ilə əməkdaşlıq çərçivəsində gündəlik onlayn yayımlanacaq və milyonlarla tamaşaçı bu verilişə ödənişsiz şəkildə baxa biləcək. Bundan əlavə, hər gün yayımdan sonra verilişlər COP29-un rəsmi YouTube və digər sosial media kanallarına yüklənəcəkdir.

Bu formatda ilk dəfə yayımlanan “Daily Show” proqramı kommunikasiya sahəsində məşhur agentlik və yayım şirkəti olan – “Hi Impact” ilə əməkdaşlıq çərçivəsində ərsəyə gəlib. Veriliş konfransda şəxsən iştirak edə bilməyən beynəlxalq auditoriyaya COP29 əsnasında cərəyan edən hadisələri unikal formatda izləməyə imkan yaratmaqla COP29-un inklüzivliyin təmin edilməsi öhdəliyini təcəssüm etdirir.

Qeyd edək ki, COP29-un Yaşıl Zonasında xüsusi olaraq yaradılan studiyadan yayımlanacaq proqrama aparıcı qismində Avropa, Yaxın Şərq və Asiya regionlarının telekanallarında yayımlanan xəbərlər və müsahibə verilişləri sahəsində zəngin təcrübəyə malik jurnalist və beynəlxalq aparıcı Rozanna Lokvud cəlb olunub. O, “News UK”, “Prime Time with Rosanna Lockwood’” kimi verilişlərin aparıcısı olub.

Proqramda iqlim dəyişmələri sahəsinin görkəmli simaları ilə yanaşı ənənəvi mediadan uzaq olan gənc auditoriyanı əhatə etmək üçün iqlim məsələlərini işıqlandıran blogerlər qonaq reportyor qismində cəlb olunacaqlar. Verilişin tonu və üslubu bütün sosial qruplardan olan tamaşaçıları iqlim dəyişmələri mövzusuna cəlb etmək üçün nəzərdə tutulub. Belə ki, verilişin əsas məqsədi bəzən mürəkkəb və texniki olan iqlim müzakirələrini daha geniş auditoriya üçün əlçatan etməkdir.

Qeyd edək ki, media və yayım şirkətləri “Daily Show” verilişinin ödənişsiz yayımlanması üçün imkanları təmin edir. Verilişin yayımlanmasında maraqlı olan şirkətlər [email protected] elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərlər.

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://konkret.az
archiveBu xəbər 10 Noyabr 2024 18:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see309

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see297

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see273

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see271

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see269

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see248

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see247

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see244

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see233

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see226

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see225

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see222

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see214

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see214

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see203

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see177

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri