Icma.az
close
up
RU
“COP29 ERMƏNİSTANA HEÇ NƏ VERMƏDİ, AZƏRBAYCANA İSƏ” “Bu prosesdən İrəvanın iki əsas gözləntisi var idi” AzPolitika onlayn siyasiictimai qəzet

“COP29 ERMƏNİSTANA HEÇ NƏ VERMƏDİ, AZƏRBAYCANA İSƏ” “Bu prosesdən İrəvanın iki əsas gözləntisi var idi” AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Erməni müxalifəti nədən narazıdır?

“Bakıda BMT-nin COP-29 iqlim konfransı başa çatıb. Bu tədbirin Azərbaycanda Ermənistan hakimiyyətinin razılığı ilə keçirildiyini nəzərə alsaq, kimin qazandığını, kiminsə zərər gördüyünü aydınlaşdırmağa çalışaq…”.

“AzPolitika” xəbər verir ki, bunu Ermənistan parlamentinin müxalifətdən olan deputatı, Respublika Partiyasının üzvü Tiqran Abramyan öz “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, Ermənistanın bu tədbirdən gözləntiləri özünü doğrultmayıb, Azərbaycan isə ondan maksimum istifadə edə bilib: “Bu prosesdən Ermənistanın iki əsas gözləntisi var idi. Birincisi, beynəlxalq oyunçuların fəal təzyiqi altında Azərbaycan danışıqlar prosesində konstruktiv kursa qayıdacaq və minimum itkilərlə ümumi yanaşmalarda qarşılıqlı anlaşmanı təmin etmək mümkün olacaq. İkincisi, istər daxildə, istərsə də xaricdə belə bir gözlənti var idi ki, Azərbaycan bu beynəlxalq tədbirdən əvvəl, tədbir zamanı və ya dərhal ondan sonra xoşməramlılıq əlaməti olaraq Bakı həbsxanalarında saxlanılan hərbi əsirlərin(?) heç olmasa bir hissəsini azad edəcək”. Bu yerdə qeyd edək ki, Azərbaycandan “xoşməramlılıq gözləyən” Ermənistanın özü Bakıdakı tədbirə qatılmadı…

Daha sonra deputat yazıb: “Dərhal qeyd edək ki, Ermənistan nəinki heç nə qazana bilmədi, həm də Azərbaycan beynəlxalq auditoriyadan Ermənistana qarşı təbliğatı daha da gücləndirmək üçün istifadə etdi, İrəvan qarşısında yeni tələblər irəli sürdü və ona təcavüzkar damğası vurdu.

Üstəlik, COP29 günlərində Azərbaycan Haaqa Beynəlxalq Məhkəməsində Ermənistana qarşı yeni iddia qaldırıb və məhbuslar məsələsi həll olunmamış qalıb.

Bu konfrans təkcə Azərbaycanın imic problemlərini həll etmək üçün deyil, həm də bütövlükdə Bakının mövqelərini gücləndirmək üçün istifadə olunub. ABŞ Prezidenti hətta COP29-u təşkil etdiyinə görə Azərbaycana təşəkkür edib və Almaniyanın Xarici İşlər naziri Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb. Baxmayaraq ki, Azərbaycanı tərifləyən bir çox Avropa rəsmiləri Bakı həbsxanalarındakı erməni məhbusları tamamilə unudublar.

Xatırladım ki, bir neçə gün əvvəl biz parlamentdə təcili müzakirə təşəbbüsü ilə çıxış etdik (əsas məruzəçi mən idim), Ermənistan Respublikası Parlamentinin Bakıya çağırışı ilə bağlı müvafiq bəyanatın yayılmasına nail olmağa çalışdıq. Orada beynəlxalq konvensiyaların tələblərinə əməl etmək və erməni hərbi əsirləri azad etmək, habelə beynəlxalq ictimaiyyətin diqqətini bu məsələ ilə bağlı bir sıra prioritetlərə yönəltmək istədik. Lakin parlamentin hakimiyyəti təmsil edən hissəsi nəinki bu təşəbbüsü iflasa uğratdı, hətta faktiki olaraq, mövzunun digər platformalarda bloklanmasında Azərbaycan hakimiyyətinə dəstək oldu”.

C.Məmmədov

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 25 Noyabr 2024 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see258

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see245

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see186

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see184

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see170

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see157

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see154

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see146

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see146

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see144

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see142

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri