Icma.az
close
up
RU
COP29 həm də Azərbaycan reallıqlarının beynəlxalq aləmə əyani nümayişi baxımdan da önəmlidir

COP29 həm də Azərbaycan reallıqlarının beynəlxalq aləmə əyani nümayişi baxımdan da önəmlidir

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Bakıda bir neçə gündür ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası adlı beynəlxalq tədbir keçirilir. Rəsmi məlumatlara görə tədbirdə iştirak etmək üçün 67 min nəfər qeydiyyatdan keçib. Onların arasında prezidentlər, vitse-prezident və baş nazirlər var”.

Bu barədə Bizimyol.info xəbər portlına Milli Məclisin deputatı Müşfiq Cəfərov danışıb.

Müşfiq Cəfərov

“Tədbirin açılışında çıxış edən cənab Prezident İlham Əliyev Azərbaycanın ixrac bazarlarına diqqət yetirdiyini və öz tərəfdaşları ilə birgə mühüm enerji təhlükəsizliyi layihələrini həyata keçirməyə çalışdığını bildirib”-deyən deputt bildirib ki, Azərbaycan bu mühüm tədbirə layiqincə hazırlaşıb.

“COP29-un keçirildiyi məkan mükəmməl səviyyədə görünür, sürət və keyfiyyət çox gözəl təmin olunmaqdadır. Hazırda müşahidə olunan iqlim dəyişikliyi təkcə təbiətə və infrastruktura deyil, həm də bəşəriyyətə ciddi ziyan vurur. Və bu iqlim dəyişikliyi bütün dünyada baş verir. Demək olar ki, bundan bütün ölkələr müxtəlif dərəcələrdə təsirlənir. Qlobal iqlim problemləri əvvəlki illərlə müqayisə 3 qat artıb. Bu, bütün bəşəriyyət üçün çoxsaylı mənfi nəticə yaradır, ərzaq -təhlükəsizliyini, insanların sağlamlığını və rifahını təhdid edir”-deyən deputat vurğulayıb ki, əslində beynəlxalq tərəfdaşlarımızın da 29-cu iqlim sessiyasından gözləntiləri böyükdür.

“Son 10 ildə müsbət nəticə əldə edilməyən maliyyə probleminin həlli Bakıda təşkil olunan tədbirdən gözlənilir. Sözsüz ki, bu, çətin danışıqlardır və COP29-da məsələnin həllinə böyük ümid bəslənilir. Onu da qeyd edim ki, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində COP ilk dəfə bir Türk dövlətində keçirilir. Cənab Prezidentin COP29-un açılış mərasimindəki cəsarətli və milli maraqları tam ifadə edən çıxışı hələ uzun illər beynəlxalq mediada müzakirə olunacaqdır. Dövlət başçısı İlham Əliyevin BMT-nin qətnamələrinin Azərbaycan Ordusu tərəfindən reallaşdırmasından və 30 illik müharibə şəraiti zamanında dövlətimizin inkişaf yolundan bəhs edərkən, yalancı və riyakar Qərb mediasından və bəzi qurumların ikilli standartlar tətbiq etməsindən bəhs etməsiylə bir çox suallara aydınlıq gətirmiş oldu”-deyə qeyd edən deputatın fikrincə, COP29 həm də Azərbaycan reallıqlarının beynəlxalq aləmə əyani nümayişi baxımdan da əhəmiyyətli olacaq.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 14 Noyabr 2024 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see343

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see340

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see332

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see331

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see314

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see311

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see297

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see296

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see293

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see285

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see279

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see267

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see265

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see259

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see257

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see251

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see237

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri