Icma.az
close
up
RU
COP29 I “İqlim dəyişikliyi müsabiqəsinin qalibləri

COP29 I “İqlim dəyişikliyi müsabiqəsinin qalibləri

Icma.az, Azvision saytına istinadən bildirir.

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, müsabiqə qlobal arenada gəncləri iqlim dəyişikliyinə qarşı hərəkətə keçməyə və cəmiyyətdə transformasiya yaratmağa ruhlandırmaq məqsədi daşıyıb. Sumqayıt Dövlət Universitetinin dəstəyi ilə keçirilən müsabiqəyə 58 ölkədən 1000-dən çox müraciət daxil olub ki, bunun da 135-i Azərbaycandandır.
Ümumilikdə şagirdlərdən ibarət 5 komanda və 5 müəllim final mərhələsində iştirak hüququ qazanıb. Elm və təhsil nazirinin müavini Kənan Kərimzadənin də iştirak etdiyi final mərhələsində şagird komandaları və müəllimlərin təqdimatları münsiflər tərəfindən qiymətləndirilib.
Çıxış edən qonaqlar müsabiqəni həm tədqiqatçı məktəblilər, həm də müəllimlər üçün əhəmiyyətli bir platforma kimi qiymətləndiriblər. Daha sonra müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi təşkil edilib.
Mərasimdə iştirak edən elm və təhsil nazirinin müavini Həsən Həsənli müsabiqəni müəllim və şagirdlər üçün təcrübə qazanmaq baxımından yaxşı imkan kimi dəyərləndirərək əlavə edib ki, müxtəlif ölkələrin təcrübələrini bölüşmək, müxtəlif kateqoriyalarda yarışmaq fürsəti həm şagirdlər, həm də onların müəllimləri üçün uğurlu bir səyahətin başlanğıcı sayıla bilər.
Çıxışlardan sonra qalib şagird və müəllimlər mükafatlandırılıblar. Eyni gündə Sumqayıt Dövlət Universiteti ilə Oksford Universiteti “Saïd Business School” COP29 çərçivəsində “İqlim fəaliyyətində gənclərin liderliyi: təhsil və innovasiyalar vasitəsilə dəyişikliklərin ruhlandırılması” panel müzakirəsi də təşkil edib.
Müzakirənin məqsədi qlobal iqlim fəaliyyətinə təkan vermək üçün təhsil və innovasiyanın gənc liderləri necə inkişaf etdirə biləcəyini araşdırmaq olub.
Panel müzakirədə Sumqayıt Dövlət Universiteti, Oksford Universitetinin “Saïd Business School”, "Burjeel" Holdinq, İqlim Dəyişikliyi üzrə Qlobal Universitet Alyansı, Şiv Nadar Universitetinin nümayəndələri çıxış ediblər. Panel iştirakçıları gənclərin dəyişikliklər üçün katalizator kimi səlahiyyətlərinin artırılması ilə bağlı fikirlərini bölüşüblər. Paneldə, həmçinin iqlim fəaliyyətlərini təhsilə inteqrasiya etmək üçün uğur hekayələri, çətinliklər və strategiyalar müzakirə olunub.
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:180
embedMənbə:https://azvision.az
archiveBu xəbər 19 Noyabr 2024 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri