Icma.az
close
up
RU
“İqlim dəyişikliyi müsabiqəsinin qalibləri mükafatlandırılıblar

“İqlim dəyişikliyi müsabiqəsinin qalibləri mükafatlandırılıblar

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Sumqayıt Dövlət Universitetinin dəstəyi ilə Oksford Universiteti “Saïd Business School” və "Burjeel" Holdinqin təşkilatçılığı ilə COP29 çərçivəsində “İqlim dəyişikliyi" müsabiqəsinin final mərhələsi keçirilib. 

"Cebheinfo.az" xəbər verir ki, müsabiqə qlobal arenada gəncləri iqlim dəyişikliyinə qarşı hərəkətə keçməyə və cəmiyyətdə transformasiya yaratmağa ruhlandırmaq məqsədi daşıyıb. 

Sumqayıt Dövlət Universitetinin dəstəyi ilə keçirilən müsabiqəyə 58 ölkədən 1000-dən çox müraciət daxil olub ki, bunun da 135-i Azərbaycandandır. Ümumilikdə şagirdlərdən ibarət 5 komanda və 5 müəllim final mərhələsində iştirak hüququ qazanıb. 

Elm və təhsil nazirinin müavini Kənan Kərimzadənin də iştirak etdiyi final mərhələsində şagird komandaları və müəllimlərin təqdimatları münsiflər tərəfindən qiymətləndirilib. 

Çıxış edən qonaqlar müsabiqəni həm tədqiqatçı məktəblilər, həm də müəllimlər üçün əhəmiyyətli bir platforma kimi qiymətləndiriblər. 

Daha sonra müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi təşkil edilib. 

Mərasimdə iştirak edən elm və təhsil nazirinin müavini Həsən Həsənli müsabiqəni müəllim və şagirdlər üçün təcrübə qazanmaq baxımından yaxşı imkan kimi dəyərləndirərək əlavə edib ki, müxtəlif ölkələrin təcrübələrini bölüşmək, müxtəlif kateqoriyalarda yarışmaq fürsəti həm şagirdlər, həm də onların müəllimləri üçün uğurlu bir səyahətin başlanğıcı sayıla bilər.

Çıxışlardan sonra qalib şagird və müəllimlər mükafatlandırılıblar. 

Eyni gündə Sumqayıt Dövlət Universiteti ilə Oksford Universiteti “Saïd Business School” COP29  çərçivəsində “İqlim fəaliyyətində gənclərin liderliyi: təhsil və innovasiyalar vasitəsilə dəyişikliklərin ruhlandırılması” panel müzakirəsi də təşkil edib.

Müzakirənin məqsədi qlobal iqlim fəaliyyətinə təkan vermək üçün təhsil və innovasiyanın gənc liderləri necə inkişaf etdirə biləcəyini araşdırmaq olub. 

Panel müzakirədə Sumqayıt Dövlət Universiteti, Oksford Universitetinin “Saïd Business School”, "Burjeel" Holdinq, İqlim Dəyişikliyi üzrə Qlobal Universitet Alyansı, Şiv Nadar Universitetinin nümayəndələri çıxış ediblər. 

Panel iştirakçıları gənclərin dəyişikliklər üçün katalizator kimi səlahiyyətlərinin artırılması ilə bağlı fikirlərini bölüşüblər. Paneldə, həmçinin iqlim fəaliyyətlərini təhsilə inteqrasiya etmək üçün uğur hekayələri, çətinliklər və strategiyalar müzakirə olunub.

Nigar
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 Noyabr 2024 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see355

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see246

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see210

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see201

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see190

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see174

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see156

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see144

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see144

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see142

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see141

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see138

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see135

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see131

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see130

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see129

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see123

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see121

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see121

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri