Icma.az
close
up
RU
COP29 I Xəzərin çirklənmə mənbələri müzakirə

COP29 I Xəzərin çirklənmə mənbələri müzakirə

Icma.az bildirir, Azvision saytına əsaslanaraq.

Tədbirdə Xəzər dənizinin ekoloji problemləri və çirklənmə mənbələri müzakirə olunub. Bildirilib ki, ekoloji problemin səbəbləri dənizdə karbohidrogen ehtiyatlarının axtarışı, hasilatı və nəqli zamanı ekoloji tələblərin gözlənilməməsi, sənaye tullantıları, çay suları ilə dənizə müxtəlif çirkləndirici maddələrin gətirilməsi, məişət tullantı sularının təmizlənmədən Xəzər dənizinə axıdılması, tullantılar, kənd təsərrüfatında istifadə olunan gübrələrin yağıntı və suvarma suları ilə yuyularaq çaylar-kanallar vasitəsilə dənizə axması və bu kimi digər amillərlə bağlıdır.
Xəzərə daxil olan tullantı sularının 60 faizinin Volqa çayının payına düşməsi, dəniz sularının çirklənməsində Kür və Ural çaylarının da az rol oynamadığı vurğulanıb.
Qeyd edilib ki, Tehran Konvensiyası kimi tanınan saziş Xəzər dənizinin ətraf mühitinin bütün növ mənbələrdən çirklənməsinin qarşısının alınmasına, habelə Xəzər dənizinin ətraf mühitinin mühafizəsi, saxlanması və bərpasına qulluq edir.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev bildirib ki, bu yaxınlarda Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) tərəfindən Azərbaycanın müraciəti əsasında hazırlanmış işçi sənəddə Xəzər dənizinin səviyyəsindəki tərəddüdlər və iqlim dəyişikliyinin bu prosesə təsiri diqqət mərkəzinə salınıb: "Sənəddə qeyd edilir ki, Xəzər dənizinin səviyyəsi azalır və yaxın 50 ildə daha çox azalma ehtimalı var. Bu da ətraf mühitə, iqtisadiyyata, infrastruktura və sahilyanı dövlətlərin davamlı inkişafına mənfi təsir göstərə bilər. Sənəddə dəniz səviyyəsinin azalmasının təsirlərinin yumşaldılmasına və yeni şəraitə uyğunlaşmasına yönəlmiş birgə strategiyaların işlənib hazırlanması və həyata keçirilməsi üçün Xəzəryanı ölkələr arasında əməkdaşlığın gücləndirilməsinin zəruriliyi vurğulanır".
Nazir müavininin sözlərinə görə, Tehran Konvensiyasının mövcud olduğu təxminən 20 il ərzində çox şey əldə edildiyi halda hələ də mühüm problemlər qalmaqdadır: "Biz əməkdaşlığımızı gücləndirməyə davam etməli və dəniz mühitinə təsir edən təhdidlərlə mübarizə üçün effektiv strategiya və tədbirlər hazırlamalıyıq. BMT-nin Ətraf Mühit Proqramının Xəzəryanı ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsinə verdiyi böyük töhfəni xüsusi qeyd etmək və uzun illər intensiv, səmərəli fəaliyyətinə görə Tehran Konvensiyasının Müvəqqəti Katibliyinə minnətdarlığımı bildirmək istəyirəm".
O, ekoloji problemlərin aradan qaldırılmasının razılaşdırılmış və effektiv fəaliyyət tələb etdiyini diqqətə çatdırıb: "Xəzər dənizinin quru mənbələrindən çirklənmədən qorunmasına dair Moskva Protokolunun qüvvəyə minməsindən sonra tərəflər əlavə öhdəliklər götürüblər. Moskva Protokolunun səmərəli həyata keçirilməsi üçün, həmçinin Xəzərin dəniz mühitinin vəziyyəti haqqında ekoloji monitorinq, qiymətləndirilmə və məlumat mübadiləsinə dair Protokolun hazırlanması üzrə işlərin tamamlanmasını sürətləndirmək lazımdır".
Tədbirdə Xəzər dənizinin neft məhsulları ilə çirklənməsinin aerasiya prosesini ciddi şəkildə pozduğu, dəniz fauna və florasının məhv olmasına gətirib çıxardığı bildirilib.
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:143
embedMənbə:https://azvision.az
archiveBu xəbər 19 Noyabr 2024 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see328

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see328

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see325

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see265

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see259

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see257

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see255

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see251

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see250

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see237

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see215

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see209

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see209

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see208

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see208

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see205

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see205

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see203

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see201

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri