Icma.az
close
up
RU
COP29: Xəzərin ekoloji problemləri müzakirə olunub

COP29: Xəzərin ekoloji problemləri müzakirə olunub

Azpost saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə “Xəzərlə tanışlıq: Tehran Konvensiyası vasitəsilə iqlim dəyişikliyinin təsirləri altında sahil dayanıqlılığının və biomüxtəlifliyin qorunması” mövzusunda tədbir keçirilib.

Tədbirdə Xəzər dənizinin ekoloji problemləri və çirklənmə mənbələri müzakirə olunub. Bildirilib ki, ekoloji problemin səbəbləri dənizdə karbohidrogen ehtiyatlarının axtarışı, hasilatı və nəqli zamanı ekoloji tələblərin gözlənilməməsi, sənaye tullantıları, çay suları ilə dənizə müxtəlif çirkləndirici maddələrin gətirilməsi, məişət tullantı sularının təmizlənmədən Xəzər dənizinə axıdılması, tullantılar, kənd təsərrüfatında istifadə olunan gübrələrin yağıntı və suvarma suları ilə yuyularaq çaylar-kanallar vasitəsilə dənizə axması və bu kimi digər amillərlə bağlıdır.

Xəzərə daxil olan tullantı sularının 60 faizinin Volqa çayının payına düşməsi, dəniz sularının çirklənməsində Kür və Ural çaylarının da az rol oynamadığı vurğulanıb.

Qeyd edilib ki, Tehran Konvensiyası kimi tanınan saziş Xəzər dənizinin ətraf mühitinin bütün növ mənbələrdən çirklənməsinin qarşısının alınmasına, habelə Xəzər dənizinin ətraf mühitinin mühafizəsi, saxlanması və bərpasına qulluq edir.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev bildirib ki, bu yaxınlarda Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) tərəfindən Azərbaycanın müraciəti əsasında hazırlanmış işçi sənəddə Xəzər dənizinin səviyyəsindəki tərəddüdlər və iqlim dəyişikliyinin bu prosesə təsiri diqqət mərkəzinə salınıb: “Sənəddə qeyd edilir ki, Xəzər dənizinin səviyyəsi azalır və yaxın 50 ildə daha çox azalma ehtimalı var. Bu da ətraf mühitə, iqtisadiyyata, infrastruktura və sahilyanı dövlətlərin davamlı inkişafına mənfi təsir göstərə bilər. Sənəddə dəniz səviyyəsinin azalmasının təsirlərinin yumşaldılmasına və yeni şəraitə uyğunlaşmasına yönəlmiş birgə strategiyaların işlənib hazırlanması və həyata keçirilməsi üçün Xəzəryanı ölkələr arasında əməkdaşlığın gücləndirilməsinin zəruriliyi vurğulanır”.

Nazir müavininin sözlərinə görə, Tehran Konvensiyasının mövcud olduğu təxminən 20 il ərzində çox şey əldə edildiyi halda hələ də mühüm problemlər qalmaqdadır: “Biz əməkdaşlığımızı gücləndirməyə davam etməli və dəniz mühitinə təsir edən təhdidlərlə mübarizə üçün effektiv strategiya və tədbirlər hazırlamalıyıq. BMT-nin Ətraf Mühit Proqramının Xəzəryanı ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsinə verdiyi böyük töhfəni xüsusi qeyd etmək və uzun illər intensiv, səmərəli fəaliyyətinə görə Tehran Konvensiyasının Müvəqqəti Katibliyinə minnətdarlığımı bildirmək istəyirəm”.

O, ekoloji problemlərin aradan qaldırılmasının razılaşdırılmış və effektiv fəaliyyət tələb etdiyini diqqətə çatdırıb: “Xəzər dənizinin quru mənbələrindən çirklənmədən qorunmasına dair Moskva Protokolunun qüvvəyə minməsindən sonra tərəflər əlavə öhdəliklər götürüblər. Moskva Protokolunun səmərəli həyata keçirilməsi üçün, həmçinin Xəzərin dəniz mühitinin vəziyyəti haqqında ekoloji monitorinq, qiymətləndirilmə və məlumat mübadiləsinə dair Protokolun hazırlanması üzrə işlərin tamamlanmasını sürətləndirmək lazımdır”.

Tədbirdə Xəzər dənizinin neft məhsulları ilə çirklənməsinin aerasiya prosesini ciddi şəkildə pozduğu, dəniz fauna və florasının məhv olmasına gətirib çıxardığı bildirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://azpost.info
archiveBu xəbər 19 Noyabr 2024 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see452

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see422

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see327

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see325

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see278

İran “düşmən media”nı Tehranın hərbi hədəfi elan etdi

27 Avqust 2026 00:08see254

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see250

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see243

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see225

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see223

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see216

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see214

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see211

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see208

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see198

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see196

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see187

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see187

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see174

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri