Icma.az
close
up
RU
COP29 ilə əlaqədar avarçəkmə yürüşü təşkil edildi

COP29 ilə əlaqədar avarçəkmə yürüşü təşkil edildi

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar Bakı bulvarında aksiya keçirib.

Bakıvaxtı.az xəbər verir ki, “Təmiz suda avar çək!” devizi altında təşkil olunan yürüşə Beynəlxalq Avarçəkmə Federasiyasının (FISA) prezidenti Jan Kristof Roland, Beynəlxalq Kanoe Federasiyasının prezidenti Tomas Konyetsko, Beynəlxalq Draqon Qayıqları Federasiyasının prezidenti Kladio Şermi, Asiya Avarçəkmə Federasiyasının və Qlobal Kanal Avarçəkmə Federasiyasının fəxri prezidenti Vanq Şi, Qlobal Kanal Avarçəkmə Federasiyasının səlahiyyətli nümayəndəsi Ken Li və COP-29 üçün Azərbaycana gəlmiş 50-dən çox fəxri qonaq qatılıb.

Bu tədbirin COP29 çərçivəsində keçirilməsindən danışan gənclər və idman naziri Fərid Qayıbov təbiətin və təmiz suyun insanlar üçün faydalı olduğunu söyləyib: “Bu yürüşdə iştirak edən və iqlim dəyişikliyi ilə mübarizədə öz töhfəsini verməyə çalışan hər kəsə təşəkkür edirəm. İnanıram ki, burada iştirak hər birimiz üçün böyük təcrübə olacaq”.

Jan Kristof Roland COP29-un dünyanın ən böyük və önəmli tədbiri olduğunu bildirib: “Bildiyimiz kimi, idmanın bir çox növləri iqlim dəyişikliyi ilə mübarizədə məsuliyyət daşımalıdır. Bakı kimi gözəl şəhərdə olmaqdan çox məmnunam. Ümid edirəm ki, bu şəhər növbəti illərdə də belə vacib tədbirlərə ev sahibliyi edəcək”.

Daha sonra AKAF-la Çinin 13 şəhərində 22 su idmanı mərkəzini idarə edən və Çində ən böyük su idmanı xidmətləri təminatçısı olan “Deep Dive” (Dip Dayv) təşkilatı arasında memorandum imzalanıb. Bu memorandum çərçivəsində tərəflər Azərbaycanda və Çində avarçəkmənin inkişafına, sağlam həyat tərzinin təşviqinə, gənclərə dəstək göstərilməsinə və təmiz təbii mühitin qorunmasına yönəlmiş birgə fəaliyyət göstərəcəklər.

Tədbir bədii hissə ilə davam edib.

Qeyd edək ki, “Təmiz suda avar çək” devizi altında keçirilən yürüşlər dünyanın 100-dən çox şəhərini əhatə edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:163
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 17 Noyabr 2024 20:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see391

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see388

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see356

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see344

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see315

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see287

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see269

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see262

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see245

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see240

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see234

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see228

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see218

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see216

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see209

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see203

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see196

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see194

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see175

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri