Icma.az
close
up
RU
COP29 ilə Qlobal iqlim diplomatiyası: “Yaşıl enerji” dialoqları

COP29 ilə Qlobal iqlim diplomatiyası: “Yaşıl enerji” dialoqları

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Mən ADA Universitetinin tələbəsi, Gənclər Mərkəzi İctimai Birliyinin beynəlxalq əməkdaşlıq üzrə sədr müavini və fəal gənc kimi Gənclər və İdman Nazirliyi tərəfindən “exhibitor” kimi COP29 tədbirlərinə cəlb olunmuşam. Təhsil aldığım ADA Universitetində keçirilən beynəlxalq tədbirlərin könüllüsü və xaricdə beynəlxalq gənclər forumunun iştirakçısı kimi müşahidələrimdən o cümlədən, ixtisasımla əlaqədar apardığım araşdırmalardan deyə bilərəm ki, Bakıda keçirilən COP29 beynəlxalq tədbiri əhəmiyyətinə, yerinə, təhlükəsizliyinə, qonaqların qarşılanma və yerləşmsəinə, qidalanmasına, iştirakçıların nəqliyyat və tibbi təminatına, könüllü xidmətinə görə BMT-nin tarixinə düşəcək. Ən əsası COP29 -un keçirildiyi Azərbaycanın paytaxı Bakı öz gözəlliyi, qədim arxitektur binaları ilə yanaşı müasir infrastrukturu, təmizliyi və mehribanlığı ilə qonaqları valeh edir.

Bəs COP29 nədir?

COP29 - BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) Qlobal iqlim dəyişikliyi ilə mübarizənin ən böyük tədbirlərindən olan və dünya ölkələrinin iqlim dəyişikliyi ilə mübarizə istiqamətində bir araya gəldiyi, yeni strategiya və qərarların qəbul edildiyi mühüm platformadır. COP qlobal istiləşməni mümkün qədər 1,5°C-yə yaxın səviyyədə saxlamaqla bağlı Paris Sazişi və Konvensiyasından irəli gələn əsas məqsədə nail olmaq üçün hökumətlərin beynəlxalq səyləri qiymətləndirdiyi Tərəflər Konfransının rəsmi tədbirləridir. Bu konfrans zamanı dünya liderləri Tərəflərin öhdəlikləri üzrə irəliləyişlərini qiymətləndirmək və iqlim dəyişmələri ilə mübarizədə ən yaxşı həll yolları barədə müzakirələr aparmaq məqsədilə bir araya gəlirlər. Hazırda Konvensiya 198 Tərəfdən (197 ölkə və Avropa İttifaqı) ibarətdir. Hazırda konfrans (COP29) 2024-cü il noyabrın 11-22 tarixləri müddətində Bakıda keçirilir.

COP29 Bakı konfransı haqqında...

BMT-nin COP29 Bakı Konfransında 196 ölkədən 72 min qeydiyyata alınmış nümayəndə iştirak edir. Onların arasında 80 Prezident, Vitse-prezident və Baş nazir var. Bu mötəbər tədbirdə Türkiyə, Macarıstan, Britaniya, İtaliya, Belorus, İspaniya, Belçika, Danimarka, Finlandiya, Polşa, Yunanıstan, Çexiya, Xorvatiya, Serbiya və digər ölkələrin rəhbərlərinin, Avropa İttifaqı Şurasının prezidentinin iştirakı isə onların COP29-un timsalında ölkəmizə olan etimadını bir daha təsdiq edir. Beləliklə, dünya Bakıda toplaşıb. İqlim Dəyişikliyi üzrə Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) dövlət və hökümət başçıları, hökumət və vətəndaş cəmiyyətləri nümayəndələri, elm adamları və ekspertlərin Bakıda toplaşaraq iqlim böhranının həlli yollarını müzakirə edir. Bu müzakirələr və əldə onun qərarlar region və dünya üçün əhəmiyyətli nəticələr vəd edir. Belə ki, 10 ildən çox müddətdə müzakirələrin aparılmasına baxmayaraq, Paris Sazişinin karbon bazarları üzrə prinsipial xarakter daşıyan 6-cı maddəsi ilə bağlı indiyədək irəliləyişlər əldə olunmamışdır. Ancaq noyabrın 11-də, yəni BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyasının ilk günündə 20 saata yaxın davam edən danışıqlardan sonra bununla əlaqədar müvafiq irəliləyişlərə, daha doğrusu, karbon kreditlərinin yaradılması üzrə standartlar barədə razılığa gəliblər. İqlim dəyişikliyi ilə qlobal mübarizə bütün dünyanın həmrəyliyini tələb edir. Azərbaycan da beynəlxalq səviyyədə iqlim çağırışlarına xüsusi diqqət yetirərək ekoloji proqram və konvensiyaların tələblərinə məsuliyyətlə yanaşır. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına qoşulmuş ölkəmiz istilik effekti yaradan qaz tullantılarının azaldılması ilə bağlı öhdəliklərə qoşularaq bu istiqamətdə ilk Milli fəaliyyət planını hazırlayıb, habelə Kioto Protokolunu təsdiq edib. Həmçinin, Azərbaycan Çərçivə Konvensiyasına əlavə olan Paris Sazişini 2016-cı ildə imzalayaraq ratifikasiya edən ilk ölkələrdən biridir. Bütün neqativ fikirlərə və boykot çağırışlarına baxmayaraq, BMT-nin belə böyük miqyaslı və dünyanın hər yerindən on minlərlə insanın iştirakı ilə keçirilən mötəbər konfransına təhlükəsiz şəraitdə, yüksək səviyyədə və demək olar ki, qüsursuz ev sahibliyi etməsi bir daha Azərbaycanın beynəlxalq tədbirlərin təşkilatçılıq təcrübəsini və bacarığını ortaya qoyur, o cümlədən bu istiqamətdə beynəlxalq öhdəliklərə sadiq olduğunu bir daha nümayiş etdirir. Belə ki, Azərbaycan bərpa olunan enerji sahəsində qabaqcıl ölkələr sırasına yüksəlmək əzmindədir və bu məqsədlə zəngin külək və günəş potensialından istifadə edir. Bu, həmçinin ölkənin 2050-ci ilə qədər istixana qazı emissiyalarını 40% azaltmaq planının mühüm tərkib hissəsidir. Ölkə 2030-cu ilə qədər elektrik enerjisində bərpa olunan enerjinin qoyuluş gücü üzrə payını 30%-ə çatdırmaq və yaşıl enerji sahəsində lider olmaq üçün mövcud enerji sistemini şaxələndirir. Azərbaycan bu sahədə nümunəvi ölkə olaraq 1.5°C hədəfinə uyğun olaraq növbəti Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr sənədi çərçivəsində öz milli hədəflərini yeniləyəcək.

COP29-un töhfələri...

İlk növbədə İqlim maliyyəsinin yaradılması əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirərək 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək. Qlobal Şimal və qlobal Cənub arasında əməkdaşlıq imkanlarını artırmaq üçün yeni enerji diplomatiyasının işini sürətləndirəcək. Qlobal iqlim tədbirlərini ilə məşğul olan İnstitutları aktivləşdirəcək, ekoloji cəhətdən təmiz texnologiyalar və enerji səmərəliliyi layihələri həyata keçiriləcək. BMT-nin Bakıda keçirilən COP29-cu sessiyası həmçinin insanların iqlim dəyişikliyi ilə bağlı məlumatlılığını artıracaq. Belə ki, ətraf mühitin qorunması, enerji səmərəliliyi və su ehtiyatlarının idarə olunması kimi sahələrdə aparılan maarifləndirici kampaniyalar və görülən tədbirlər insanların ekoloji cəhətdən məsuliyyətli davranmasına, onların şəxsi həyatlarında ekoloji baxımdan daha çox dostyana davranışları mənimsəməsinə, su və enerji israfının azalmasına, tullantıların düzgün idarə olunması və təkrar emalına töhfə verəcək.

Beləliklə, Bakı xoş məramı ilə dünyanın yaşıl gündəliyinə mühüm töhfə verməklə yanaşı, həmdə Qlobal nüfuzunu nümayiş etdirir.

Aytac Adıgözəlova

ADA Universitetnin tələbəsi,

COP29 iştirakçısı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 15 Noyabr 2024 19:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see337

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see267

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see256

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see225

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see220

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see217

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see213

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see212

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see208

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see207

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see198

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see197

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see188

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see188

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see182

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see179

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri