Icma.az
close
up
RU
COP29: “İqlim elmi” Olimpiadasının mükafatlandırma mərasimi keçirilib AZƏRTAC

COP29: “İqlim elmi” Olimpiadasının mükafatlandırma mərasimi keçirilib AZƏRTAC

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 16 noyabr, AZƏRTAC

Bakıda COP29 çərçivəsində “İqlim elmi” Olimpiadasının mükafatlandırma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, 2021-ci ildən bəri həyata keçirilən bu qlobal təşəbbüs iqlim problemlərinə cavab tapmaq məqsədilə 12-24 yaşlı gəncləri bir araya gətirərək, onların fəallığını təşviq edir. BMT tərəfindən təşkil olunan olimpiada minlərlə gənci bu ciddi mövzu ətrafında düşünməyə sövq edir.

Olimpiadanın 3 əsas qalibi tədbir çərçivəsində “Ted-talk” üslubunda təşkil olunmuş təqdimatlarla öz layihələri barədə danışıblar.

Yaşıl Zonada təşkil olunan mükafatlandırma mərasimində “Climate Science Olympiad”ın rəhbəri Alexandra Sfez, CSO-nun Azərbaycandakı rəsmi nümayəndəsi və “Global Olympiad Center”in (GOC) direktoru Xəyal İbrahimzadə iştirak ediblər.

Alexandra Sfez çıxışında İqlim olimpiadasının yarandığı gündən etibarən böyük iştirak sayı ilə yadda qaldığını, hazırda 196 ölkədən 150 mindən çox iştirakçının bu nüfuzlu olimpiadada iştirak etdiyini bildirib. Qeyd edib ki, bu il 38 min iştirakçı dörd mərhələdən ibarət olan olimpiadaya qatılıb.

Açılış nitqlərindən sonra təltifetmə mərasimi başlayıb. “CSO 2024”-ün qaliblərinə - Jack Cole (Amerika Birləşmiş Ştatları), Morgan Cole (Amerika Birləşmiş Ştatları), Deepa Shanmugam (Amerika Birləşmiş Ştatları) və John Karakoulasa (Kanada) mükafatlar verilib. Qaliblərə CSO tərəfindən 30 min ABŞ dolları məbləğində pul mükafatı və Avstraliyaya 1 həftəlik səyahət təqdim olunub. Azərbaycan tərəfindən isə milli ornamentlərimizlə bəzədilmiş xüsusi hədiyyələr təqdim edilib.

COP29 çərçivəsində keçirilən CSO olimpiadası UNESCO, “Learning Planet Alliance”, “Learning Planet Institute” və “10 Billion Solutions” tərəfindən dəstəklənib.

Qeyd edək ki, COP30 çərçivəsində keçiriləcək “CSO 2025”-in seçim turu yanvar ayında başlayacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:169
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Noyabr 2024 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri