Icma.az
close
up
RU
Lütfi Zadəyə həsr edilmiş məntiq olimpiadasının yekun mükafatlandırma mərasimi olub

Lütfi Zadəyə həsr edilmiş məntiq olimpiadasının yekun mükafatlandırma mərasimi olub

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 2 fevral, Göyçək Mahmudlu, AZƏRTAC

Fevralın 2-də dahi azərbaycanlı alim Lütfi Zadəyə həsr olunmuş məntiq olimpiadasının yekun təltifetmə mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən “ELM” Gənclərin Sosial-İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri, layihə rəhbəri Səbuhi Abdullayev olimpiadanın əhəmiyyətindən, gənclərimizin elmə və təhsilə olan marağından bəhs edib: “Yarış olimpiada formatında keçirildi və ilk dəfə olaraq burada məntiqlə yanaşı, qeyri-səlis məntiq nəzəriyyəsinə dair test suallarından istifadə edildi. Ümumtəhsil məktəblərində oxuyan 2-ci sinifdən 11-ci sinfə qədər 1000-ə yaxın şagird həmin layihədə iştirak etdi. Onlar arasından seçilmiş 25 nəfər xüsusi medallara layiq görüldü”.

Tədbirin əhəmiyyətindən danışan layihə rəhbəri əlavə edib: “İlk növbədə, dahi azərbaycanlı alimin nəzəriyyəsinin gənc riyaziyyatçılarımıza aşılanması baxımından önəmi qeyd olunmalıdır. Şagirdlərin qeyri-səlis məntiq nəzəriyyəsi barədə məlumatlandırılması onların Lütfi Zadə irsinə marağını daha da artıracaq. Eyni zamanda, müasir dövrdə süni intellektin hər bir sahəyə sirayət etdiyini nəzərə alsaq, məhz qeyri-səlis məntiq nəzəriyyəsi sahəsində süni intellekt daha da sürətli şəkildə inkişaf edəcək. Həmçinin ölkəmizin elmi potensialının və iqtisadiyyatının yüksəldilməsi üçün süni intellekt alətlərindən düzgün istifadə, gələcəkdə elmi-tədqiqat işlərində tətbiqi çox böyük əhəmiyyətə malik olacaq.

Layihənin davamlı olması və gələcəkdə beynəlxalq status alması üçün növbəti ildə də həyata keçirilməsi nəzərdə tutulub. Bundan əlavə, hər il olduğu kimi bu il də yaz aylarında Ulu Öndər Heydər Əliyevin anadan olmasının növbəti ildönümü ilə bağlı yarışın keçirilməsi planlaşdırılıb”.

Sonra Riyaziyyat və Mexanika İnstitutunun direktoru akademik Misir Mərdanov çıxış edərək şagirdlərə öz tövsiyələrini verib. O, ərazi bütövlüyü tam bərpa edilmiş və suveren ölkədə təhsil alan gənclərin gələcəkdə harada yaşamasından asılı olmayaraq Vətənimizi ən yüksək səviyyədə təmsil etməsinin vacibliyini diqqətə çatdırıb.

Milli Məclisin deputatı Ceyhun Məmmədov layihənin əsas məqsədinin Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsinin gənclərə aşılanması və istedadlı şagirdlərin üzə çıxarılması baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bu günün gənclərinin gələcəyin liderləri olduğunu deyən deputat onların yalnız bilikli, savadlı deyil, milli-mənəvi dəyərləri mənimsəyərək və onlara əməl edərək yetişməli olduğunu qeyd edib.

Lütfi Zadə nəzəriyyəsi ilə məşğul olan professor Sədi Bayramov və Maliyyə Nazirliyinin nümayəndəsi Gündüz Əliyev isə qeyri-səlis məntiq nəzəriyyəsinin elmi və praktiki əhəmiyyətindən danışıblar.

Daha sonra “ELM” Gənclərin Sosial-İntellektual İnkişafına Dəstək İctimai Birliyi və “Master Academy” Elm və Təhsil Mərkəzinin təşkil etdiyi olimpiadada yüksək nəticə göstərən 25 şagird Lütfi Zadəyə həsr edilən xüsusi medallar və hədiyyələrlə təltif olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Fevral 2025 18:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri