Icma.az
close
up
RU
COP29: Kiçik ada dövlətləri iqlim dəyişikliyi ilə mübarizədə birgə hərəkət edir

COP29: Kiçik ada dövlətləri iqlim dəyişikliyi ilə mübarizədə birgə hərəkət edir

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Noyabrın 13-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransını 29-cu sessiyası (COP29) çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammiti keçirilib və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib.

Dövlət başçısı çıxışına Azərbaycanın son illərdə inkişaf edən kiçik ada dövlətləri ilə münasibətləri yeni bir mərhələyə daşımasından bəhs edərək başlayıb. COP29-a ev sahibliyi edən Azərbaycan, qlobal iqlim mübarizəsində öz yerini möhkəmləndirmək və kiçik ada dövlətlərinə dəstəyini genişləndirmək üçün mühüm addımlar atır.
Kiçik ada dövlətləri, iqlim dəyişikliyinin ən ciddi təsirlərinə məruz qalan ərazilərdəndir. Bu ölkələr qlobal istiləşmənin nəticəsi olaraq su səviyyələrinin artması, quraqlıq və ekstremal hava şəraiti kimi ekzistensial təhlükələrlə üzləşir. Prezident İlham Əliyev çıxışında inkişaf etmiş bütün ölkələrə, o cümlədən müstəmləkə keçmişi olanlara müraciət edərək, kiçik ada dövlətlərinin qlobal səhnədə səsinin eşidilməsinin və onlara maddi və texniki dəstək göstərilməsinin əhəmiyyətini vurğuladı.
Dövlət başçısı çıxışında Azərbaycan tərəfindən kiçik ada dövlətlərinə edilən yardım proqramlarından da bəhs etdi. Azərbaycan iqlim dəyişiklərinin təsirinə məruz qalan kiçik ada dövlətlərinə bir çox layihə və proqramlarla dəstəyini nümayiş etdirib. Dövlətimiz bir sıra kiçik ada ölkələrinə qasırğa, zəlzələ və daşqınların təsirini azaltmaq məqsədilə yardım göstərmiş, su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrinə dəstək vermişdir. Bu təşəbbüslərə əlavə olaraq, ondan çox kiçik ada dövlətindən olan vətəndaşlar Azərbaycanın universitetlərində təhsil almaq üçün tələbə təqaüdü proqramlarından yararlanmışdır. Azərbaycan Qoşulmama Hərəkatının sədri olduğu dövrdə 80-dən çox ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərib. Ölkəmizin bu səyləri, həm beynəlxalq səviyyədə, həm də regional arenada nüfuzumuzun artmasına və iqlim dəyişikliyinə qarşı mübarizədə mühüm tərəfdaş kimi tanınmağımıza kömək edib.
Prezident İlham Əliyev çıxışında COP29 çərçivəsində görülən işlər və Baham Adaları, Tonqa və Tuvalu ilə əməkdaşlıqdan da bəhs etdi. Bu ilin may ayında COP29 ilə bağlı planları müzakirə etmək üçün Baham Adaları, Tonqa və Tuvalu rəhbərləri Azərbaycana səfər etdi. Bu zaman Bakı Kommünikesində, COP29-un konkret nəticələr əldə etməsi üçün çağırış edildi, əlçatan iqlim maliyyəsinin əhəmiyyəti vurğulandı.
Dövlət başçısının çıxışında vurğuladığı məsələlərdən biri də kiçik ada dövlətlərində ətraf mühitin monitorinqi və qiymətləndirilməsi üçün “Azərkosmos” peyk məlumatlarından istifadə etmək məqsədilə Azərbaycanın Millətlər Birliyi ilə Anlaşma Memorandumu imzalaması oldu. Bununla yanaşı, Azərbaycan bu ölkələrdəki birgə layihələri dəstəkləmək üçün 10 milyon ABŞ dolları vəsait ayırmışdır və bununla da, ətraf mühitin qorunmasına daha bir töfhə vermişdir.
Prezient İlham Əliyev çıxışı çərçivəsində Karib və Sakit Okean regionundakı dəniz ərazilərinin çətinliklərindən də bəhs etdi. Karib və Sakit okean regionlarında yerləşən bəzi dırnaqarası dəniz əraziləri iqlim dəyişikliyinin ciddi təsirlərinə məruz qalıb. Fransanın və Niderlandın bu ərazilərdəki müstəmləkələri, su səviyyəsinin artması, ekstremal hava şəraiti və biomüxtəlifliyin pozulması kimi təhlükələrlə üzləşir. Bəzi hallarda bu icmaların səsi onların metropoliya dövlətləri tərəfindən susdurulur, bu da onların öz müstəqilliklərini və hüquqlarını qorumaq yolunda maneələrlə üzləşməsinə səbəb olur.
Dövlət başçısının çıxışında yer verdiyi məsələlərdən biri də Fransa Polineziyasında və Yeni Kaledoniyada dekolonizasiya problemləri oldu. Baxmayaraq ki, Fransa Polineziyası və Yeni Kaledoniya 1946-1947-ci illərdən bəri BMT tərəfindən qeyri-özünü idarə edən ərazilər kimi tanınıb, bu ərazilərin dekolonizasiya prosesi hələ də tamamlanmayıb. 1966-1996-cı illərdə Fransa Polineziyasında Fransanın 193 nüvə sınağı keçirməsi, burada ciddi radiasiya və torpaq zəhərlənməsinə səbəb olub. Fransanın Əlcəzairdə də həyata keçirdiyi 17 nüvə sınağı nəticəsində regionların ekosistemində ciddi pozulmalar yaranması ilə yanaşı, yerli əhali də bu fəsadların uzun müddət təsirinə məruz qalmışdır.
Avropa Komissiyası, Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası Fransa müstəmləkələrində baş verən insan hüquqları pozuntularına göz yummuşdur. Dövlət başçımız, Avropanın kiçik ada dövlətlərinə və digər müstəmləkə ərazilərinə qarşı ədalətli bir yanaşma göstərməsinin və bu ölkələrin öz müqəddəratını təyin etmə hüququna hörmətlə yanaşmasınının zəruriliyini vurğuladı.
Cənab İlham Əliyev çıxışının sonunda Azərbaycanın kiçik ada dövlətlərinin qlobal səhnədə səsini yüksəltməyə davam edəcəyini vurğuladı. Azərbaycan, Qoşulmama Hərəkatının sədri kimi kiçik ada dövlətlərinə dəstək verib və COP29-a ev sahibliyi edən ölkə kimi bu dövlətlərin qlobal səhnədə daha çox səs qazanaraq iqlim dəyişikliyinə qarşı mübarizədə güclü dəstək alması yolunda mübarizəsini davam etdirəcək.
Prezident İlham Əliyevin COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitindəki çıxışı, Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə qlobal lider kimi mövqeyini gücləndirmək və xüsusilə həssas və zəif ölkələrə dəstək göstərmək əzmini bir daha nümayiş etdirdi.
Dövlət başçısı çıxışında kiçik ada dövlətlərinin ekzistensial təhlükələrlə üzləşdiyi bir dövrdə qlobal həmrəylik və məsuliyyət çağırışı edərək, onların beynəlxalq arenada səsinin daha yaxşı eşidilməsinin vacibliyini vurğuladı. O, Azərbaycanın bu ölkələrə texniki, maliyyə və təhsil sahələrində verdiyi dəstəyin davam edəcəyini və qlobal miqyasda dayanıqlı gələcək naminə yeni əməkdaşlıq yollarının axtarılacağını bəyan etdi.
Beləliklə, Prezident İlham Əliyevin çıxışı, Azərbaycanın iqlim dəyişikliyi ilə bağlı qlobal əməkdaşlığa sadiqliyini və bu istiqamətdə verdiyi töhfələri bir daha təsdiqlədi. Bu, Azərbaycanın təkcə iqlim dəyişikliyinə qarşı mübarizədə deyil, həm də ədalətli bir dünya qurulmasında fəal iştirak etdiyini və qlobal liderlik rolu oynadığını göstərir. Bu addımlar, Azərbaycanın daha yaşıl və dayanıqlı bir dünya qurmağı hədəfləyən qlobal icmanın ayrılmaz bir hissəsi olduğunu təsdiqləyir.

Ziyafət Əsgərov
Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 15 Noyabr 2024 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see427

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see413

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see396

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see377

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see265

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see261

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see258

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see248

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see245

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see237

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see228

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see221

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see213

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see207

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see191

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see188

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see184

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see182

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see181

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri